Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-73/2024 29.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, xx xxxxxx 1964-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin DYPŞ-dan daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ RPİ-nin DYPŞ tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan İXP ******* №-li 14 dekabr 2023-cü il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs EQ 15499967 №-li 05 iyul 2023-cü il tarixli qərar üzrə inzibati cərimələri qərar qanuni qüvvəyə mindiyi gündən 03 ay ərzində icra etməmişdir. Buna görə barəsində İXM-nin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ RPİ-nin DYPŞ-na və Şəxs rəsmi məlumat verilsədə inzibati xəta törətmiş şəxs və nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi iş materialları ilə tam təsdiq olunur. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu, 114-115 və 117 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs 14 dekabr 2023-cü il tarixli, İXP ******* №-li protokol üzrə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-73/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-73/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver