Məhkəmə qərarları › İş №3(002)-724/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-724/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-724/2025 19.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş 17 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş 17 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat-18:32-də idarə etdiyi DAF FTXF-105 510T YÜK markalı, ** UN *** dövlət nömrə nişanlı yük avtomobilində 39800 kq yük ilə, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, Hacıqabul – Bakı şosse yolunun üzərində quraşdırılmış elektron tərəzinin altında keçərkən, kuzovda olan yükün 42800 kq olmasına dair səhv elektron məlumat işlənmiş və barəsində elektron qaydada EQ27393672 saylı qərar çıxarılaraq, sözügedən avtomobildə AR İXM-352.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə 600 (altı yüz ) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmisinə dair elektron qaydada məlumat almışdır. (Elektron qərarı 17 aprel 2025-ci il tarixdə rəsmən almışdır). Zəruri olaraq qeyd edir ki, həmin gün idarə etdiyi yük avtomobilinə cəmi çəkisi 39800 kq miqdarında yük yüklənmişdir və bu səbəbdən işlənmiş elektron məlumatın səhv qeydiyyatını sübut etmək məqsədi ilə dərhal şosse yolunun üzərindəki "xxxx" MMC-e məxsus elektron tərəzidə avtomobildəki yükü təkrar çəkdirib, şikayətinəə əlavə etdiyi rəsmi qəbzi almışdır. Həmin qəbzlə sübut olunur ki, avtomobildə xx.xx.2025-ci il tarixdə cəmi 39750 kq yük olmuşdur. İnzibati xətanı törətmədiyi barədə sübut növü hesab etdiyi çəki qəbzi də müəyyən edir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərar həqiqəti əks etdirmir və tamamilə əsassız və qanunsuzdur. Qeyd edilənlərə əsasən barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş 17 aprel 2025-ci il tarixli, EQ 27393672 saylı inzibati xəta haqqında qərarın əsassız olduğundan ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati protokol tərtib edən orqana baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati protokol tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən aydın olur ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapır. Şikayətçinin avtomobilində 39800 kq çəkidə yük daşımasına dair məhkəməyə təqdim etdiyi tərəzi qəbzi mötəbər deyil, ona görə ki həmin tərəziyə münasibətdə yoxlamadan keçməsini təsdiq edən şəhadətnamə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş 17 aprel 2025-ci il tarixli, EQ 27393672 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar