Məhkəmə qərarları › İş №3(002)-734/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-734/2020

12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-734/2020 12.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bu sənədin mHakim Həsənov İslam Telman oğlu, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhəri Qaradağ rayon Dövlət Yol PolisiŞöbəsinin xx xxx 2020-ci il tarixliTP ******* nömrəli, inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Dövlət Yol Polisi Şöbəsinin İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş TP ******* nömrəli, xx xxx 2020-ci tarixli qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 100 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın TP ******* nömrəli, xx xxx 2020-ci tarixli qərarında göstərilmişdir ki, “X2 xx xxx 2020-ci il tarixdə saat 19:42 radələrində Qaradağ rayon, Qobu park yaşayış komplekisi ərazisində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X2 Bakı şəhəri Qaradağ rayon Dövlət Yol Polisi Şöbəsinin xx xxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 verilmiş şikayətin dəlillərinə uyğun surətdə məhkəmə iclasında çıxış edib, əlavə olaraq bildirdi ki, xx xxx 2020-ci il tarixdə saat 19:40-da SMS vasitəsilə 3 saat müddətinə icazə almış və həmin icazə aldıqdan sonra etibarnamə əsasında idarə etdiyi ** LN *** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtomobillə hərəkət edərkən Qaradağ rayon Dövlət Yol Polisi Şöbəsinin YPX-nin inspektoru polis serjantı Orxan Mahmudov onun idarə etdiyi avtomobili saxlayaraq onun icazəsinin olub-olmamasını yoxlayarkən o inspektora icazəsinin olması barədə SMS göstərmiş, lakin polis serjantı Orxan Mahmudov icazəsinin olmasına baxmayaraq barəsində İXM-nin 211-ci maddəsi protokol tərtib etmişdir. O, isə həmin protokolla razı olmadığını bildirsə də, polis serjantı Orxan Mahmudov tərəfindən həmin gün protokol əsasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. xx xxx 2020ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla tanış olduqda görmüşdür ki, inzibati xətanın törədilmə vaxtı saat 19:00 qeyd olunmuş, bundan sonra o, həmin qərarın həqiqiliyini yoxlamaq Qaradağ rayon DYPŞ-nə müraciət edərək həmin nömrəli qararı əldə etmiş və xx xxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilmə vaxtı saat 19:42 göstərilmişdir. Ona görə də hesab edir ki, sonuncu əldə etdiyi qərar düzgündür və həmin vaxtı onun icazəsi olmuşdur. Göstərilənlərə əsasən Bakı şəhəri Qaradağ rayon Dövlət Yol Polisi Şöbəsinin xx xxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Səlahiyyətli orqan olan Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında qərarı, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, X1 barəsində Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx xxx 2020-ci il tarixli,TP ******* inzibati xəta haqqında qərarı ləğv edilməlidir. Məhkəmə, X2 tərəfindən tərəfindən xx xxx 2020-ci il tarixdə yol verildiyi ehtimal edilən xətaya görə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli olmasından ibarət səlahiyyətli orqanın gəldiyi qənaəti təsdiq və ya təkzib edə biləcək sübutların səlahiyyətli orqan tərəfindən təqdim edilməməsi işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozuntu kimi qiymətləndirir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X2 tərəfindən verilmiş şikayət qismən təmin olunmalı, X1 barəsində Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rayon xx xxx 2020ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması səlahiyyətli orqana həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Bakı şəhəri Qaradağ rayon Dövlət Yol PolisiŞöbəsinin xx xxx 2020-ci il tarixliTP ******* nömrəliqərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar