Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-746/2025 07.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(002)-746/2025 nömrəli qərarı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata barəsində inzibati icraat aparılan hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1646/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(002)- 746/2025 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında material yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(002)-746/2025 nömrəli qərarının ləğvinin əsası kimi iş üzrə ekspertizanın təyin edilməsi və ekspertizanın keçirilməsinin Məhkəmə Ekzpertiza Mərkəzinə həvalə edilməməsini qeyd etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə EP ******* saylı, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, idxalatçı "xxxx" MMC-nın ünvanına İran İslam Respublikasından 45AA715/45AA716 nömrə nişanlı avtomaşında yükü müşaiyət edən 15.02 2025-cı il tarixli 3662 saylı invoys əsasında daxil olan və Bakı Baş Gömrük İdarəsində **********2224 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşən yüklərə "İpək Yolu" gömrük postunun 1 ci anbarında gömrük yoxlaması tədbiq edilmişdir. Yoxlama zamanı gömrük bəyannaməsinin 1 ci mal mövqeyində qeyd olunan yemək və mətbəxt qabları yüklərində "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aid olması zərurəti yarandığından nümunələr X2 İdarəsinə təqdim olunmuşdur. X2 İdarəsinin 3-33-5300/1- 000780/2025 nömrəli xx.xx.2025 tarixli məktubuna əsasən 1774 kq yemək və mətbəxt qabları yükləri "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilen (mulki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların əhatə dairəsinə düşmüşdür. Beləliklə, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X4 protokolu müdafiə edərək, hüquqi şəxs barəsində qanuni tədbirlərin görülməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, yükün 8 iyun 1999-cu il tarixli, 678-İQ nömrəli Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununun təsir dairəsinə düşübdüşməməsinin müəyyən edilməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 322-ci maddəsinin 1-ci bəndinə əsasən X2 İdarəsinin funksional baxımdan səlahiyyətlərinə aid deyildir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X3 izahatında bildirmişdir ki, iş üzrə direktoru olduğu hüquqi şəxsin təqsirli olduğunu hesab etmir. Belə ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş sənəddə ekspert qarşısında malların XİF MN-a uyğun aidiyyətinin, təsnifat kodunun, Mülki dövriyyəsi məhdudlaşdırılmış və qadağan edilmiş malların müəyyən ediləsi barədə suallar qoyulmuş, həmin malların isə Mülki dövriyyəsi qadağan edilmiş mallar sırasına aid olmadığı müəyyən edilmişdir. Bundan əlavə eyni tərkibli malların bir hissəsi ona təhvil verilsə də bir hissəsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda qeyd etmişdir ki, əvvəllər də eyni növ malları ölkə ərazisinə idxal etsə də ilk dəfədir belə bir halla qarşılaşır. Qeyd etdiyi halları nəzərə alaraq Hüquqi şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırki iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X3 hüquqi şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat göndərilməsinə baxmayaraq, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hazırki işə səlahiyyətli orqanın iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan X2 İdarəsindən daxil olmuş 3-33-5300/1-000780/2025 nömrəli xx.xx.2025 tarixli məktuba əsasən Ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs ünvanına 3662 nömrəli xx.xx.2025-ci il tarixli invoysun 2-ci mövqeyi üzrə idxal olunan yükdən təqdim edilmiş nümunə XİF MN-ə görə aşağıdakı kimi sinifləşdirilir. İnvoysun 3-cü mal mövqeyi üzrə idxal olunan nümunələr aşağıdakı texniki göstəricilərə malikdirlər və "Mülki dövriyyənin müəyyən iştirakçılara mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565-İİQ saylı Qanunun təsir dairəsinə aid edilmir. Həmin məktubda məlumat üçün bildirilmişdir ki, yükün 8 iyun 1999-cu il tarixli, 678-İQ nömrəli Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununun təsir dairəsinə düşüb-düşməməsinin müəyyən edilməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 322-ci maddəsinin, 1-ci bəndinə əsasən X2 İdarəsinin funksional baxımdan səlahiyyətlərinə aid deyildir. "Bio birdafalik matbax qablar" adlı, nişasta (CAS 9005-25-8), polipropilen (CAS 9003- 07-0) qeyri-üzvi dolğu kimi kalsium karbonat (CAS 471-34-1) tərkibli, biomaterialdan hazırlanmış bej rəngli boşqab və qablaşdırma qabı, “Bio birdafalik matbax qablar" adlı, polistirol (CAS 9003-53-6) əsaslı, ağ və narıncı rəngli, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş 2 növ boşqab, “Bio birdafalik matbax qablar" adlı, polistirol (CAS 9003-53-6) əsaslı, ağ rəngli qablaşdırma qabı; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-746/2025 nömrəli inzibati iş üzrə ekspertiza təyin olunması barədə xx.xx.2025-ci il tarixli qərardad qəbul edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2025-ci il tarixdə ünvanlanmış məktubdan görünür ki, qərardadda qoyulmuş sual üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizalar aparılmır. Mərkəzdə aparılan məhkəmə ekspertizasının növləri və ekspert ixtisasları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş "Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə"yə 1 nömrəli əlavədə göstərilən siyahı əsasında müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə və "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 2.2.1-ci yarımbəndinə əsasən hazırkı ekspertiza icra edilmədən iş üzrə materiallar geri qaytarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Şəxs MMC barəsində daxil olmuş EP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu və inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 275.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən inzibati xəta obyekti olmuş mallardan prob və nümunələr götürülərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinə göndərilmiş, lakin ekspert qarşısında qoyulmuş sualları, keçirilmə zərurətini, ekspertə qanunvericiliklə bilə-bilə yalan rəy verməyə görə xəbərdarlığı özündə əks etdirən qərardad iş materialına əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X2 İdarəsi tərəfindən keçirilmiş ekspertiza qanunvericiliyə uyğun olmayan formada, yəni ekspert tərəfindən imzalanmadan, ekspertiza üçün nəzərdə tutulmuş möhür tətbiq edilmədən, eləcə də rəyi verəcək ekspertə bilə-bilə yalan rəy verməyə dair xəbərdarlıq elan olunmadan təqdim edildiyi, bundan əlavə inzibati xəta üzrə protokolu tərtib etmiş orqanın müraciəti əsasında və onların nəzdində olan ekspertiza idarəsi tərəfindən keçirildiyi üçün həmin rəyin qərəzsizliyi şübhə altına alınır. Bu səbəbdən məhkəməyə rəy olaraq təqdim olunmuş həmin məktub məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin inzibati xəta haqqında iş üzrə icraat materialına əlavə olunmuş, Bakı Baş Gömrük İdarəsi üçün inzibati xəta halının müəyyən edilməsinə əsas verən X2 İdarəsi tərəfindən təqdim olunmuş 3-33-5300/1-000780/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda hüquqi şəxs tərəfindən idxal edilmiş 1775 kq yemək və mətbəx qabları yüklərinin 23 dekabr 2003-cü il tarixli, 565-İİQ saylı Qanunun yəni “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların təsir dairəsinə aid edilmədiyi göstərildiyi halda Bakı Baş Gömrük İdarəsinin əməkdaşının tərtib etdiyi inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti olaraq “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların əhatə dairəsinə düşməsinin müəyyən edildiyi qeyd olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinin dispozisiyasında birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsi inzibati xəta hesab olunsa da Bakı Baş Gömrük İdarəsi tərəfindən saxlanılan, hüquqi şəxs tərəfindən idxal olunan 1775 kq yemək və mətbəx qablarının plastik materialdan olmasını təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Bakı Baş Gömrük İdarəsi tərəfindən idxalçıdan götürülmüş mallar xüsusi biliyə malik olan ekspertlərə təqdim olunmadan İdarənin əməkdaşı tərəfindən inzibati xəta haqqında protokolda həmin malların Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi” haqqında 678-İQ nömrəli Qanunun 46-cı maddəsinin təsiri altına düşdüyü qeyd olunmuşdur. Həmin əməkdaşın hansı xüsusi bilik əsasında bu nəticəyə gəlməsi halı isə məhkəməyə məlum deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, idxal edilmiş malların İXM-in 275.4-cü maddəsində nəzərdə tutulan predmetlərə aid olub-olmamasını müəyyən etmək üçün xüsusi bilik tələb olunduğundan, yuxarı instaniya məhkəməsinin göstərişi nəzərə alınaraq və məhkəmə özü qanunvericiliyin verdiyi səlahiyyətdən istifadə edərək (İXM 109.1.4, 111.2, 112.2.3) xx.xx.2025-ci il tarixdə ekspertiza təyin etmiş və ekspertizanın aparılmasını Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Lakin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2025-ci il tarixdə ünvanlanmış məktubdan görünür ki, qərardadda qoyulmuş sual üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizalar aparılmır və bu səbəbdən iş üzrə material məhkəməyə geri qaytarılmış və bu səbəblə də Bakı Apellyasiya Məhkəməsinin iş üzrə müvafiq ekspertizanın keçirilməsi ilə bağlı qeyd etdiyi tələbin yerinə yetirilməsi mümkün olmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan əməlin Şəxs MMC tərəfindən törədilməsi sübuta yetirilmədiyindən, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-746/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-746/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver