Məhkəmə qərarları › İş №3(002)-75/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-75/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-75/2025 23.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, Şəxs Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndələri X3 və X1 iştirakları ilə, AZ1023, Baki şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan 28 dekabr 2024-cü il tarixli EP ******* №-li protokoldan aydın olur ki, Şəxs Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi 211000.00 ABŞ dolları məbləğində vəsaiti 22 dekabr 2022-ci il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də 211000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 23 dekabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə həmin təşkilat barəsində barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə öz izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığını bildirərək göstərmişdir ki, Şəxs Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Mərkəzi Banka təqdim etdiyi gömrük bəyannamələri üzrə X8 Güc Sistemleri ve Tic A.Ş» X2 Respublikasındakı Nümayəndəliyindən alınan texnikaya münasibətdə ödənilmiş vəsaitin miqdarı düzgündür. Gömrük bəyannaməsində mexaniki səhv edilərək “100” kodu əvəzinə “120” kimi qeyd edilmiş, bununla da valyuta vəsaiti əvvəlcədən qarşı tərəfə ödənilsə də səhvən həmin vəsaitin gələcəkdə ödəniləcəyi göstərilmiş, buna görə də yanlışlıq meydana gəlmişdir. Bütün bunların nəzərə alınmasını xahiş edərək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X4 Şəxs Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində tərtib edilmiş potokolu qəbul etməyərək öz izahatında göstərmişdir ki, müvafiq olaraq 14 dekabr 2022-ci il tarixdə və 16 dekabr 2022-ci il tarixlərdə Şəxs Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə “X8 Güc Sistemleri ve Tic A.Ş» X2 Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış müqavilələrə əsasən bir ədəd “frontal birçalovlu yükləyici: Caterpillar 950 GC Wheel loader” və bir ədəd ekskavator yükəlyicisi “caterpillar 428 backhoe loader” alınması ilə bağlı razılıq əldə olunmuş, müvafiq olaraq hər iki texnika üzrə 137.000 və 74.000, ümumilikdə 211.000 ABŞ dolları məbləğində vəsait 22 dekabr 2022-ci il tarixdə xaricə köçürülmüşdür. Gömrük bəyannamələrindən də göründüyü kimi həmin texnikalar ölkəyə idxal olunmuş, lakin gömrük bəyannaməsində yol verilən texniki səhvə görə (çatıdırılma şərtləri hissəsində “100” kodu əvəzinə “120” qeyd edilməklə) “X9 Azərbaycan” QSC-yə bank avans ödənişini bağlamaq üçün təqdim edilən yük gömrük bəyannamələrində ödəniş əvvəlcədədən edilsə də səhvən onun sonradan ödənilcəyi göstərilmişdir. Beləliklə də bəyannamələr uyğun olmadığı üçün “X9 Azərbaycan” QSC malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilmədiyini qeyd edərək avans köçürmələri barədə məlumatı aidiyyatı üzrə Mərkəzi Banka təqdim etmişdir. Mərkəzi Bank da öz növbəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə müraciət etmişdir. Qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində "Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə" cərimə nəzərdə tutulmuşdur. Lakin yuxarıda qeyd etdiklərindən aydın olur ki, faktiki olaraq mallar ölkəyə idxal edildiyinə və pul vəsaiti qabaqcadan ödənildiyinə görə burada həmin maddə üzrə inzibati xəta elementi yoxdur. Odur ki, öz izahatında təmsil etdiyi şirkətin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə, nümayəndələrin izahatlarını dinləyib, iş materiallarını və nümayəndələrin təqdim etdiyi sənədləri araşdırıb hesab edir ki, Şəxs Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin törətdiyi inzibati xəta iş materialları ilə sübuta yetirilmədiyinə görə Şəxs Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə baxışı zamanı təqdim etdiyi müvafiq olaraq 29 dekabr 2022-ci il tarixli gömrük bəyannamələrindən və hüquqi şəxsin 29 noyabr 2024cü il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə ünvanladığı məktubdan da aydın olur ki, 211000.00 ABŞ dolları məbləğində vəsaiti 22 dekabr 2022-ci il tarixdə köçürülmüş və bunun müqabilində avadanlıq idxal edilmişdir. İş materiallarında olan 29 noyabr 2024-cü il tarixli Şəxs Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru X6 tərəfindən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə ünvanlanmış məktubun surətindən aydın olur ki, “Gürcüstanın "X8 Guc Sistemleri Sanayi ve Tic A.Ş. firmasından "X8 GÜC SİSTEMLERİ SANAYİ VETİCARET" ANONİM ŞİRKETİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ NÜMAYƏNDƏLİYİ-nə idxal olunan dəyəri 137000 USD olan texnika üçün **********1469 nömrəli xx.xx.2022-ci il tarixili gömrük bəyannaməsi tərtib olunub yüklər buraxılmışdır. Yanlışlıqla bəyannamənin 20-ci qrafasının 3-cü sağ yarım bölməsində ödəniş şərti olaraq 120 kodu qeyd olunmuşdur. Amma faktiki olaraq həmin texnikaya görə ödənilməli olan məbləğ qarşı tərəfə ödənmişdir. (Ödəniş tapşırığı ǝlavədədir). Yuxarıda qeyd olunanları nəzərə alaraq, **********1469 nömrəli gömrük bəyannaməsinin 20-ci qrafasının 3-cü sağ yarım bölməsində ödəniş şərti kodunun 100 olaraq düzəliş edilməsinə dair onlara köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan 14 yanvar 2025-ci il tarixli, Şəxs Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru X6 tərəfindən “X9 Azərbaycan” QSC-yə ünvanlanmış məktubda qeyd edilmişdir ki; “X8 Güc Sistemleri Sanayi ve Ticaret A.Ş. nin Azarbaycan Respublikasındakı Nümayəndəliyi olaraq bildirmək istəyirik ki, **********3170 saylı xx.xx.2022-ci il tarixli vǝ **********1469 saylı xx.xx.2022-ci il tarixli Gömrük Bəyannamələri üzrə ödəmə öhdəliyimiz yoxdur və heç bir ödəniş edilməyəcəkdir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN: **********) 28 dekabr 2024-cü il tarixli EP ******* №-li protokola əsasən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar