Məhkəmə qərarları › İş №3(002)-74/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-74/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-74/2023 19.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis mayor X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, (FİN: xxxxxxx) Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar yaşayış massivi, dəniz kənarında yerləşən qum karyerində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə 11:30 radələrində qum yığmaq üçün atası ilə birlikdə Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar yaşayış massivi, dəniz kənarında yerləşən qum karyerinə getmişlər. Orada olduqları vaxt polis əməkdaşları onlara yaxınlaşmış, onlar da əllərində olan kürəkləri dərhal yerə qoymuşlar. Bundan sonra polis əməkdaşları onlardan polis maşınına oturmağı tələb etmişlər. Şəxs və atası maşına oturduqdan sonra polis əməkdaşları onlara müqavimət göstərmişlər. Polis əməkdaşı Ruhin onun burun nahiyəsindən vurmuşdur. Daha sonra onu məcburi polis maşınına əyləşdirərək 11-ci polis bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi cinayət axtarış üzrə əməliyyat müvəkkili X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, raportu xx.xx.2023-cü il tarixdə polis baş leytenantı Ruhin Qurbanov tərtib etmişdir. xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin polis əməkdaşları Fuad Musayev, Tural Məlikov və Vüsal Balakişiyevlə birlikdə inzibati ərazidə xidmət aparan zaman Ələt qəsəbəsi Şıxlar yaşayış massivi Dəniz kənarında Qum karyeri deyilən yerdə iki nəfər şəxsin kamaz markalı **-SO-*** dövlət nömrə nişanlı Yük avtomaşınına qum yığmalarını görüb ora yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslərə qumun qanunsuz yığmalarını dayandırmağını tələb etmişlər, onlar polisin qanuni tələblərinə tabe olmayaraq hərəkətlərinə davam etmişlər. Həmin şəxsləri saxlayan zaman hər iki şəxs özlərini yerə yıxmış, özlərinə xəsarət yetirməyə cəhd etmişlər. Ona görə də həmin şəxslər polisin xidməti maşınında 11-ci PB-yə gətirilmişlər. Polis Bölməsinin qarşısında olarkən də polisin ünvanına nalayiq ifadələr səsləndirmişlər. Onları nizam intizama dəvət etmələrinə baxmayaraq, öz hərəkətlərini davam etmişlər. İş materiallarında olan raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin polis əməkdaşları Fuad Musayev, Tural Məlikov və Vüsal Balakişiyevlə birlikdə inzibati ərazidə xidmət apardıqları zaman Ələt qəsəbəsi, Şıxlar yaşayış massivi dəniz kənarında qum karyeri deyilən yerdə iki nəfər şəxsin kamaz markalı **-SO-*** dövlət nömrə nişanlı yük maşınına qum yığmalarını görüb ora yaxınlaşmış və özlərini təqdim etmişlər. Həmin şəxslərə qumun qanunsuz yığmalarını dayandırmağı tələb etmişlər, lakin həmin şəxslər onların qanuni tələblərinə tabe olmayaraq hərəkətlərini davam etmişlər. Həmin şəxsləri saxlayan zaman hər iki şəxs özlərini yerə vuraraq özlərinə xəsarət yetirməyə cəhd etmişlər. Ona görə də həmin şəxslər polis əməkdaşları tərəfindən 11-ci PB-yə gətirildikdə, bölmənin qarşısında olarkən polisin ünvanına nalayiq ifadələr səsləndirmişdir. Polis əməkdaşları onları nizam-intizama dəvət etməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirmişlər. İş materiallarında olan DVD diskdə olan videogörüntüdən görünür ki, iki nəfər şəxs kamaz markalı **-SO-*** dövlət qeydiyyat nişanlı Yük avtomaşınına qum yükləyirlər. Polis əməkdaşları barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi kamaz markalı maşından düşürməyə çalışarkən o, müqavimət göstərir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 19 yanvar 2023-cü il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və protokol tərtib etmiş şəxslərin, şahidlərin izahatları, inzibati protokola əlavə olunmuş DVD diskdən və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 11:30 radələrində Yol patrul xidməti əməkdaşlarının qanuni tələbərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində 3 azyaşlı övladının olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona Həmin maddənin sanksiyası hədləri daxilində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir, iş üzrə maddi sübut DVD disk iş materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə maddi sübut DVD disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar