Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-743/2020 06.07.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Qaradağ Rayon Məhkəməsinin hakimi Mürsəlov Rufan Kamil oğlunun sədirliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Fizuli RPŞ-si tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Fizuli rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, barəsində İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilmiş Şəxs Fizuli şəhəri, 28 aprel küçəsi, ev 22 A ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində göstərilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 110.1-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Göründüyü kimi fiziki şəxs, ona istinad olunan və İXM-nin 529.3-cü maddəsində göstərilən inzibati pozuntunu özünün yaşadığı yer üzrə törətmişdir. Həmin Məcəllənin 112.4-ci maddəsində göstərilir ki, Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material ərazi aidiyyəti üzrə baxılması üçün Fizuli Rayon Məhkəməsinə gönədrilsin. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-743/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-743/2020
06.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver