Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-744/2025 24.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Nümayəndə iştirakları ilə, xx xxxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, Şəxs MMC-nin təsisçisi Nümayəndə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X3, Nümayəndə barəsində protokol tərtib edərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2153/2021-009 nömrəli, 17 may 2021-ci il tarixli icra sənədini, Baki Kommersiya Məhkəməsinin e-2-2(113)- 991/2022-028 nömrəli, 16 mart 2022-ci il tarixli icra sənədini, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-841/2021-031 nömrəli, 16 iyun 2021-ci il tarixli icra sənədini, Bakı Şəhəri 8 saylı Notariat Kontorunun 5223 nömrəli, 02 iyul 2022-ci il tarixli icra sənədini, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1312/2022-008 nömrəli, 22 iyun 2022-ci il tarixli icra sənədini, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-486/21 nömrəli, 04 may 2021-ci il tarixli icra sənədini, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-450/2020-007 nömrəli, 22 may 2020-ci il tarixli icra sənədi və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5415/2024-022 nömrəli, 22 oktyabr 2024-cü il tarixli icra sənədini üzürlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edərək onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2153/2021-009 nömrəli, 17 may 2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxsndən 12702.58 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-991/2022-028 nömrəli, 16 mart 2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxsndən 131507 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-841/2021-031 nömrəli, 16 iyun 2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxsndən 12223 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı Şəhəri 8 saylı Notariat Kontorunun 5223 nomrəli, 02 iyul 2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxsndən 687.93 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1312/2022-008 nömrəli, 22 iyun 2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxsndən 7744 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-486/21 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxsndan 20873.48 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-450/2020-007 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxsndən 300 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5415/2024-022 nömrəli, 22 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxsndən 9551.57 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra prosesində Qaradağ rayon icra şöbəsində eyni borclu barəsində səkkiz icra sənədinin olduğu müəyyən edilmişdir. Odur ki, Qaradağ rayon icra şöbəsində olan Şəxs borclu olduğu icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İcra sənədləri icraata daxil olduqdan sonra müvafiq olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Tərəfindən 04 fevral 2025-ci il tarixdə qeyd olunan icra sənədlərinin birləşdirilməsi barədə qərar qəbul edilmiş və həmin icra sənədləri bir icraatda birləşdirilmişdir. Borcun ödənilməsi üçün “Sahil Supply" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan pul və ya digər əmlakın müəyyən edilməsi üçün tədbirlər görülmüş. lakin müsbət nəticə əldə edilməmişdir. Odur ki, qeyd olunan borc Şəxs MMC-nin təsisçisi Nümayəndə tələb edilmiş, lakin həmin şəxs hal-hazıradək borcdan heç bir ödəniş etməmişdir. O öz izahatında daha sonra Şəxs MMC-nin təsisçisi Nümayəndə çağırışlardan yayınmadığını və icra şöbəsinə çağırılan vaxt gəldiyini bildirmişdir. Buna görə də Şəxs MMC-nin təsisçisi Nümayəndə barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 24 aprel 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. İcra məmuru öz izahatında borclu Nümayəndə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nümayəndə öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, o, əvvəllər Şəxs MMC-nin direktoru və təsisçisi olmuş, pandemiyaya qədər şirkətə rəhbərlik etmişdir. Sonradan şirkət iflasa uğramış və fəaliyyəti dayandırılmışdır. Hal-hazırda şirkətin başqa bir məhkəmədə 340 min abş dolları məbləğində alacağı olduğunu, həmin pulu alacaqları təqdirdə bütün yaranmış borclarını ödəyəcəyini bildirmişdir. Hal-hazırda özünün heç bir maddi imkanının olmadığını, icra məmurunun çağırışlarından yayınmadığını, şirkətin balansında heç bir pul və ya digər bir əmlakın olmadığını, şirkətin borcuna görə özünün şəxsən məsuliyyət daşımadığını bildirərək iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, Nümayəndə əməlində hazırkı vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı Şəxs MMC-nin balansında hər hansı pul və ya digər əmlakın olub-olmaması, həmin əmlakların icra vərəqələrinə əsasən yaranmış borcun ödənilməsinə yönəldilməsi üçün Nümayəndə tərəfindən hər hansı bir maneələrin törədilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İş materillarına əlavə edilmiş Şəxs MMC-nin 31 avqust 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış nizamnaməsində Cəmiyyətin borcuna görə hər hansı bir şəxsin hər hansı bir formada məsuliyyət daşıması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin 87.1-ci maddəsində göstərilmişdir ki, ir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 8.1-ci maddəsində göstərilir ki, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.[22] 8.4. Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır. 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Nümayəndə əməlində hal-hazırda inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin təsisçisi, vəzifəli şəxs Nümayəndə əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-744/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-744/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver