Məhkəmə qərarları › İş №3(002)-743/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-743/2021

31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-743/2021 31.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Şəxs qanuni təmsilçisi X1 iştirakları ilə, Şəxs (bundan sonra-Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə 18 may 2021-ci il tarixli, 00100-- 0933/21 nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs (VÖEN **********) ünvanına Rusiya Federasiyasından Azərbaycan Respublikasına İT29445 nömrəli 27.04.2021-ci il tarixli, 434 nömrəli 20.04.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə idxal edilərək, 01,05.2021-ci il tarixds Bakı Baş Gömrük İdarəsində **********5917 nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilər malların daşındığı 10SU945/10ZA945 nömrə nişanlı yük avtomobili təyinat gömrük orqanı Bakı Baş Gömrük İdarəsinin “Xocasən” gömrük postuna çatdırıldıqdan sonra 3 may 2021-ci il tarixds saat 12:30-da gömrük nəzarəti başa çatanadək malların toxunulmazlığını təmin etməkdən ötrü postun ərazisində yarımqoşquya qoyulan “AR DGK 050” nömrəli plomb gömrük təminatını gömrük orqanının razılığı və icazəsi olmadan çıxarmamalı olduğu halda, malları birbaşa boşaltma yeri Bak şəhəri Qaradağ rayonu ərazisində yerləşən “xxxx” ticarət mərkəzinin 106 nömrəli anbarına apararac orada gömrük əməkdaşının iştirakı olmadan, gömrük orqanının icazəsi və razılığı olmadan plombı (gömrük təminatını) çıxarıb qəsdən məhv etmiş, malların boşaldılmasını həyata keçirən 03 may 2021-ci il tarixdə saat 18:00-da elə həmin yerdə baş verən hadisə gömrük orqanı tərəfindən aşkar edilmişdir. Belə ki, “Xocasən” gömrük postundan daxil olmuş 34/025/012187 nömrəli 05.05.2021-ci il tarixi raporta əsasən ünvan 1 ünvanında qeydiyyatda olan "Şəxs” MMC-nin ünvanına Rusiya Federasiyasından 10SU945/10ZA945 qeydiyyat nişanlı avtomaşınla idxal olunan və **********5917 saylı gömrük bəyannaməsi ilə bəyan edilən yüklərı Şəxs MMC-yə məxsus Bakı şəhəri Qaradağ rayonu xxxx Ticarət Mərkəzi 106 ünvanında yerləşən anbarda 10SU945/10ZA945 nömrəli avtomaşına gömrük baxışı zamanı gömrük təminatının gömrük orqanının iştirakı olmadan açıldığı aşkar edilmişdir. İşdə olan 03.05.2021-ci il tarixli akta əsasən 03 may 2021-ci il tarixdə saat 18:00-da Bakı şəhər Qaradağ rayonu “xxxx” ticarət mərkəzi 106 ünvanda yerləşən anbarda “xxxx” MMC tərəfindən **********5917 nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən malların daşındığı 10SU945/10ZA945 nömrə nişanlı yük avtomobilinə qoyulan “AR DGK 050” nömrəli (plomb) gömrük təminatının gömrük orqanının icazəsi və razılığı olmadan çıxarıldığı aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi (bundan sonra-Şəxs MMC-nin nümayəndəsi) X2 tərtib edilmiş protokola etiraz etmədiklərini bildirərək qeyd etmişdir ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından 10SU945/10ZA945 nömrə nişanl avtomobildə mallar idxal edilmişdir. Gətirilən mallar 01 may 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********5917 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Mallar sərhəddən keçirildikdən sonra Bakı Baş Gömrük İdarəsinin “Xocasən” gömrük postuna gətirilmişdir. 3 may 2021-c il tarixdə postun ərazisində 10SU945/10ZA945 nömrə nişanlı avtomobilin yarımqoşqusuna sərhəddə qoyulan plomb çıxarılmışdır. Sərhəddə avtomobil XRAY qurğusundan keçmədiyinə görə Xocasən gömrük postunun əməkdaşı Asif mənə bildirmişdir ki, avtomobil “İpək Yolu” gömrük postunun ərazisində skan qurğusundan keçərək “Xocasən” gömrük postuna qaytarılmalıdır. 03 may 2021-ci il tarixdə saat 12:30-da Xocasən gömrük postunda Asif adlı gömrük əməkdaşı tərəfindən yarımqoşquya qoyular plomb çıxarılmış və başqa bir plomb qoyulmuşdur. Sonradan onun göstərişi əsasında avtomobil İpək yolu Gömrük postunun ərazisinə gətirilmişdir. Postda saat 16 radələrində yarımqoşqu skan qurğusundan keçirilmişdir. Daha sonra malları daşıyan nəqliyyat vasitəsi “Xocasən” gömrük postuna qaytarılmalı idi, ancaq o bunu unudaraq sürücüyə tapşırmışdır ki, yük avtomobilini xxxx ticarət mərkəzinə aparsın. Saat 18 radələrində xxxx ticarət mərkəzinin 106 nömrəli anbarında yarımqoşquya qoyulan plombu gömrük orqanının icazəsi və razılığı olmadan plombu çıxarıb, malların boşaldılmasına göstəriş vermişdir. Yarımqoşqudan plomb çıxarıldıqdan sonra mallar boşaldılan zaman gömrük əməkdaşları yaxınlaşaraq gömrük orqanının icazəsi olmadan plombun çıxarılmasın aşkarladılar. Bundan sonra müvafiq araşdırma aparılacağını ona bildirdilər. Yarımqoşquya qoyular gömrük təminatının çıxarılmasına səlahiyyətli şəxsi kimi göstəriş vermişdir. O, skan qurğusundan keçdikdən sonra avtomobili “Xocasən” gömrük postuna çatdırmaq lazım olduğunu unutmuşdur. Buna görə də belə bir hadisə baş vermişdir. Göstərilənləri nəzərə alınaraq məhkəmədən təmsil etdiyi hüquqi şəxsin barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən səlahiyyəti orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədova ünvanlanmış 18 may 2021-ci il tarixli raportdan görünür ki, hüquqi şəxs "Şəxs" MMC (VÖEN **********) ünvanına Rusiya Federasiyasından Azərbaycan Respublikasına İT29445 nömrəli 27.04.2021-ci il tarixli, 434 nömrəli 20.04.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə idxal edilərək, 01.05.2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********5917 nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən malların daşındığı 10SU945/10ZA945 nömrə nişanlı yük avtomobili təyinat gömrük orqanı Bakı Baş Gömrük İdarəsinin “Xocasən” gömrük postuna çatdırıldıqdan sonra 3 may 2021-ci il tarixdə saat 12:30-da gömrük nəzarəti başa çatanadək malların toxunulmazlığını təmin etməkdən ötrü postun ərazisində yarımqoşquya qoyulan “AR DGK 050” nömrəli plomb gömrük təminatını gömrük orqanının razılığı və icazəsi olmadan çıxarmamalı olduğu halda, malları birbaşa boşaltma yeri Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “xxxx” ticarət mərkəzinin 106 nömrəli anbarına apararaq orada gömrük əməkdaşının iştirakı olmadan, gömrük orqanının icazəsi və razılığı olmadan plombu (gömrük təminatını) çıxarıb qəsdən məhv etmiş, malların boşaldılmasını həyata keçirən 3 may 2021-ci il tarixdə saat 18:00-da elə həmin yerdə baş verən hadisə gömrük orqanı tərəfindən aşkar edilmişdir. “Xocasən” gömrük postunun inspektoru, gömrük xidməti giziri Asif Cəfərov tərəfindən tərtib edilmiş 03 may 2021-ci il tarixli AKT-dan görünür ki, Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “xxxx” ticarət mərkəzi 106 nömrəli ünvanda yerləşən anbarda həmin MMC tərəfindən **********5917 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların daşındığı 10SU945/10ZA945 nömrə nişanlı yük avtomobilinə qoyulan “AR DGK 050” nömrəli (plomb) gömrük təminatının gömrük orqanının icazəsi və razılığı olmadan çıxarıldığı aşkar edilmişdir. Şəxs MMC-nin qanuni təmsilçisi X2 18.05.2021-ci il tarixli 00100-0933/21 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 492.1-ci maddəsinə əsasən Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə, fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə hüquqi şəxsin nümayəndəsini dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və hüquqi şəxs qismind həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı : Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində 1000 (min manat) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar