Məhkəmə qərarları › İş №3(002)-742/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-742/2022

04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-742/2022 04.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X1 iştirakı ilə, X1 DİN-in BDYPİ-nin Vİİ Tağımının YPX inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş 24 may 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan X3 şikayətlə Nərimanov rayon Məhkəməsinə müraciət edərək barəsində İXM-nin 342.2.4-cü maddəsi ilə DİN-in BDYPİ-nin Vİİ Tağımının YPX inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş 24 may 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 3(005)- 1769/2022 saylı qərardadı ilə inzibati xəta hadisəsinin Bakı şəhəri, Qaradağ rayonunun ərazi yurisdiksiyasına aid olduğu əsas götürülərək şikayət və ona əlavə edilmiş sənədlərin baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən X3 öz izahatında verdiyi şikayəti müdafiə edərək bildirmişdir ki, 24 may 2022-ci il tarixdə özünə məxsus “BMW 320İ minik” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərinə gələrkən Hacıqabul rayonu ərazisində yerləşən “Nəvai” stasionar postunda saxlanılmış və həmin postda Vİİ Tağımın YPX inspektoru, polis serjantı X2 tərəfindən barəsində qanunsuz protokol tərtib edilmişdir. O, öz izahatında əlavə olaraq qeyd olunan şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN-in BDYPİ-nə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət inzibati xətalar qanunvericiliyinin tələblərinə uyğun olaraq ərazi aidiyyatı üzrə baxılması üçün Hacıqabul rayon məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, törədilməsi ehtimal edilən, yuxarıda qeyd olunan inzibati xəta hadisəsi Hacıqabul rayonunun inzibati ərazisində baş verməklə qərardan şikayət verən şəxs Bakı şəhərinin Nərimanov rayonunun inzibati ərazisində yaşayır. Lakin buna baxmayaraq qeyd olunan inzibati material əsassız olaraq Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Hazırki məhkəmə iclasında isə şikayətçi X3 şikayətinə yaşadığı rayonun ərazisində baxılmasına dair hər hansı bir vəsatət təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, inzibati qərardan verilən şikayətə inzibati xətanın törədildiyi yerdə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində göstərilir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 112 və 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 DİN-in BDYPİ-nin Vİİ Tağımının YPX inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş 24 may 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərazi aidiyyəti üzrə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar