Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-739/2025 08.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Bakı şəhəri Yasamal rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3, Zərərçəkən şəxs Zərərçəkmiş şəxs nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Yasamal rayon Prokurorluğundan daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri X7 tərəfindən qəbul edilmiş 18 aprel 2025-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar” və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 18 aprel 2025-cü il tarixli qərardan və iş materiallarından görünür ki, hüquqi şəxs Şəxs MMC təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi – rəhbəri X4 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinə əsasən əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan Şəxs MMC ilə xx.xx.2025-ci il tarixdə 1 aylıq xidmət müqaviləsi bağlamış Zərərçəkmiş şəxs müqavilənin 1 saylı əlavəsində göstərilən xidmətlərlər kənar 27 yanvar 2025-ci il tarixdən 28 fevral 2025-ci il tarixədək işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi kimi şirkətə yeni müştərilərin cəlb edilməsi ilə bağlı işlərin görülməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X12 öz izahatında Bakı şəhəri Yasamal rayon prokuroru tərəfindən qəbul edilmiş 18 aprel 2025-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar”ı müdafiə edərək göstərmişdir ki, hüquqi şəxs Şəxs MMC təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi – rəhbəri X4 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinə əsasən əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan Şəxs MMC ilə xx.xx.2025-ci il tarixdə 1 aylıq xidmət müqaviləsi bağlamış Zərərçəkmiş şəxs müqavilənin 1 saylı əlavəsində göstərilən xidmətlərlər kənar 27 yanvar 2025-ci il tarixdən 28 fevral 2025-ci il tarixədək işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi kimi şirkətə yeni müştərilərin cəlb edilməsi ilə bağlı işlərin görülməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsndə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətmişdir. Qeyd olunanlar X9, X4, X15 oğlunun izahatları, X5 araşdırmaya təqdim etdiyi CD diskə baxış keçirilməsi haqqında 17 Aprel 2025-ci il tarixli protokol və "Epis" məlumat sistemindən əlavə edilmiş əmək müqaviləsi məlumatlarına dair baxış protokolu ilə təsdiq olunur. Odur ki, inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkən Zərərçəkmiş şəxs nümayəndəsi (vəkili) Vəkil Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 öz izahatında qeyd etdiklərini qəbul etməyərək göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs əvvəllər “166 yük daşıma xidmətinin” satış şöbəsində işləmişdir. Şəxs MMC tərəfindən həmin şirkətdə də satış rəhbəri vəzifəsinə dəvət olunub. Ona əmək və ya mülki müqavilə bağlanmasını Şəxs MMC tərəfindən təklif edilib, əvəzində ona aylıq beş min manat əməkhaqqı ödəniləcəyi bildirilib. Sonradan Şəxs MMC-nin rəhbərliyi Zərərçəkmiş şəxs əvvəlki iş yerində olan müştəri bazasını ondan istədikdə o bu məlumatların konfidensial olduğunu bildirərək həmin məlumatları verməkdən imtina edib. Buna görə də Şəxs MMC zərərçəkənə ödəməyə söz verdiyi əməkhaqqını ödəməyib. İşin hüquqi tərəfinə gəlincə isə nümayəndə bildirmişdir ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü bəndinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Hüquqlarını müdafiə etdiyi zərərçəkən Zərərçəkmiş şəxs Şəxs MMC-də satış şöbəsinin funksiyalarına aid vəzifələri yerinə yetirmişdir. Həmin iş Şəxs MMC-nin əsas fəaliyyət sahəsinə aiddir. Belə olduğu halda tərəflər arasında mülki münasibətlərdən söhbət gedə bilməz. Göründüyü kimi tərəflər arasında əmək müqaviləsi deyil, xidməti müqavilə bağlanmaqla əmək qanunvericliliyinin tələbləri pozulmuşdur. Nümayəndə öz izahatında göstərmişdir ki, xidməti müqavilələrində rəhbər-işçi münasibətləri olmur. Əmək müqaviləsi bağlandığı halda isə tərəflər arasında əmək intizamı qaydaları olur. Biz tərəflər arasında bağlanmış xidmət müqaviləsinin şərtlərinə diqqət yetirsək bunun əmək müqaviləsinin standart şərtləri olduğunu görərik. Şəxs MMC-nin rəhbərliyi vergidən yayınmaq və digər məqsədlərlə zərərçəkənlə olan əmək münasibətlərini pərdələmiş, onu mülki münaisbətlər kimi təqdim etmişdir. Qeyd etdiklərini iş materiallarına əlavə edilmiş Şəxs MMC-nin rəhbəri ilə Zərərçəkmiş şəxs arasında olan “Whatsapp” sosial şəbəkəsində olan yazışmalar da sübut edir. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X8 təmsil etdiyi şirkət barəsində qəbul edilmiş qərarı qəbul etməyərək və məhkəməyə yazılı etirazını təqdim edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixində Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri, X7 8-ix-25 nömrəli materiallar üzrə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edərək materiallarla birlikdə Qaradağ rayon Məhkəməsinə göndərmişdir. Məlumat üçün bildirir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs iş ilə bağlı şirkətlərinə müraciət etmiş, şirkətin təsisçisi və direktoru ilə görüşlər keçirmişdir. Görüş zamanı Zərərçəkmiş şəxs əmək müqaviləsi bağlayaraq işə başlaması ilə bağlı iş təklif olunmuş, o isə əmək müqaviləsi bağlamaqdan imtina etmiş və bildirmişdir ki, yalnız xidmət müqaviləsi ilə bir ay xidmət göstərə bilər. (Bu barədə whatsapp yazışması əlavədədir.) Ona görə də şirkətləri ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2025-ci il tarixində 01/25 saylı xidmət müqaviləsi imzalanmışdır. Müqavilə isə Zərərçəkmiş şəxs tərəfindən gətirilmiş və deməsinə görə müqaviləni hüquqşünas əri tərtib etmişdir. Müqavilədə 01 saylı əlavədə isə 12 bənddən ibarət xidmətlərin təsviri göstərilmişdir. Zərərçəkmiş şəxs xidməti müqavilə ilə işə başladığı andan xidməti səmərəli həyata keçirməsi məqsədilə istifadəsinə notebuk, telefon, simkart verilmiş, həmçinin, mail ünvanı da açılmışdır. Zərərçəkmiş şəxs işə başladıqdan bir neçə gün sonra isə işə həftənin müxtəlif günlərində və müxtəlif saatlarda gələcəyini bildirmişdir. Bununla da o, ay ərzində xidməti müqavilə ilə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Hansı ki, xidməti müqavilənin 01 saylı əlavəsində 12 bənddən ibarət xidmətlərin təsviri qeyd edilmişdir. Xidməti müqavilə başa çatan gün Zərərçəkmiş şəxs göstərdiyi xidmətin təhvil verməsi tərəflərindən təklif edilmişdir. O isə xidməti təhvil verməkdən boyun qaçıraraq email üzərindən internetdən kopiya edilmiş mətnləri qeyd edərək həmin xidmətləri göstərdiyini qeyd etmişdir. Lakin konkret olaraq xidməti müqavilənin 01 saylı əlavəsində 12 bənddən ibarət xidmətlərin heç birini icra etməmişdir. Onlar bu gün də göstərilən xidmətlər varsa qəbul etməyə hazırdırlar. Zərərçəkmiş şəxs xidmətləri tələb etdiklərinə görə pulun tam ödənilmədiyi halda ondan şikayət edəcəyini bildirmişdir. Onu da qeyd olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs yalnız xidməti müqavilənin 01 saylı əlavəsində qeyd olunan 12 bənddən ibarət xidmətlərin icra edilməsi tələb olunmuş, əsas fəaliyyət sahəsi ilə bağlı ondan heç bir iş tələb olunmamışdır. Həmçinin, o "korporativ satış şöbəsinin rəhbəri" kimi kollektivə təqdim olunmamışdır. Ondan digər şirkətlərin müştəri baza məlumatları tələb olunmamışdır. Zərərçəkmiş şəxs müqavilə üzrə xidmətləri yerinə yetirmədiyi üçün müxtəlif bəhanələrlə yayınmaq məqsədi daşıyır. Onun tərəfindən təqdim olunan səs yazıları və email yazışmaları da xidmətin səmərəli yerinə yetirilməsi məqsədilə edilib. Həmin yazışmalarda digər şirkətlə müqavilə bağlanması məsələsinə gəldikdə isə müqavilələr onun tərəfindən hazırlayıb. Bu məslə ilə bağlı Zərərçəkmiş şəxs maraqlanması isə öz təşəbbüsü ilə xidməti həyata keçirilməsi məqsədilə edilmişdir. Heç kim ondan xidmətdən kənar iş tələb etməmişdir. Bu MMC-nin təsisçisi X10 və MMC-nin direktoru X2 izahatlarında da öz əksini tapmışdır. Beləliklə, yuxarıda qeyd edilənlərdən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs "xxxx" MMC ilə xx.xx.2025-ci il tarixində 01/25 saylı xidmət müqaviləsi əsasında fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxs əmək müqaviləsi bağlanması təklifi olunsa da o əmək müqaviləsi bağlamaqdan imtina etmiş və ancaq bir ay müddətində xidməti müqavilə ilə fəaliyyət göstərə biləcəyini bildirmişdir. Lakin o xidməti müqavilənin 01 saylı əlavəsində qeyd edilən xidmətləri tam icra etmədiyinə, əksər günlər işə gəlmədiyinə (işə gəldiyi günlər kamerada qeyd edilb) görə də Zərərçəkmiş şəxs, ondan xidmətdən kənar islər görməsi barəsində şikayəti əsassızdır. Belə ki, Zərərçəkmiş şəxs xidməti müqavilənin 01 saylı əlavəsində qeyd edilən xidmətləri (Logistika xidmətləri ilə bağlı korporativ satış şöbəsinin qurulması, korporativ satış strategiyasının qurulması,bazar və rəqiblərin araşdırılması,koorporativ satış kanallarının qurulması,korporativ satış resurslarının hazırlanması,qiymət təklifləri, müştərilər ilə əlaqə qurulma qaydalarının tətbiqi və digər xidmətlər) görən zaman təsisçi və direktor ilə olan yazışmalar və səs yazılarını əmək münasibətləri kimi hesab etmək yolveriməzdir və qanuna uyğun deyildir. "xxxx" MMC Zərərçəkmiş şəxs ilə Əmək qanunvericiliyinə uyğun olaraq bir ay müddətində xidmət müqavilə bağlamış, xidməti təhvil verərsə ona müqavilədə qeyd olunan xidmət haqqını da verməyə hazırdır. O öz izahatında daha sonra göstərmişdir ki, qeyd olunan faktla bağlı onların xəbəri və məlumatı olmadan DƏMX-nin Bakı şəhəri İdarəsi tərəfindən təmsil etdiyi şirkətin rəhbəri X4 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Yəni, bildirmək istəyir ki, bu fakt öz təsdiqini tapmasa da artıq şirkətin rəhbəri cərimələnmiş və təkrar, eyni əmələ görə təmsil etdiyi şirkətin yenidən cərimələnməsi qanunsuzdur. Odur ki, yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmədən xx.xx.2025-ci il tarixində Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri, X7 tərəfindən qəbul edilmiş "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarınının izahatlarını dinləyib, iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materillarına əlavə edilmiş 18 aprel 2025-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın nəticə hissəsinə əsasən;
1. Hüquqi şəxs Şəxs MMC hüquqi ünvanı – Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması,
2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikasının İXM-in 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməsi,
3. Qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi,
4. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan X5 Bakı şəhəri Yasamal rayon prokurorluğuna verdiyi izahatından aydın olur ki, xx.xx.2025-ci il tarixdən o Şəxs MMC-də faktiki olaraq fəaliyyətə başlamışdır. Kollektivə və müştərilərə korporativ satış şöbəsinin rəhbəri kimi təqdim edilsə də əməkdaşlığı qısa müddətli olduğunu nəzərə alaraq onunla 01/25 saylı, 27 yanvar 2025ci il tarixli xidmət müqaviləsi imzalanmışdır. Lakin reallıq ondan ibarət olmuşdur ki, şirkətə gəldiyi ilk gündən etibarən o paralel olaraq “korporativ satış şöbəsinin rəhbəri” kimi fəaliyyətə başlayaraq rəhbərliyin tapşırığı ilə ilk növbədə yeni müştərilərin Şəxs MMC-yə cəlb edilməsi ilə məşğul olmuşdur. Bununla bağlı ona müvafiq inventar (notebook, telefon, sim kart) ayrılmış, həmçinin müştərilərlə əlaqələrin qurulması üçün mail ünvanı və vizit kartlar təqdim edilmişdir. Yeni müştərilərin cəlb olunması ilə bağlı Şəxs MMC-nin təsisçisi Sahil Əliyev və MMC-nin direktoru Ramil Seyfəddinli tərəfindən ona bir başa tapşırıqlar verilmişdir. Onlar bu tapşırıqları onunla əsaslandırmışdır ki, yanvar-mart aylarında sifarişlərin sayı çox az olur və bu çətin maliyyə vəziyyətdən çıxmaq üçün onlara yeni müştərilər ilə əməkdaşlıq etmək mütləqdir. İş materiallarında olan X2 Bakı şəhəri Yasamal rayon prokurorluğuna verdiyi izahatından aydın olur ki o, 2024-cü ilin avqust ayından “Sahil Transport MMC”-də direktor vəzifəsində işləyir. Leyla Hüseynova ilə vaknasiya üzrə şirkətə yaxınlaşmış, lakin 1 ay ərzində işləyə biləcəyini bildirmişdir. Satışın artırılması ilə bağlı görüləcək işlərin icrası üçün bir ay kifayət edəcəyini bildirmişdir. L.Hüseynova ilə Şəxs MMC-nin direktoru kimi o xx.xx.2025-ci il tarixdə 1 aylıq xidmət müqaviləsi bağlanılmışdır. L.Hüseynova müqavilədə göstərilən öhdəlikləri icra etməsi nəticəsində şirkətin daxili bazarda müştərilərinin sayının artacağını və daxili bazarın satış şöbəsinin qurulacağını bildirmişdir. Həmin xidmət müqaviləsinə əsasən müqavilənin 1 saylı əlavəsində göstərilən xidmətlər L.Hüseynova tərəfindən tam olaraq görülməmişdir. Leyla Hüseynovadan yeni müştərilən cəlb edilməsi tələb edilməmişdir. L.Hüseynova yalnız satış stateqiyasının qurulmasını həyata keçirməli olmuşdur. O, Leyla Hüseyovadan yalnız xidmət müqaviləsinin bir saylı əlavəsində qeyd edilən öhdəliklərin yerinə yetirilməsini tələb etmişdir. L.Hüseynova yeni müştərilərin cəlb edilməsi ilə bağlı strateqiyanı qurulmalı olmuş, lakin Leyla Hüseynova tərəfindən əlavə hər hansı işlərin görülməsinin şirkətə heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında tərəflərin mübahisələndirmədiyi toplanmış materiala əlavə edilmiş X5 araşdırmaya təqdim etdiyi CD diskdən görünür ki, CD diskdə Leyla Hüseynova tərəfindən yeni müştərlərin cəlb olunması üçün Şəxs MMC-nin təsisçisi Sahil Əliyev və MMC-nin direktoru Ramil Seyfəddinli tərəfindən ona bir başa tapşırıqlar verilməsi, yeni müştərilərlə görüşlərdə iştirak etməsi, onun şirkətdə hansı vəzifəli şəxs kimi vizitkalarda adının qeyd edilməsi və bu mövzuda söhbətlərin aparılması ilə bağlı “whatsapp” mobil tətbiqi üzərindən səs yazıları və yazışmalar əks etdirilir. Toplanmış materiala əlavə edilmiş X9 barədə X1 Sisteminin elektron sorğu modulundan əmək müqaviləsi məlumatlarının çıxarılmasına dair tərtib edilmiş protokoldan görünür ki, Şəxs MMCnin direktoru X2 işə götürdüyü Zərərçəkmiş şəxs 27 yanvar 2025-ci il tarixdən 28 fevral 2025-ci il tarixədək Şəxs MMC-nin direktoru X4 ilə hər hansı əmək müqaviləsi məlumatı aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, hüquqi şəxs Şəxs MMC təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi – rəhbəri X4 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinə əsasən əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan Şəxs MMC ilə xx.xx.2025-ci il tarixdə 1 aylıq xidmət müqaviləsi bağlamış Zərərçəkmiş şəxs müqavilənin 1 saylı əlavəsində göstərilən xidmətlərlər kənar 27 yanvar 2025-ci il tarixdən 28 fevral 2025-ci il tarixədək işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi kimi şirkətə yeni müştərilərin cəlb edilməsi ilə bağlı işlərin görülməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.2-ci əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.1.), hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.2.), hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.3.), bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi (18.2.4) tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 48-51, 114, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Hakim: Rufan Mürsəlov