Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-745/2025 24.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, Quliyev X4 rayonu, Lökbatan qəsəbəsi, 2-ci Mədən küçəsində xx.xx.2025-ci il tarixdə, saat 07:45-də “Mercedes Benz C180” minik markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunaraq sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X2 bildirdi ki, Quliyev X4 rayonu, Lökbatan qəsəbəsi, 2ci Mədən küçəsində xx.xx.2025-ci il tarixdə, saat 07:45-də “Mercedes Benz C180” minik markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunaraq sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Hazırda zərər çəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, hazırki inzibati xəta üzrə özünü təqsirli hesab edir. xx.xx.2025-ci il gecə saat 03 radələrində spirtli içki qəbul etmiş, lakin alkoqolun təsiri tam aradan qalxmadığı halda səhər saatlarında nəqliyyat vasitəsini idarə etmişdir. Hərəkət zamanı Mercedes Benz markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil geriyə dönmək üçün əks yol istiqamətinə manevr edərkən, özü arxa tərəfdən eyni istiqamətdən hərəkətdə olduğundan, sürətini tənzimləyə bilməyərək, həmin avtomobil ilə toqquşmuşdur. Bir daha anoloji əməllərə yol verməyəcəyini nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, dövlət hesabına müdafiəçi ilə təmin olunmaqdan imtina etməsi onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2025-ci il tarixli, 2/959 nömrəli aktdan görünür ki, müayinə nəticəsində Şəxs alkoqoldan istifadə etməsi aşkar edilmişdir. İş materialında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 07:45 radələrində Lökbatan qəsəbəsi, 2-ci Mədən küçəsində sürücü Şəxs idarə etdiyi Mercedes Benz markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə sürücü X3 idarə etdiyi Mercedes Benz markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş, nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 idarə etdiyi Mercedes Benz markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyan sürücú Şəxs tərəfindən 280 (iki yüz səksən) manat məbləğində ödənilmişdir. İş materiallarında olan qərarlardan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs məsuliyyətdən yayınmış və onun harada olması haqda məlumat səlahiyyətli orqana məlum olmadığından inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış, xx.xx.2025-ci il tarixdə sonuncu Qaradağ RPİ DYPŞ-nə dəvət edilərək iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan 01 ədəd CD diskə əlavə olunmuş görüntülərdən aydın olur ki, Mercedes Benz markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil geriyə dönmək üçün əks yol istiqamətinə manevr edərkən arxa tərəfdən eyni istiqamətdən hərəkətdə olan Mercedes Benz **-US-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü lazımi diqqət göstərərək dayandırmalı olduğu halda bunu etmir həmin avtomobilin sol hissəsi ilə toqquşur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Quliyev X4 rayonu Lökbatan qəsəbəsi, 2-ci Mədən küçəsində xx.xx.2025-ci il tarixdə, saat 07:45-də “Mercedes Benz C180” minik markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunaraq sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə qeyd edir ki, təqdim olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan görünür ki, Şəxs alkoqolun dərəcəsi 1.367% müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdə Şəxs sərxoşluq vəziyyətinin və avtomobili idarə etdiyi sürət həddinin ona həmin an baş vermiş hadisənin qarşısını almağa imkan vermədiyi açıq-aydın görünür. Belə ki, qarşısında maneə müəyyən etmiş sürücü Şəxs idarə etdiyi avtomobili xəsarətsiz və zədəsiz dayandırmaq əvəzinə əks istiqamətdən olan yola doğru hərəkət etməyə qərar verir. Baş vermiş yol nəqliyyat hadisəsində yalnız **- YS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnməsinə səbəb hadisənin erkən saatlarda baş verməsi və həmin ərazidə insan, avtomobil sayının az olması olmuşdur. Sərxoşluq vəziyyəti bu dərəcədə olan sürücünün sükan arxasında olarkən qarşısında olan maneələrə olan reaksiyasının azalması nəticəsində avtomobili etinasız idarə edərək böyük faciələrə səbəb olması qaçılmazdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin hüquqlarının faktiki məhdudlaşdırıldığı andan, yəni 24 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə iclasında tədqiq olunmuş 01 ədəd CD diskə əlavə olunmuş görüntülər iş materialına əlavə olunmalıdır. Qərarın icrası nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbehə münasibətdə materiala əlavə olunmuş AD307633 seriya nömrəli Şəxs məxsus sürücülük vəsiqəsi göndərilməklə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və və 535.1ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 24 aprel 2025-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası həbs növündə tənbehə münasibətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə və Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın icrası nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbehə münasibətdə materiala əlavə olunmuş AD307633 seriya nömrəli Şəxs məxsus sürücülük vəsiqəsi göndərilməklə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Tədqiq olunmuş 01 ədəd CD diskə əlavə olunmuş görüntülər iş materialına əlavə olunsun. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-745/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-745/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver