Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-723/2024 27.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 06 mart 2024-cü il tarixli, 00100-00571/24 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33 1100/012/004751 saylı, 23 fevral 2024-cü il tarixli raportda göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, ev 8, 23-cü km ünvanında qeydiyyatda olan (inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti) Şəxs ASC-nin (VÖEN **********) ünvanına 93345494 nömrəli nəqliyyat vasitəsi ilə Rusiya Federasiyasından göndərilən və **********7933 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmiş mallara dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, ev 8, 23-cü km ünvanında qeydiyyatda olan Şəxs ASC-nin ünvanına (VÖEN **********) idxal edilən, 23 fevral 2024-cü il tarixdə Bakı Baş Gömrük İdarəsində **********7933 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən, Rusiya Federasiyasında fəaliyyət göstərən “SANDQRİT” şirkətindən 93345494 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş mallar üzrə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-cı yarımbəndinin tələblərinə əsasən, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən ən azı 1 (bir) saat əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməli olduğu halda, Şəxs ASC 04 oktyabr 2023-cü il tarixdə, saat 10:23-də 93345494 nömrəli nəqliyyat vasitəsi ilə Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş yüklərə dair qısa idxal bəyannaməsini qabaqcadan gömrük orqanına verməmişdir. Nəticədə, gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Həmin məcəllənin 113.2-ci maddəsində qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatların əks edilməli olduğu, 114.1-ci maddəsində isə qısa idxal bəyannaməsinin məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edildiyi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyət müəyyən edilir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 263 saylı Qərarının 13.4-cü maddəsində məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edildiyi qeyd edilmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Nəticədə, Şəxs ASC-nin (VÖEN **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33-1100/012/004751 nömrəli, xx.xx.2024-cü il tarixli raport, **********7933 sorğu nömrəli gömrük bəyannaməsi, Gömrük Xidmətinin "Vahid avtomatlaşdırılmış idarəetmə sistemi" informasiya resursundan çıxarışlar, işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X4 izahatında göstərmişdir ki, Rusiya Federasiyasından göndərilmiş, 93345494 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə gömrük ərazisinə gətirilmiş mala dair qısa idxal bəyannaməsi verilməmişdir. Buna səbəb göndərən şirkətin idxal edilmiş mallara dair sənədləri vaxtında təqdim etməməsi olmuş, buna görə də, qısa idxal bəyannaməsini təqdim edə bilməmişdirlər. Məhkəmə iclasında iştirak edən Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 öz izahatında təmsil etdiyi şirkət barsində qəbul edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, mallar ölkəyə 04 oktyabr 2023-cü il tarixdə daxil olsa da inzibati xəta haqqında protokol qanunvericliyin tələbləri pozulmaqla bundan xeyli müddət sonra yəni, 06 mart 2024-cü il tarixdə tərtib edilmişdir. İnzibati xətanın aşkar edildiyi vaxtdan dörd aydan artıq müddət keçdiyi üçün iş üzrə icraata xitam verilməlidir. Həmçinin inzibati xəta haqqında iş üzrə icraat aparılarkən Şəxs ASC-nin nümayəndəsi araşdırmaya dəvət olunmamışdır. Bakı Baş Gömrük İdarəsində inzibati araşdırma aparılarkən təmsil etdiyi zavodun adından çıxış edən X2 bu cür araşdırmada iştirak etmək səlahiyyəti olmamışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin tələbindən ayın olur ki, gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs ASC (VÖEN **********) 06 mart 2024-cü il tarixli, 00100-00571/24 saylı protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-723/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-723/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver