Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-725/2020 04.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Qaradağ Rayon Məhkəməsinin hakimi Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş 00100-0968/20 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından 21B48910/21B49010 nömrə nişanlı yük avtomaşını ilə daxil olmuş 24000 kq “yarımsellüloza tərkibli karton” yükü **********3048 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixədək 1 (bir) il müddətinə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********3048 sorğu nömrəli gömrük bəyannaməsi ilə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların daxildə emal müddətinin son tarixi xx.xx.2020-ci il tarixi müəyyən edilmişdir. Lakin, daxildə emal müddətinin xx.xx.2020-ci il tarixində bitməsinə baxmayaraq **********3048 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların daxildə emal müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, daxildə emal müddətinin qanunamüvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. **********3048 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən yükün ümumi dəyəri 8568,00 (səkkiz min beş yüz altmış səkkiz) manat təşkil edir. Həmçinin, xx.xx.2019-cu il tarixli **********3784, **********3868, **********3884, **********3987, xx.xx.2019-cu il tarixli **********9935 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş malların daxildə emal müddəti bitdiyindən Şəxs MMC barəsində 00100- 0966/20 və 00100-0967/20 nömrəli protokollar tərtib edilmişdir. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi olmaqla səlahiyyətli nümayəndəsi X9 məhkəməyə yazılı etiraz təqdim edərək göstərmişdir ki, Baki Baş Gömruk İdarəsinin Əməliyyat va Təhqiqat şöbəsi tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC barəsinda 00100-0968/20 nomrəli, xx.xx.2020-cu il tarixli inzibati xata haqqinda protokol tartib edilməklə baxilması uyğun məhkəməyə göndərilmişdir. İstinad olunan protokola munasibətdə bildirir ki, gömrük orqanının Şəxs MMC tərəfindən iXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi barədə mövqeyi ila razilaşmırlar. Eyni zamanda Gömrük Məcəlləsinin 198.1-ci maddasina asasan daxilda emal xüsusi gomruk prosedurunun muddəti 2 (iki) ildan artiq olmamalıdır. Bela ki, xx.xx.2019-cu il tarixinda “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 (“istehsalçı”) ilə İran İslam Respublikasının “X8” şirkəti (“Sifarişçi”) arasinda Emal müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1. bəndinə asasən hazırki muqavilanin şərtləri asasında “Sifarişçi” tapşiriq verir, “istehsalçi” isə verilmiş məhsulların emal işini görərək hazır məhsulun alınmasının yerinə yetirilməsini öhdəliyinə götürür. Sifarişçi hazır mahsulu qəbul etməyi və “istehsalçının gördüyü işin müqabilində sifarişin edilməsini öhdəsinə götürür. Müqavilanin 2.1. bəndinə asasan kontraktın predmetni taşkil edən malların ümumi emal dəyəri 1.000.000 ABŞ dollari təşkil edir (ƏDV-siz). Beləliklə göstərilən müqaviləyə və onun ayrılmaz tərkib hissəsi olan müqavilələrə asasan Sifarişçi “X8” şirkati icraçi Şəxs MMC-ya karton qutu mahsullarının emal edilməsi üçün kağız məhsullarını göndərir. Bundan sonra icraçı yəni Şəxs MMC göndərilmiş kağız məhsullarından sifarişçinin tapşırığına əsasən müxtəlif növlərdə karton qutuları istehsal edərək sifarişçiyə və yaxud da onun tapşırığına əsasən üçüncü şəxslərə göndrəməlidir. Müqavilənin 8.1. bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və xx.xx.2020-ci il tarixinə qədər qüvvədədir. Göründuyü kimi gömrük orqanının hazırda protokol tartib etdiyi məsələ ila bagli hüquq münasibətləri Şəxs X2 (“istehsalçı”) ila İran İslam Respublikasının “X8” şirkati (“sifarişçi”) arasinda imzalanmış emal müqavilasi asasinda yaranmişdır. Həmin müqavilənin qüvvədə olma müddəti isə cari ilin dekabr ayinda bitəcəkdir. Halbuki son dərəcə üzürlü və obyektiv səbəblər nəzərə alındığı (müqavilanin cari ilin dekabr ayinadək qüvvədə olmasi, pandemiya, fors-major hallari va s.) təqdirda şirkət tərəfindən har hansı bir inzibati xəta sayıla biləcək əmələ yol vermamişdir. Xüsusilə göstərilən anlaşılmazlıqda şirkətin təqsiri yoxdur. Taqsir olmadigi taqdirda isa masuliyyatdan sohbat geda bilmaz. Belə ki, İXM-nin 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Qanunun istinad olunan maddəsinin məzmunundan da görünür ki, şirkətin həmin maddə ilə məsuliyyətə cəlb edilmasi üçün maddənin dispozisiyasinda sadalanan əməllərə: malların emal edilməsi qaydasının pozulmasına, yeni icaza olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal mahsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilmasi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, mahdudiyyətlərə və şərtlərə əməl olunmaması hallarına yol vermasi faktı mövcud deyil, Şirkət malların emal edilməsi qaydasını tənzimləyən qanunvericilik aktlarının pozuntusuna yol verməmişdir. Konkret hazırki halda şirkət emal münasibəti yaradan və tənzimləyən Müqavilə tələblarinə uyğun hərəkət etmişdir. Qeyd olunanları nəzərə alıb Baki Baş Gomruk İdarasinin əmaliyyat va Tahqiqat şöbasi tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC barasinda tartib edilmiş 00100-0968/20 nomrali, xx.xx.2020- cu il tarixli inzibati xata haqqinda protokol qanunsuz va əsassiz oldugu uçun başlanılmış inzibati iş uzrə icraata xitam verilməsi xahiş etmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, məhkəmə iclasının Bakı Baş Gömrük İdarəsinin ünmayəndəsinin iştirakı olmadan baxılmamasını və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Buna görə də məhkəmə iclası xx xxxxxxxx 2020-ci il tarixə saat 14:50-ə təyin edilməklə məhkəmə iclasının yeri və vaxtı barədə Şəxs MMC-nin qanuni təmsilçisi olmaqla səlahiyyətli nümayəndəsi X5 rəsmi bildiriş verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli iclasınında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X3 şöbəsinin böyül təhqiqatçısı, gömrük xidməti kapitanı X10 etirazı qəbul etməyərək izahatında göstərmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən fəaliyyət istiqamətinə uyğun olaraq 2019-cu ildə ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasına daxildə emal məqsədi ilə müvəqqəti olaraq karton materiallar gətirilmişdir. Həmin mallar müvafiq gömrük prosedurunda rəsmiləşdirilməzdən əvvəl təyinat gömrük orqanı-Bakı Baş Gömrük İdarəsinə buna dair icazə alınmasından ötrü müraciət edilmiş, həmin müraciətlər gömrük orqanı tərəfindən məqbul hesab edilmiş və gömrük qanunvericiliyinin tələblərinə əsasəndə hasilat normasına uyğun olaraq 1 (bir) il icazə müddəti təyin edilmişdir. Belə mallardan bir hissəsi İran İslam Respublikasından 21B48910/21B49010 nömrə nişanlı yük avtomaşını ilə daxil olmuş 24000 kq “yarımsellüloza tərkibli karton” yükü **********3048 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixədək 1 (bir) il müddətinə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir.Həmin müddət ərzində, mövcud gömrük qanunvericiliyinə görə idxalatçı hüquqi şəxs qanunun buna dair tələblərinə riayət edərək üzərinə qoyulan öhdəlikləri riayət etməli olduğu halda, bu müddət ərzində malları digər müvafiq prosedurda yerləşdirməmiş, yaxud müddətin uzadılmasından ötrü müraciət etməmişdir. Buna görə malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblər, məhdudiyyətlər və şərtlər yerinə yetirməmiş hesab edilir. Daxildə emal prosedurunu tənzimləyən gömrük qaydalarının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinin mühafizəsi altında olduğundan, həmin hüquqi şəxs barəsində qeyd olunan maddə ilə inzibati xəta haqqında icraat aparılmışdır. Mövcud sübutlar inzibati xətanın törədildiyini, hüquqi şəxsin baş verən hadisəyə aidiyyəti və təqsirliliyini müəyyən etməyə imkan verdiyindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Hazırda iş materiallarında olan biri-digərini tamamlayan sübutlar, onların məhkəmə tədqiqi ilə protokolda göstərilən hallar sübuta yetirildiyinə görə məhkəmədən hüquqi şəxsin təqsirli bilinməsi və ona maddənin sanksiyası həddində tənbeh tətbiq edilməsini xahiş etmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, Şəxs MMC 2020-ci il tarixdə İXM-nin 497-ci maddəsinin tələblərini pozduğuna görə barəsində Qaradağ rayon məhkəməsinə bir neçə oxşar inzibati materiallarla müraciət olunmuş və qeyd olunan şirkət inzibati məsuliyyətə cəlb olunmaqla inzibati qaydada cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********3048 sorğu nömrəli gömrük bəyannaməsi ilə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların daxildə emal müddətinin son tarixi xx.xx.2020-ci il tarixi müəyyən edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük Prosedurları şöbəsinin 34/012/004314 nömrəli xx.xx.2020-ci il tarixli raporta əsasən **********3048 saylı GB əsasında daxildə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilən malların emal müddətinin başa çatmasına baxmayaraq həmin mallar hal-hazıradək geriyə qaytarılmamışdır. X7 kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı 1500000.00 AZN olan Şəxs MMC xx.xx.2015-ci ildə dövlət qeydiyyatına alınmış və cəmiyyətin qanuni təmsilçisi X6r. Hüquqi şəxsin nümayəndəsi X9 xx.xx.2020-ci il tarixli 00100-0969/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin497-ci maddəsinə əsasən, Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin75.0-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin yazılı etirazı və təqdim etdiyi müqaviləni, müqavilənin ayrılmaz hissəsi olan əlavəni nəzərdən keçirib qeyd edir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 198.1-ci maddəsinə əsasən gömrük orqanı bu Məcəllənin 197-ci maddəsinə müvafiq olaraq daxildə emal xüsusi gömrük prosedurunun başa çatma müddətini müəyyənləşdirir. Bu müddət 2 (iki) ildən artıq olmamalıdır. Buna görə də tərəflər arasında hüquq münasibətləri yaradan hüquqi fakt-bağlanılmış müqavilənin qüvvədə olma müddətindən asılı olmayaraq həmin müqavilə əsasında daxildə emal məqsədi ilə müvəqqəti idxal edilən hər bir mal gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq 2 (iki) ildən artıq olmayan müddətdə bu prosedur altında qala bilər. Eyni zamanda, tərəflər arasında bağlanılmış hər hansı müqavilənin müddəti malların bu prosedur altında qalma müddətini şərtləndirə bilməz, belə müqavilə ancaq emalın müddətini müəyyən edə bilər. Daxildə emal proseduru altında malların qalma müddəti isə Gömrük Məcəlləsinin tələblərinə görə birbaşa gömrük orqanlarının səlahiyyətindədir və belə səlahiyyət üzrə malların həmin prosedur altında bəyan edildiyi andan idxalatçı gömrük orqanının bundan irəli gələn qanuni tələblərini yerinə yetirməyə borcludur. Şəxs MMC ilə İran İslam Respublikasında fəaliyyət göstərən “X8” şirkəti arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 18105773 nömrəli emal müqaviləsi xx.xx.2018-ci il tarixdən imzalanmış, müddətin bitmə tarixi xx.xx.2020-ci il tarixinə qədər müəyyən edilməklə, 2 (iki) ildən artıq müddəti ehtiva edir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin emal müddətinin buna dair bağlanılmış xx.xx.2018-ci il tarixli 18105773 nömrəli müqavilənin müddəti həddində müəyyən edilməli olduğuna dair gətirdiyi dəlillərin hüquqi əsasları olmadığı qənaətinə gəlir. Bundan başqa, hüquqi şəxsin nümayəndəsi **********3048sorğu nömrəli xx.xx.2019cu il tarixli gömrük bəyannaməsi üzrə malların daxildə emal xüsusi gömrük proseduru altında qalma müddətinin son tarixinin 1 il müddətdə müəyyən edilməməli olduğu, bunun iş materialları ilə təsdiq edilmədiyinə dair xüsusatların qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, **********3048 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki,Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından 21B48910/21B49010 nömrə nişanlı yük avtomaşını ilə daxil olmuş 24000 kq “yarımsellüloza tərkibli karton” yükü **********3048 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixədək 1 (bir) il müddətinə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin, hüquqi şəxsin nümayəndəsinin, izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1ünvanında qeydiyyatda olan Şəxs MMC, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməkləinzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyərinin (8568 manat) 50% (əlli faiz) miqdarında, yəni 4284 (dörd min iki yüz səksən dörd) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-725/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-725/2020
04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver