Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-733/2024 01.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Respublika Leproz (Cüzəm) Xəstəxanasının baş həkimi Nümayəndə iştirakı ilə, Bakı şəhəri, Qaradağ rayonu, Çeyildağ qəsəbəsi ünvanında qeydiyyatda olan Səhiyyə Nazirliyi Respublika Leproz (Cüzəm) Xəstəxanası barəsində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Respublika Leproz (Cüzəm) Xəstəxanası barəsində Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan İXP ******* №-li 27 fevral 2024-cü il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, Respublika Leproz (Cüzəm) Xəstəxanasının mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin yol vərəqəsi və sürücü haqqında məlumat Qaradağ RPİ-nin DYPŞ-na beş gün müddətində təqdim edilmədiyi üçün həmin təşkilat barəsində İXM-nin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Respublika Leproz (Cüzəm) Xəstəxanasının baş həkimi Nümayəndə öz izahatında bildirmişdir ki, Qaradağ RPİ-nin DYPŞ-dan daxil olan məktub 23 fevral 2024-cü il tarixdə alınmışdır. O da həmin nəqliyyat vasitəsinin sürücüsünü özü ilə götürərək 27 fevral 2024-cü il tarixdə Qaradağ RPİ-nin DYPŞ-na yaxınlaşmış, nəqliyyat hadisəsini törədən sürücünü polis əməkdaşlarına təqdim etmişdir. Lakin ona artıq bu işin məhkəməyə göndərildiyini bildrmişlər. O da məcbur olub növbəti gün, yəni 28 fevral 2024-cü il tarixdə rəsmi məktub ünvanlayaraq inzibati xəta törətmiş sürücün şəxsiyyəti barədə məlumat vermişdir. Odur ki, Respublika Leproz (Cüzəm) Xəstəxanası barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ RPİ-nin DYPŞ-na rəsmi məlumat verilsədə həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, Respublika Leproz (Cüzəm) Xəstəxanası barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, Respublika Leproz (Cüzəm) Xəstəxanasına məxsus “VAZ 2123 Chevrolet Niva minik” markalı ** AL *** qeydiyyat nişanlı avtomobilin sürücüsü 07 fevral 2024-cü il tarixdə, saat 15:25-də Qaradağ rayonu, Lökbatan dairəsində dayanma və ya durma qaydalarını pozmağa görə İXM-nin 346.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasının gedişində Respublika Leproz (Cüzəm) Xəstəxanasının baş həkimi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş 28 fevral 2024-cü il tarixli məktubun surətindən aydın olur ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixinə kimi “Chevrolet Niva” markalı nəqliyyat vasitəsini X1 idarə edir. Bundan başqa Nümayəndə məhkəmə iclasının gedişində məhkəməyə təqdim etdiyi zərfdən aydın olur ki, Qaradağ RPİ-dən xəstəxanaya göndərilmiş bildiriş 23 fevral 2024-cü il tarixdə rəsmi şəkildə alınmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Respublika Leproz (Cüzəm) Xəstəxanası tərəfindən Respublika Leproz (Cüzəm) Xəstəxanasının mülkiyyətində olan nəqliyyat vasitəsinin yol vərəqəsi və sürücüsü haqqında məlumat Qaradağ RPİ-nin DYPŞ-na beş gün müddətində təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətinə verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Respublika Leproz (Cüzəm) Xəstəxanasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Səhiyyə Nazirliyi Respublika Leproz (Cüzəm) Xəstəxanasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 27 fevral 2024-cü il tarixli, İXP ******* nömrəli protokol üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-733/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-733/2024
01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver