Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-739/2021 20.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Kürdəmir rayonu, Axtaçı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Kürdəmir rayonu, Axtaçı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş 19.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 19.05.2021-ci il tarixdə, Bakı şəhəri, Qaradağ rayon, Müşfiqabad qəsəbəində yerləşən “Mədəniyyət” evinin qarşısında polisin qanuni fəaliyyətinə müdaxilə etmiş və xəbərdarlıq edilməsinə baxmayaraq tabesizlik göstərmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis baş leytenantı X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 19.05.2021-ci il tarixdə, saat 19:40 radələrində xitmət yoldaşları ilə xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Mədəniyyət evinin qarşısında bir nəfər şəxsin tibbi maskadan istifadə etmədiyini görüb ona yaxınlaşmışlar və özlərini təqdim edərək həmin şəxsdən özünü təqdim etməsini və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini tələb etmişlər. Lakin, həmin şəxs müxtəlif bəhanələr gətirərək özünü və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməmişdir. Həmin şəxsi nizam intizama dəvət etsələr də, o israrla özünü və sənədlərini təqdim etməməkdə israrlı olmuşdur. Daha sonra həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün onu post porul maşınına əyləşdirərək polis bölməsinə aparmaq istəyən zaman tanımadığı, bir cavan oğlan onlara yaxınlaşıb onların iş fəaliyyətinə mane olaraq sonuncunu polis bölməsinə aparmaqlarına imkan verməmişdir. Onlar həmin şəxsi də nizam intizama dəvət etdərək öz qanunsuz hərəkətlərini dayandırmağı tələb etsələr də, lakin həmin cavan oğlan onların qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu səbəblə də, tərəflərindən həmin şəxslərə polis bölməsinə aparılmaları təklif olunmuş, lakin sonuncular onlarla gəlməkdən imtina etmişlər. Lakin nəticədə həmin şəxslər tərəflərindən saxlanılaraq bölməyə gətirilmişlər. Polis bölməsində müəyyən olundu ki, həmin şəxslər Şəxs və X1r. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 19.05.2021-ci il tarixdə dostu Məhəməd Rüstəmovla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Mədəniyyət evinin qarşısında olan zaman o, enerji içkisi almaq üçün orada olan marketlərin birinə getmişdir. Həmin gün təxminən saat 19:30 radələrində mağazadan çıxıb dostu Məhəmmədin yanına gəldikdə görmüşdür ki, polis əməkdaşları Məhəmmədi polis maşınına mindirib polis bölməsinə aparmaq istəyir. O da dostu Məhəmməddən narahat qaldığı üçün polis əməkdaşlarına yaxınlaşıb, dostunu nə səbəbdən bölməyə apardıqlarını soruşmuş, polis əməkdaşlarıda ona dostunun onların qanuni tələbinə tabe olmayaraq özü təqdim etmədiyi cavabını verdilər və bildirdilər ki, onun şəxsiyyətini müəyyən etmək üçün onlarla birlikdə polis bölməsinə getməlidir. Bundan sonra o, polislərə dostu Məhəmmədi bölməyə aparmaları üçün xahiş etmiş, lakin polis əməkdaşları Məhəmmədi bölməyə aparacaqlarını bildirdik də, o da polis əməkdaşlarına onuda aparmalarını demişdir. Daha sonra polis əməkdaşları ona iş fəaliyyətlərinə mane olmamağımı bildirdilər. Lakin o, həmin vaxt polis əməkdaşlarının tələbinə tabe olmayaraq öz qnunsuz hərəkətlərini davam etdirib polis əməkdaşlarının iş fəaliyyətinə mane olmuşdur. Nəticə də o və dostu Məhəmməd polis əməkdaşları tərəfindən saxlanılaraq ərazi adiyyəti üzrə Qaradağ RPİ-nin 10-cu polis bölməsinə aparılmışlar. Hazırda əməlindən peşmançılıq çəkdiyini və döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümayiş etdirdiyi üçün ” Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 Alayının patrul bölüyü, polis nəfəri polis serjantı X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 19.05.2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis baş leytenantı X4 və digər əməkdaşlarla xidmətdə olan zaman Müşfiqabad qəsəbəsində Mədəniyyət evinin qarşısında bir nəfər şəxsin qoruyucu maskasız dayandığını görüb yaxınlaşmış, özünü təqdim edib qayda pozuntusunu izah etmişdir. Həmin şəxsdən özünü təqdim etməyi tələb etmiş, lakin həmin şəxs müxtəlif bəhanələr gətirərək özünü təqdim etməmişdir. Daha sonra tanımadığı, özünü həmin şəxsin dostu kimi təqdim edən şəxs ona yaxınlaşıb xidməti fəaliyyətinə tam mane olmuş, özünü təqdim etməməkdə israrlı olmuşdur. Həmin şəxsləri polis bölməsinə dəvət etmişlər, maşına əyləşmələrinə göstəriş vermişlər, lakin həmin şəxslər nizam intizama əməl etməmiş müqavimət göstərərək polis bölməsinə gəlməkdən imtina etmişlər. Nəticədə həmin şəxsləri məcburi polis maşına əyləşdirib 10-cu polis bölməsinə gətirmişlər. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin rəisi polis-polkovniki Nizami Novruzova ünvanlanmış 19 may 2021-ci il tarixli raportdan görünür ki, Müşfiqabad qəsəbəsində inzibati ərazidə karantin rejimi ilə əlaqədar reyd keçirən zaman Mədəniyyət evinin qarşısında bir nəfər şəxsin qoruyucu maskasız dayandığını görüb yaxınlaşmış, özünü təqdim edib qayda pozuntusunu izah etmişdir. Həmin şəxsdən özünü təqdim etməyi tələb etmiş, lakin həmin şəxs müxtəlif bəhanələr gətirərək özünü təqdim etməmişdir. Daha sonra tanımadığı, özünü həmin şəxsin dostu kimi təqdim edən şəxs ona yaxınlaşıb xidməti fəaliyyətinə tam mane olmuş, özünü təqdim etməməkdə israrlı olmuşdur. Həmin şəxsləri polis bölməsinə dəvət etmişlər, maşına əyləşmələrinə göstəriş vermişlər, lakin həmin şəxslər nizam intizama əməl etməmiş müqavimət göstərərək polis bölməsinə gəlməkdən imtina etmişlər. Onları məcburi maşına əyləşdirib 10-cu polis bölməsinə gətirmişlər. Hər iki şəxs maska taxmayacalarını bunun ölkə başçısının göstərişi olduğunu qeyd etmiş, veteran olmaqlarını özlərinə üstünlük kimi qazandırmışlar. Polis Bölməsində məlum olmuşdur ki, onlar Şəxs və X1r. Raport üzrə aidiyyəti göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan “X7 haqqında“ protokoldan görünür ki, Şəxs 19 may 2021-ci il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuş, 20 may 2021-ci il tarixdə, saat 09:00-da azad edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında 19 may 2021-ci il tarixli, 2/6505 nömrəli protokoldan görünür ki, Şəxs orta alkoqol sərxoşluğu olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əİiyev tərəfindən imzalanmış 29 dekabr 2020-ci il tarixli sərəncamdan görünür ki, əsgər Şəxs Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümayiş etdirdiyi üçün ” Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 19 may 2021-ci il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, protokol tərtib etmiş şəxsin və şahidin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 19.05.2021-ci il tarixdə, Bakı şəhəri, Qaradağ rayon, Müşfiqabad qəsəbsində yerləşən “Mədəniyyət” evinin qarşısında polisin qanuni fəaliyyətinə müdaxilə etmiş və xəbərdarlıq edilməsinə baxmayaraq tabesizlik göstərmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi əməlindən səmimi peşmançılıq çəkməsini, döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümayiş etdirdiyi üçün ” Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmasını və məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona Həmin maddənin sanksiyası hədləri daxilində İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alnmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, Həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-739/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-739/2021
20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver