Məhkəmə qərarları › İş №3(002)-741/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-741/2020

12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-741/2020 12.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və X4 şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, Şəxs MMCnin ünvanına Türkiyə Respublikasından GİB**********0 saylı xx.xx.2020-ci il tarixli invoys sənədi ilə 54HC095/54HC195 nömrə nişanlı yük avtomabilində daxil olaraq Bakı Baş Gömrük İdarəsində **********0414 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş, netto çəkisi 8800.0 kq olan “hopdurulmamış, örtüksüz və ya təkrarlanmamış keçə” yükünə baxış zamanı qeyd olunan yükdən əlavə 920 kq (netto) “keçə” yükü aşkar olunmuşdur. Gömrük bəyannaməsinin 31-ci qrafasında qeyd olunan ümumilikdə ölçüsü 33400 kv.metr olan “hopdurulmamış, örtüksüz və ya təkrarlanmamış keçə” yükünün rulon sayında və ölçülərində heç bir fərq yoxdur və netto çəkisi 8800.0 kq olan yükdən əlavə aşkar olunmuş 920 kq (netto) yükün ümumi gömrük dəyəri barədə məlumat veriləsi üçün Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinə 34.013/015363 saylı, xx.xx.2020-ci il tarixli raportla sorğu verilmişdir və sorğuya cavab olaraq gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/016728 saylı xx.xx.2020-ci il tarixli raporta göstərilmişdir ki, **********0414 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilməmiş 920 kq “hopdurulmamış, örtüksüz və ya təkrarlanmamış keçə” yükünün ümumi gömrük dəyəri 1794 manat təşkil etdiyi qeyd olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən tərtib olunmuş protokola uyğun çıxış edərək əlavə olaraq izahatında bildirmişdir ki, Şəxs MMC-nin idxal etdiyi və Bakı Baş gömrük İdarəsində **********0414 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirdiyi mallar yoxlanılan zaman keçə yükünün çəkisinin 920 kq artıq olduğu aşkar edilmişdir. Düzgün bəyan edilməmiş malların faktiki hissəsinin dəyəri isə 1794 manat təşkil etmişdir. Mövcud gömrük qanunvericiliyinə görə malların gömrük ərazisinə gətirilməsi Gömrük Məcəlləsi və gömrük işi sahəsində digər qanunvericilik aktları ilə tənzimlənir, buna müvafiq olaraq malların gömrük orqanına çəkisi düzgün bəyan edilmədiyi hallarda, belə düzgün bəyan etməmə gömrük ödənişlərinin məbləğinə təsir edirsə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərini yaradır. Buna görə də həmin hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə 00100-1244/20 nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bununla belə malların artıq hissəsi hüquqi şəxsə məsul saxlanışa verilmişdir. İnzibati xətanın törədilməsi, hüquqi şəxsin təqsiri onun səlahiyyətli nümayəndəsinin etirafı ilə yanaşı işdə olan və məhkəmə tədqiq olunan sübutlar ilə tam və kifayət qədər sübuta yetirildiyindən məhkəmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxsin təqsirli bilinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmidir. Məhkəmə məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: **********0414 sorğu nömrəli xx.xx.2020-ci il tarixli Gömrük bəyannaməsinin 38-ci qrafasına əsasən Şəxs MMC tərəfindən idxal edilmiş keçə yükünün netto çəkisi 8800 kq olmaqla bəyan edilmişdir. Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun inspektoru X5 xx.xx.2020-ci il tarixli “yoxlama haqqında” protokolundan görünür ki, Şəxs MMC-nin ünvanına 54HC095/64HC195 nömrə nişanlı yük avtomobilində göndərilən, **********0414 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən malların yoxlanılması nəticəsində 920 (netto) kq artıq çəki aşkar edilmişdir. xx xxxxx 2020-ci il tarixli invoys sənədindən görünür ki, 31-ci qrafada olan malların təsvirində hopdurulmamış, örtüksüz və ya təkrarlanmamış keçə 33400 m2, geotekstil 200gr/m2 – 61 rulon – 12200 m2 , geotekstil 300gr/m2 – 212 rulon – 21200 m2 kimi qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Gömrük Prosedurları və Ödənişləri şöbəsinin xx xxxx 2020-ci il tarixli 34/012/0167728 nömrəli raportundan görünür ki, Şəxs MMC-nin Türkiyə Respublikasından gələn yükə tərtib edilən **********0414 saylı gömrük bəyannaməsində bəyan edilməmiş çəkisi 920 kq artıq olan hopdurulmamış, örtüksüz və ya təkrarlanmamış keçə yükünün ümumi gömrük dəyəri 1794 manat təşkil edir və buna görə əlavə ödənilməli olan gömrük ödənişləri idxal rüsumu 90 azn, əlavə dəyər vergisi 337 azn, cəmi 427 azn təşkil edəcəyini bildirilmişdir. Şəxs MMC-nin nümayəndəsi X3 xx.xx.2020-ci il tarixli 00100-1244/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları, səlahiyyətli orqanın nümayəndəsinin izahatı və məhkəmədə sübutların tədqiqi ilə tam və kifayət qədər sübuta yetirilir. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin 50 faizi miqdarında cərimə edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 50 faizi miqdarında, yəni 897 manat məbləğində cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan mallar gömrük ödənişləri ödənildikdən və zəruri gömrük əməliyyatları aparıldıqdan sonra qanuni sahibinin sərəncamına verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar