Məhkəmə qərarları › İş №3(002)-734/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-734/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-734/2023 14.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz katibliyi ilə, Qaradağ Rayon Polis İdarəsi 38-ci polis bölməsinin sahə inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 13 mart 2023-cü il tarixdə narkotik maddə sərxoşluğundan şübhəli bilindiyi üçün ərazidə xidmət aparan Qaradağ Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları Vüsal Əlizadə və Fuad Cəbiyev tərəfindən saxlanalaraq Qaradağ Rayon Polis İdarəsinə gətirilmiş, narkotik vasitə və psixotrop maddələrin onun tərəfindən istehlak edildiyini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika narkoloji mərkəzindən müayinədən keçirilmiş və Şəxs psixotrop maddə qəbul etməsi müəyyən edilmişdir. Qeyd edilənlərlə bağlı Qaradağ Rayon Polis İdarəsi 38-ci polis bölməsinin sahə inspektoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə MN serialı ******* nömrəli xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Qaradağ Rayon Polis İdarəsi 38-ci polis bölməsinin sahə inspektoru X6 bildirmişdir ki, Şəxs 13 mart 2023-cü il tarixdə narkotik maddə sərxoşluğundan şübhəli bilindiyi üçün Qaradağ Rayon Polis İdarəsinin əməliyyat müvəkkiləri tərəfindən saxlanılaraq 38-ci polis bölməsinə gətirilmiş, narkotik vasitə qəbul edib-etmədiyini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika narkoloji mərkəzindən müayinədən keçirilmiş və Şəxs psixotrop maddə qəbul etməsi müəyyən edilmişdir. Lakin onun əməlində cinayət tərkibi olmadığından xx.xx.2023cü il tarixdə barəsində cinayət işinin başlanılması rədd edilmiş və barəsində onun tərəfindən inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir və Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 3-4 ay bundan əvvəl narkotik vasitə qəbul etmişdir. Narkotik vasitəni internet vasitəsilə tanımadığı şəxsdən almışdır.13 mart 2023-cü il tarixdə Sahil qəsəbəsində Xəzri şadlıq sarayının yaxınlığında gəzərkən iki nəfər polis əməkdaşı onu saxlayaraq polis idarəsinə aparmışlar.Müayinədən keçiriləndən sonra o bilmişdir ki, qanında psixotrop maddə aşkarlanmışdır.Əməlindən peşmandır. Nəzərə alınmasını xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tibbi müayinə aktından görünür ki, Şəxs sidiyində psixotrop maddə aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli 1263 saylı rəydən görünür ki, Şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə düzgün tövsif edilmişdir və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 14 aprel 2023-cü il tarixdən, saat 17.20-dən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə proflaktik qeydiyyata alınsın Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Teymur Qurbanov İş № 3(002)-652/2023 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ Rayon Polis İdarəsi 38-ci polis bölməsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Qaradağ Rayon Məhkəməsinin inzibati binasında 10 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxılır. İclas saat 17:10-da açıldı. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Qaradağ RPİ 38-ci PB-nin nümayəndəsi məhkəmə iclasına gəlmişdir. Sədrlik edən hakimi və məhkəmə iclas katibini elan edir, hakimə və məhkəmə iclas katibinə etirazın olub-olmamasını soruşur. Sədrlik edən: Qurbanov Teymur Əhməd oğlu Məhkəmə iclas katibi: İlyasov Ceyhun Bəhruz oğlu. Etiraz daxil olmadı. Sədrlik edən məhkəmə iclasını açır və hansı inzibati xəta haqqında işə baxılmasını elan edir. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətlərini müəyyən edir və səlahiyyətlərini yoxlayır. Barəsində inzibati qaydada icraat aparılan şəxs: Şəxs - xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan X5 - Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsinə əsasən hüquq və vəzifələrini izah edir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: - Hüquq və vəzifələrim mənə aydındır. Məhkəmə iclasında hüquqlarımı özüm müdafiə edəcəm. Müdafiəçiyə ehtiyacım yoxdur. Bu imtina mənim maddi vəziyyətimlə bağlı deyil. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu barədə öz könüllü yazdığı ərizəni məhkəməyə təqdim edir. Sədrlik edənin s/c barəsində inzibati qaydada icraat aparılan şəxs: - İnzibati protokolla tanış olmuşam. Etiraz və vəsatət daxil olmadı. Sədrlik edən izahat üçün barəsində inzibati qaydada icraat aparılan şəxsə söz verir. Barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatı: - Təxminən bir ilə yaxındır narkotik vasitədən istifadə edirəm. Narkotik vasitəni internet vasitəsilə tanımadığım şəxsdən alıram. Əməlimdən peşmanam. Nəzərə alınmasını xahiş edirəm. Sədrlik edən izahat üçün Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsinin sahə inspektoru X1 verir. Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsinin sahə inspektoru X2 izahatı: - Şəxs 04 mart 2023-cü il tarixdə narkotik maddə sərxoşluğundan şübhəli bilindiyi üçün Qaradağ Rayon Polis İdarəsi 38-ci polis bölməsinə gətirilmiş, narkotik vasitə qəbul edib-etmədiyini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika narkoloji mərkəzindən müayinədən keçirilmiş və Şəxs narkotik vasitə olan OPİ+, MOP+, MTP+ qəbul etməsi müəyyən edilmişdir. Lakin onun əməlində cinayət tərkibi olmadığından xx.xx.2023-cü il tarixdə barəsində cinayət işinin başlanılması rədd edilmiş və barəsində onun tərəfindən inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir və Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edirəm. Sədrlik edən iş materiallarını elan edir. Sədrlik edən əlavələrin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra qərarı elan edir, qərardan şikayət verilmə qaydasını və müddətini izah edir. Sədrlik edənin sualına cavab olaraq tərəflər hər biri ayrı-ayrılıqda bildirir ki, qərarın məzmunu, qərardan şikayət vermə qaydası, müddəti və iclas protokolu ilə tanış olub öz qeydlərini vermək hüququ onlara aydındır. Məhkəmə iclası bağlı elan olunur. Sədrlik edən: Katib: BAKİ ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ AZ 1193 Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsi 3 Tel.: № 445-14-16 «11» yanvar 2019-cu il № 3(002)-82/2019 Şəxs ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Qaradağ Rayon Məhkəməsinin 3(002)-82/2019 saylı 11 yanvar 2019-cu il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti. Hakim Teymur Qurbanov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ __________________________________________________________________ Az1063, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, 3. Tel: 445-14-16 __________________________________________________________________ İş № 3(002)-652/2023 23 yanvar 2023-cü il Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə Qaradağ Rayon Məhkəməsinin 3(002)-652/2023 saylı 10 aprel 2023-cü il tarixli qərarının surəti Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə proflaktik qeydiyyata alınması hissəsində icra olunması üçün Sizə göndərilir. Qeyd olunan qərarı icra edib nəticəsi barədə qısa müddət ərzində məhkəməyə məlumat verməyiniz xahiş olunur. Qoşma: qərarın surəti Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar