Məhkəmə qərarları › İş №3(002)-748/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-748/2021

31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-748/2021 31.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, tərcüməçi X3, inzibati xəta haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, 03.02.1939-cu il tarixdə Rusiya Federasiyasının, Krasnodar Vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 48 ünvanında qeydiyyatda olmaqla yaşayan X2 Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin 17 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 17 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 24 may 2021-ci il tarixdə X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin 17 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 17 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qaradağ RPİ-nin 10-cu PM-nin sahə ispektoru X4 tərəfindən qəbul edilmiş 17 dekabr 2020-ci il tarixli MN ******* saylı qərarla X5, İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, hesab edir ki, qeyd etdiyi səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, o, 01 dekabr 2020-ci il tarixli ******* saylı protokolla Nazirlər Kabinetinin 29.05.2020-ci il tarixli 189 nömrəli Qərarının tələblərini pozaraq tibbi maskadan istifadə etməmişdir. Bildirir ki, bu barədə onun xəbəri olmadan protokol tərtib edilmiş, həmin protokolun tərtib edilməsindən onun xəbəri olmamışdır. Ümumiyyətlə həmin vaxt onun maskadan istifadə etməməyinə dair heç bir sübut yoxdur. Onun barəsində əsassız olaraq protokol tərtib edilmişdir. Ona görə də hesab edir ki, tərtib edilmiş inzibati protokol əsasızdır. Bundan başqa protokolun tərtibi zamanı da qanunvericiliyin tələbləri pozulmuş, əgər həqiqətən də protokol onun yanında tərtib olunmuşdursa imza etməlidir, əgər imza etmirsə bu da şahidlərin iştirakı ilə aktlaşdırılmalıdır. Qeyd olunanlara əsasən Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10cu Polis Bölməsinin sahə rəisi, X4 tərəfindən qəbul edilmiş 17 dekabr 2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X5 şikayət ərizəsini müdafiə etdiyini qeyd edib, əlavə olaraq bildirmişdir ki, inzibati tənbeh olunmasına dair qəbul edilmiş qərar əsassız olmaqla həm də qanunsuzdur. Çünki barəsində protokol tərtib edilən zaman o maska ilə olmasına baxmayaraq cərimələnmiş və üstəlik barəsində icraat aparılması barədə ona heç bir məlumat verilməmişdir. Eyni zamanda 100 manat cərimə olunması barədə qərar qəbul edilən zaman belə ona hər hansı sübutlarının olması, olduğu təqdirdə təqdim etməsi və ya günahsız olduğu sübuta yetirməsi üçün imkan yaradılmamışdır. Buna səbəb isə onun həqiqətən günahsız olmasıdır. Çünki 17 dekabr 2020-ci -ci il tarixdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 48 ünvanın qarşısında həyətə ağacdan tökülmüş yarpaqları süpürmüş, Həmin vaxtda o maskada olmuşdur. Polis əməkdaşı ondan hansı ərazidə yaşadığını soruşmuş, o, da Lökbatan qəsəbəsi, ev 48 ünvanında yaşadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı ondan ad soyadını soruşmuş o da, polis əməkdaşına özünü təqdim edib çıxıb getmişdir. Bu zaman polis əməkdaşı ona heç bir xəbərdarlıq və ya qayda pozması barədə heç bir söz deməmişdir. Sonra Qaradağ rayon İcra şöbəsindən ona məktub daxil olanda bilmişdir ki, onu cərimə etmişlər. Daha sonra bir neçə dəfə polis idarəsinə müraciət etdikdən sonra qərarın surəti 25 aprel 2021-ci il tarixdə ona təqdim edilmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş qərar əsasızdır və buna görə də məhkəmədən inzibati tənbeh edilməsinə dair İdarəsinin 10-cu Polis Bölməsinin 17 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 17 dekabr 2020-ci il tarixli, MN ******* saylı haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 17 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə 100 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş 17 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, X2 əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olması az inandırıcıdır və sonuncu barəsində aparılan icraat zamanı səlahiyyətli şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, eləcə də ona hansı səbəbə barəsində icraat aparılması haqqında məlumat verilmədən barəsində tənbeh tədbiri tətbiq edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya əsasən Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PB heç bir cavab verməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X1 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayətçi X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş 17 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Qaradağ rayon Polis İdarəsinə geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 inzibati tənbeh olunmasına dair Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş 17 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı şəhər Qaradağ rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar