Məhkəmə qərarları › İş №3(002)-727/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-727/2021

19.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-727/2021 19.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bəbişov X5 rayon Məhkəməsinin 2(002)-1555/2020 saylı, 13 noyabr 2020-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X8 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)- 1555/2020 saylı, 13 noyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən 19 iyun 2020-ci il tarixindən başlayaraq 31 dekabr 2015-ci il tarixdə doğulmuş X2 və 24 noyabr 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Şəxs hər ay qazancının üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 80 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Borclunun iş yeri olduğu vaxt maaşından tutulmalar olurdu. Lakin daha sonra rəsmi iş yeri olmadığı üçün maaşına tutulmalar yönəltmək mümkün olmamışdır. Borclu sonuncu dəfə bugün, yəni 19 may 2021-ci il tarixdə məhkəmə iclası zamanı 1000 manat ödəniş etmiş, 2520 manat aliment borcu qalmışdır. O, öz izahatında daha sonra göstərmişdir ki, məhkəmə iclasında iştirak etməsi üçün tələbkar X6 ilə əlaqə saxlanılsa da sonuncu məhkəmədə iştirak etmək istəmədiyini, tələbkarla üz-üzə gəlmək istəmədiyini, lakin yığılıb qalmış aliment borcunun tam şəkildə ödənilməsini tələb etdiyini və borcludan şikayətçi olduğunu mobil telefon vasitəsi ilə bildirmişdir. Odur ki, borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 19 may 2021-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, məhkəmə qətnaməsindən məlumatı vardır. O, sonuncu dəfə bugün, yəni 19 may 2021-ci il tarixdə məhkəmə iclası zamanı 1000 manat ödəniş etmişdir. Uzun bir müddət “xxxx” MMC tikinti şirkətində fəhlə işləmiş və alimenti vaxtında ödəmiş, maaşından tutulmalar olmuşdur. Lakin daha sonra işdən çıxmış, bu səbəbdən də maddi olaraq sıxıntılar yaşayır və buna görə də aliment borcu yığılmışdır. Hal-hazırda özünə iş axtarmaqla məşğuldur, lakin heç bir işlə təmin oluna bilməmişdir. O, aliment borcunu ödəməkdən qəsdən yayınmamış və eləcə də icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlmişdir. Söz verir ki, qısa müddətdə hər necə olursa olsun özünə iş taparaq işləyəcək və yığılıb qalmış alimenti tam şəkildə ödəyəcəkdir. Odur ki, yuxarıda göstərilənlərin nəzərə alınaraq iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu hal-hazırda heç bir yerdə işləməməklə və hər-hansı bir gəlirə malik olmamaqla borcunu ödəməkdən qəsdən yayınmamış, eləcə də icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs aliment borcundan məhkəmə prosesi zamani daha 1000 manat ödəniş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar