Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-744/2022 05.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Qaradağ rayon Müşfiqabad bələdiyyəsinin sədri X1 iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Qaradağ rayonu Müşfiqabad bələdiyyəsi tərəfindən qəbul edilmiş mütləq təqdim olunmalı akt bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim edilməmişdir yəni, bələdiyyənin 16 may 2022-ci il tarixli, 9 saylı və 20 may 2022-ci il tarixli 10 saylı iclas protokolları 06 iyun 2022-ci il tarixdə təqdim edilmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə 13 iyun 2022-ci il tarixdə, MN ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs, Qaradağ rayonu Müşfiqabad bələdiyyəsinin sədri X2 öz izahatında göstərmişdirdi ki, o, özünü İXM-nin 549.2-ci maddəsi ilə təqsirli bilir, yəni, o, 09 saylı, 16 may 2022-ci il tarixli və 10 saylı, 20 may 2022-ci il tarixli iclas protokollarını inzibati nəzarəti həyata keçirən orqana qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq göndərilməli olduğunu bilir, lakin sədrliyə yeni təyin olunduğundan və bələdiyyənin yerləşdiyi ərazidə internet şəbəkəsində yaranan problemlərlə əlaqədar qərarı vaxtında göndərə bilməmişdir. Bundan başqa o, həmin hesabatı poçtla da göndərə biləcəyini sonradan öyrənmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. İnzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, inzibati işə mərkəzin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Qaradağ rayonu Müşfiqabad bələdiyyəsinin sədri Şəxs İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Qaradağ rayonu Müşfiqabad bələdiyyəsinin sədri Şəxs “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin tələblərini pozaraq, 09 saylı, 16 may 2022-ci il tarixli və 10 saylı, 20 may 2022ci il tarixli iclas protokollarının surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə qəbul edildiyi andan 5 iş günü müddətinə göndərməli olduğu halda, həmin müddətdən gec göndərmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində göstərilmişdir ki, bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktların; bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların; yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktların; yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarların; bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktların; bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarların; qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qaradağ rayonu Müşfiqabad bələdiyyəsinin sədri Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-744/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-744/2022
05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver