Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-73/2021 19.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3, Qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, Bakı Nəqliyyat Agentliyinin 04.12.2020-ci il tarixli, BNA ******* nömrəli qərarından vətəndaş X5 tərəfindən verdiyi şikayətə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək onun barəsində tərtib edilmiş Bakı Nəqliyyat Agentliyinin 04.12.2020-ci il tarixli, BNA1166086 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X5 ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş Bakı Nəqliyyat Agentliyinin 04.12.2020-ci il tarixli, BNA1166086 saylı qərarı onu tərtib etmiş orqanın özü tərəfindən ləğv edildiyindən, həmin qərardan verilmiş şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X4 Bakı Nəqliyyat Agentliyinin 04.12.2020-ci il tarixli, BNA1166086 saylı qərarı onu tərtib etmiş orqanın özü tərəfindən artıq ləğv edildiyindən, şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3, qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsi X2 izahatlarınıdinləyib, iş materialını araşdırıb, barəsində inzibati icraat aparılan şəxs tərəfindən məhkəməyə verilmiş ərizənin geri qaytarılması ilə bağlı müraciətini nəzərə alaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, qərarından şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinin 04.12.2020-ci il tarixli, BNA1166086 saylı qərarı həmin orqanın özü tərəfindən ləğv edilmiş, göstərilən qərar artıq mövcud deyildir. Mövcud olmayan və mahiyyət etibarılə sonradan ləğv edilmiş qərar isə yenidən məhkəmə qaydasında mübahisələndirilə və ləğv bilməz. Bu baxımdan X3 həmin qərardan verilmiş şikayətə baxılanadək ondan imtina etməsi barədə iradə ifadəsi əsaslı hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A RA A L Dİ : X1 Bakı Nəqliyyat Agentliyinin 04.12.2020-ci il tarixli, BNA1166086 saylı qərarından verdiyi şikayəti geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində şikayət verilə bilər. HAKİM:KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №3(002)-73/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-73/2021
19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver