Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-736/2024 01.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 19 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallarından aydın olur ki, Şəxs MMC, İD ********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş püstə məhsullarını idxal sağlamlıq aktı olmadan 12 fevral 2024-cü il tarixdə ünvan 1 ünvanında satmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin “İdxal və ixraca nəzarət sektoru”nun məsləhətçisi və həmin qurumun etibarnamə üzrə nümayəndəsi X2 öz izahatında tərtib edilmiş protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatı verilməsi üçün müracət edilmiş, həmin (İD ********** nömrəli) müraciətdə ümumi çəkisi 11535 kq olan püstə məhsullarının İran İslam Respublikasından ölkəyə idxal ediləcəyi göstərilmişdir. Mallar ölkəyə daxil olduqdan sonra məhsul nümunəsi yoxlanılması üçün labarotoriyaya verilmişdir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans Labarotoriyasından verilmiş 22 noyabr 2023-cü il tarixli sınaq nəticələrinə əsasən sözügedən püstə məhsulunda Aflotiksin B 1 miqdarının normadan artıq olması aşkarlanmışdır. Nəticədə AQTA-nın Bakı Regional Bölməsi tərəfindən 21 dekabr 2023-cü il tarixli, “qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiya barədə” Qərar qəbul edilmişdir. Qərarın nəticə hissəsinə əsasən Şəxs MMC-nin 30 oktyabr 2023-cü il tarixli İD ********** nömrəli müraciəti əsasında İran İslam Respublikasından idxal olunmuş 10 oktyabr 2023-cü il istehsal tarixli, 10 oktyabr 2025-ci il son istifadə tarixli ümumi çəkisi 11535 kq, istehsalçısı “Sorin Pistachio” müəssisəsi olan püstə məhsulu partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina edilməsi, qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikası Gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi, bu qərarın 2-ci bəndində göstərilmiş müddət ərzində iqda və yem məhsulları, qida ilə təmasda olan material və məmulatlar Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxaırlmadıqda həmin məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakı ilə 10 gün ərzində məhv edilməsi və ya sahibkarının əsaslandıırlmış müraciəti əsasında qanunvericlikdə nəzərdə tutulmuş qaydada utilizasiyası qərara alınmışdır. Qərarın surəti bildirişlə birgə Şəxs MMC-yə göndərilmişdir. AQTA-nın Bakı Regional Bölməsi tərəfindən MMC-yə ünvanlanmış 06 fevral 2023-cü il tarixli məktubda Şəxs MMC-nin ölkəyə idxal etdiyi məhsul partiyası barədə məlumatların 12 fevral 2024-cü il tarixinədək Agentliyin Bakı regional Bölməsinə təqdim etmələri xahiş olunmuş, əks halda məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcəyi bildirilmişdir. Lakin Şəxs MMC tərəfindən sözügedən bildirişə də müvafiq cavab verilmədiyindən MMCyə 08 fevral 2024-cü il tarixdə “İnzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında” bildiriş ünvanlanmış, həmin bildirişdə də MMC-nin səlahiyyətli nümayəndəsinin 19 fevral 2024-cü il, saat 11:30-da AQTA-nın Bakı regional Bölməsinə gəlməsi bildirilmiş, əks təqdirdə MMC-nin iştirakı olamdan İXM-nin 99.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılacağı bildirilmişdir. Lakin bu bildirişə də Şəxs MMC tərəfindən cavab verilməmişdir. Nəticədə Şəxs MMC barəsində MN ******* saylı, 19 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, bütün bunların nəzərə alınaraq Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs MMC-yə rəsmi qaydada məlumat verilsə də, qeyd olunan təşkilatlardan nümayəndə məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə, işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 06 fevral 2024-cü il tarixli, 3-44-1/2-1-1321/24 nömrəli AQTA-nın Bakı Regional Bölməsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubda ölkəyə idxal olunmuş qida məhsulları partiyası (satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanması) barədə məlumatların 12 fevral 2024-cü il tarixədək təqdim edilməli olduğu, qeyd olunan müddət ərzində məlumat verilmədiyi təqdirdə isə məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcəyi və MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılacağı qeyd edilmişdir. Bundan başqa iş materiallarında olan 08 fevral 2024-cü il tarixli, 3-44-1/2-1-1- 1512/24 nömrəli, “İnzibati xəta haqqında iş üzrə icraata başlanması” haqqında bildirişdə də Şəxs MMC-nin nümayəndəsinin 19 fevral 2024-cü il tarixdə, saat 11:30-da AQTA-nın Bakı Regional Bölməsinə gəlməyinin zəruri olduğu, əks təqdirdə İXM-nin 99.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılacağı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC, AQTA-nın Bakı Regional Bölməsi tərəfindən onlara ünvanlanmış müraciətlərə cavab verməmiş, həmçinin İran İslam Respublikasından idxal olunmuş çəkisi 11535 kq, istehsalçısı “Sorin Pistachio” müəssisəsi olan püstə məhsulu partiyasını idxal sağlamlıq aktı olmadan 12 fevral 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında satılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində göstərilir ki, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini və əvvəllər də eyni pozuntuya görə inzibati məsuliyyətə cəlb edilmələrini nəzərə alaraq hesab edir ki, Şəxs MMC barəsində hüquqi şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-736/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-736/2024
01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver