Məhkəmə qərarları › İş №3(002)-747/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-747/2021

21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-747/2021 21.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X1, Zərərçəkmiş şəxslər X4 və X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 21 may 2021-ci il tarixli MN № ******* saylı protkoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 21 aprel 2021-ci il tarixdə saat təxminən 04:50 radələrində ünvan 4 ünvanında X7 və X3 döymüşdür. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X5 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X5 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis mayoru Cəmşid Əliyevin 05 may 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən Şəxsnın əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli məqsədi ilə qərarın surətinin 10-cu PB-nə təqdim edilməsi qərara alınmışdır. Bundan sonra həmin qərar onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 öz izahatında bildirmişdir ki, X8 onun bacısıdır. Bacısı Lökbatan qəsəbəsi, Sultanov küçəsi, ev 3 A ünvanında yaşayır. Bacısının iki qızı var. Böyük qızı X9 2005-ci ildə anadan olub, 106 nömrəli tam orta məktəbin 9-cu sinifində oxuyur. Bacısı Aidənin həyat yoldaşı 2012-ci ildə vəfat edib, qızları ilə birlikdə yaşayır. Bildiyinə görə 5 aya yaxındır ki, Lökbatan qəsəbəsində yaşayan Mətləb adlı şəxs bacısı qızı Ağgülü narahat edir, onu sevdiyini əsas gətirərək tez-tez onların yaşadığı evin pəncərəsinin yanına gəlib Ağgülü çağırır, telefonuna zənglər edir. Dəfələrlə bacısı Ağgülü və Mətləbi bundan çəkindirməyə çalışsa da heç bir nəticə əldə edə bilməmişdir. Bacısı ilə telefonla danışanda Mətləbin yenə də məhləyə gəlib onları narahat etdiklərini bilmişdir. O, Mətləblə söhbət edib onu başa salmaq məqsədilə 21 aprel 2021-ci il tarixdə bacısıgilin evinə gəlmişdir. Saat təxminən gecə 03:00 radələrində o, Mətləbin mobil nömrəsinə zəng edib onunla söhbət etmək üçün bacısıgilə gəlməsini demişdir. Təxminən 10-15 dəqiqə sonra Mətləb bacısıgilə gəlmişdir. Evin həyətində o, Mətləbə bacısı qızının hələ uşaq olduğunu, yaşının çatmadığını bildirib qızdan əl çəkməsini, qızın yaşı çatandan sonra bu barədə fikirləşməli olduğunu dedikdə Mətləb ona kobud şəkildə bildirdi ki, “sən kimsən qarışırsan, qız bilər, anası bilər, mən bilərəm, get işinlə məşğul ol”. Mətləb onunla əl qolla danışmağa başlamış, o, Mətləbə əlini aşağı salmağını dedikdə aralarında mübahisə yaranmış, mübahisə zamanı Mətləb onu döymüş, sağ qolundan xəsarət almışdır. X15 yaxınlaşıb sakitləşdirib həyətdən çıxaranda Mətləb onu da hədələyib getmişdir. O da polis bölməsinə gəlib ərizə yazmışdır. Həmçinin o, orada həmin vaxt kənar şəxslərin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 öz izahatında bildirmişdir ki, hadisə olan ünvanda övladları ilə birlikdə yaşayır. Onun həyat yoldaşı 2012-ci ildə vəfat etmişdir, iki qızı vardır. Böyük qızı 2005-ci il təvəllüdlü, kiçik qızı isə 2007-ci il təvəllüdlüdür. X6 onun kiçik bacısıdır. X16 qəsəbəsində yaşayır. 5 aya yaxındır ki, Lökbatan qəsəbəsində yaşayan Mətləb adlı şəxs onun böyük qızı Ağgülü narahat edir, qızını sevdiyini əsas gətirərək tez-tez onların yaşadığı evin pencərəsinin yanına gəlib Ağgülü çağırır, telefonuna zənglər etmişdir. Dəfələrlə o, Ağgülü və Mətləbi bundan çəkindirməyə çalışsa da, heç bir nəticə əldə edə bilməmişdir. 21 aprel 2021-ci il tarixdə bacısı Pəri onların evinə gəlmişdir. Bacısı saat təxminən 03:00 radələrində Mətləbin mobil nömrəsinə zəng edib onunla söhbət etmək üçün bizə gəlməsini demişdir. Təxminən 10-15 dəqiqə sonra Mətləb gəlmişdir. Evin həyətində X14 hələ uşaq olduğunu, yaşının çatmadığını bildirib qızdan əl çəkməsini, qızın yaşı çatandan sonra bu barədə fikirləşməli olduğumuzu dedikdə Mətləb ona kobud şəkildə cavab verib qızın onun deyil, mənim qızım olduğunu, onun işinə qarışmamağını bildirmişdir. Mətləb və Pərinin arasında mübahisə yaranmış, mübahisə zamanı Mətləb Pərini, Pəri də Mətləbi əli ilə vurmuşdur. O, bacısı və Mətləbin arasına girib onları sakitləşdirməyə başlamışdır, Mətləbi şillə ilə vurmuşdur, Mətləbi itələyib həyətdən çıxarmışdır. Həmçinin orada həmin vaxt kənar şəxslər olmamışdı Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, X2 və onun bacısı X4 10-cu polis bölməsinə verdikləri ərizə ilə tanış olmuşdur. O, Aidənin qızı Ağgülü 8-9 aya yaxındır ki, tanıyır, bir- birlərini sevirlər, tez-tez telefon vasitəsilə əlaqə saxlayıb danışırlar. Ağgül 2005-ci ildə doğulmuş, 9-cu sinifdə oxuyur. 21 aprel 2021-ci il tarixdə 00:20 radələrində Ağgülün bacısı Pəri ona mobil telefon vasitəsilə zəng edib bacısı qızı ilə danışdığına görə onu danlayıb hədələməyə başlamış, onu təhqir etmişdir. O, Ağgülə görə ona qarşı kobudluq etməmişdir. Bundan sonra saat təxminən saat 03:30 radələrində Pəri onun mobil telefonuna dəfələrlə zəng edib Aidənin evində olduğunu deyib onu ora çağırmışdır. O, əvvəlcə Pəriyə əhəmiyyət verməyib Pərinin sərxoş olduğunu hiss edib getməmişdir. Lakin Pəri əl çəkməmiş, o da saat təxminən 04:00 radələrində həmin evə getmişdir. Həyətə girib salam vermişdir. Pəri onunla kobudcasına danışmağa başlamış, Ağgüllə danışdığına görə onun gödəkçəsinin yaxasından tutub sirkələyərək onu hədələmişdir. O, Pəriyə əlsiz danışmağı demiş və Ağgülün onun qızı olmadığını, Aidənin qızı olduğunu deyərək onun qarışmamasını dedikdə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Pəri ona əl atmış, yumruğu ilə dodağına vurmuş, o da cavab olaraq Pərini yumruğuyla vurmuşdur. Bundan sonra Aidə də Pəriyə tərəf çıxıb onu dartışdırmağa başlamışlar, o, Pəri və Aidəni kənarlaşdırmaq məqsədilə itələmişdir ki, aralı dursunlar. Onun başındakı papaq yerə düşmüş, o, əyilib papağı götürmək istədikdə Pəri onu dizi ilə vurmağa cəhd etdikdə yıxılmışdır. Daha sonra o, oradan çıxıb evinə gedib yatmışdır. Sonradan ona məlum olmuşdur ki, Pəri və Aidə onun barəsində şikayət etmişlər. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxsnın törətdiyi inzibati xəta Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X1, zərəçəkmiş şəxsin izahatları və iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis mayoru Cəmşid Əliyevin 05 may 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Şəxs, X2 və X4 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və onların barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli məqsədi ilə qərarın surətinin 10-cu PB-nə təqdim edilməsi qərara alınmışdır. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxsnını əməlində cinayət tərkibi yoxdur, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar