Məhkəmə qərarları › İş №3(002)-735/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-735/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-735/2023 17.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Qaradağ RPİ-nin DYPŞ-nın inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, 10 avqust 1956-cı il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə Qaradağ RPİ-dən tərəfindən Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 07 aprel 2023-cü il tarixdə, saat 09:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdiyi halda geriyə hərəkət edərkən idarə etdiyi “BMW X5” minik markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobillə dayanmışş vəziyyətdə olan X3 idarə etdiyi “Kia Forte” minik markalı, ** CP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı olaraq Qaradağ RPİ-nin DYPŞ-nın inspektoru, polis baş leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 08 aprel 2023-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon DYPŞ-nın inspektoru, polis baş leytenantı X2 öz izahatında protokolu müdafiə edərək, sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, 07 aprel 2023-cü il tarixdə, saat 09:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdiyi halda geriyə hərəkət edərkən idarə etdiyi “BMW X5” minik markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobillə dayanmışş vəziyyətdə olan X3 idarə etdiyi “Kia Forte” minik markalı, ** CP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə sonuncuya maddi ziyan vurmuşdur. O, törətdiyi əməldən peşiman olduğunu, xəstə olduğu üçün sürücülük vəsiqəsini vaxtında yeniləyə bilmədiyini, təqaüdçü olmaqla maddi cəhətdən imkansız olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müayinə edilməsin Qaydaları”na dair Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 07 aprel 2023-cü il tarixli, 2/8286 saylı aktın surətindən aydın olur ki, Şəxs həmin gün saat 12:20 radələrində alkoqol sərxoşluğu müayinəsindən keçirilərkən ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş AD 010242 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs sürücülük vəsiqəsinin müddəti 01 aprel 2023-cü il tarixdə bitmişdir. Məhkəmə, tərəflərin izahatını, Şəxs barəsində tərtib edilmiş 08 aprel 2023-cü il tarixli İXP ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, o, İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tədbiri tədbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən yuxarıda qeyd olunan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşını və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsi daha məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar