Məhkəmə qərarları › İş №3(002)-74/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-74/2021

12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-74/2021 12.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X6 iclas katibliyi, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş 04.12.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 04 noyabr 2020-ci il tarixdə 11:00 radələrində Şəxs etibarnamə əsasında idarə etdiyi “Daewoo Damas” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, “Meyvəli” bazarı ərazisində heç bir üstünlük nişanının olmadığı yerdə trayektoriyası sağ tərəfdən gələn Ford markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla kəsişdikdə Ford markalı avtomaşına yol verməmiş nəticədə toqquşmuşlar. Hadisə nəticəsində Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan qəsəbəsində yaşayan 09.08.1990-cı il təvəllüdlü X4 maddi ziyan vurmuşdur. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Rüstəm Seyidov tərəfindən qəbul edilmiş 14 noyabr 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarla baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün materialın Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru, polis leytenantı Abbasov Ramil tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 04.12.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, özünə məxsus “Daewoo Damas” markalı, 10- KF-179 dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edir və 2 ilə yaxın müddətlə sürücülük təcrübəsi olmaqla “B,C” dərəcəli sürücülük vəsiqəsi vardır. 04.11.2020-ci il tarixində, saat təxminən 11:00 radələrində saz vəziyyətdə olan “Daewoo Damas” markalı yük avtomobili ilə qardaşı X10 ilə birlikdə Meyvəli topdan satış bazasına plastmas yeşikləri satmaq məqsədi ilə gəlib yeşikləri satdıqdan sonra yaşadığı evə dönmək üçün Meyvəli ticarət mərkəzinin daxili yolu çıxış istiqamətində saatda təxminən 20 km sürətlə irəli doğru hərəkətdə olarkən 5-ci korpusun yanındakı yol kəsişməsində “Ford Transit” markalı, **-KJ- *** dövlət qeydiyyat nişanlı avtomaşın onun hərəkət etdiyi yol ilə sağdan kəsişən yoldan çıxaraq qarşı hissəsi ilə onun avtomobilinin sağ orta hissəsinə toxundu. Zərbənin təsirindən idarə etdiyi avtomobil sol yanı üstə aşıb dayandı. O hadisə zamanı sol qolundan, avtomaşında sərnişin qismində əyləşmiş qardaşı X7 isə sağ ayaq nahiyəsində xəsarət aldığı üçün hadisə yerinə təcili tibbi yardım qrupu çağırıldı və onlar tibbi yardım avtomobili ilə 3 saylı Sabunçu rayon xəstəxanasına aparıldılar. Orada müayinə olduqdan sonra evə buraxıldılar. O, hadisə vaxtı spirtli içki qəbul etməmişdir və tam ayıq vəziyyətdə olmuşdur. Son olaraq əməlindən səmimi peşmançılıq hissinin keçirməsini, yeganə qazanc yerinin sürücülük fəaliyyəti olmasını nəzərə alaraq, barəsində sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişdir. Buna görə də məhkəmə zərərçəkmiş şəxs X1 və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi “Qaydaları” na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi 04.11.2020-ci il il tarixli, 2/18334 saylı aktda qeyd olunur ki, Şəxs yol nəqliyyat hadisəsini törədən vaxtı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5” X12 05 noyabr 2020-ci il tarixli, 776 saylı ekspert rəyindən görünür ki, Şəxs sol dirsək oynağının və sol İİ barmağının sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda gösrərildiyi kimi 04.11.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5” X12 05 noyabr 2020-ci il tarixli, 777 saylı ekspert rəyindən görünür ki, S.M.Mehdiyevdə sağ diz oynağının yumşaq toxumalarının, şişkinlik halında əzilməsi cüzi hərəkət məhdudluğu ilə, sağ baldırın sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi 04.11.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olaqn sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin 05 noyabr 2020-ci il tarixli 777 nömrəli ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1), zərərçəkmiş şəxslə barışdığını (İXM 32.2.), ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar