Məhkəmə qərarları › İş №3(002)-751/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-751/2021

26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-751/2021 26.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X1, Qaradağ RPİ-nin 10-cu PB-nin sürücüsü, polis serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Masallı rayonu, Ərəb kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında,açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş MN ******* saylı 26 may 2021-ci il tarixli inzibati protokoldan aydın olur ki, Şəxs 25 may 2021-ci il tarixdə təxminən saat 21:00 radələrində oğurluq hadisəsi ilə bağlı 10-cu PB-nə dəvət olunmuş və içkili vəziyyətdə polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymaraq polis əməkdaşının geyim formasından atributları əl ataraq cırmışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 25 may 2021-ci il tarixdə təxminən saat 21:00 radələrində Şəxs dostu ilə birlikdə DİN-nin “102” xidmətinə zəng vuraraq Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1ünvanında oğurluq hadisəsinin olduğunu bildirmişlər. Hadisə yerinə gedən polis əməkdaşları Şəxs qonşusu olan Zahir Səmədovun oğurluq hadisəsi ilə bağlı izahatının alınması üçün 10-cu PB-nə dəvət etmişlər. Lakin Şəxs da içkili vəziyyətdə ikən polis əməkdaşlarının maşınına oturaraq qonşusunu tək buraxmayacağını bildirərək 10-cu PB-nə gəlmişdir. Polis Bölməsində hər iki şəxs özlərini qeyri-səmimi apararaq polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilsələr də polisin qanuni tələblərinə tabe olmamışlar. Onların bu qanunsuz hərəkətlərinə görə hər iki şəxsin sərxoşluq dərəcələrinin müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzinə aparmaq təklif olunduqda Zahir adlı şəxs polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra Şəxs da içkili vəziyyətdə polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymaraq Qaradağ RPİ-nin 10-cu PB-nin sürücüsü, polis serjantı X2 geyim formasına əl ataraq atributları dartıb qopartmışdır. Buna görə onun tərəfindən 26 may 2021-ci il tarixdə protokol tərtib edilmişdir. Hazırda da protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. O, daha sonra öz izahatında göstərmişdir ki, Şəxs 25 may 2021-ci il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuş və 26 may 2021-ci il tarixdə saat 11:00-da azad edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sürücüsü, polis serjantı X4 öz izahatında bildirmişdir ki, 25 may 2021-ci il tarixdə təxminən saat 21:00 radələrində Şəxs qonşusu ilə birlikdə DİN-nin “102” xidmətinə zəng vuraraq Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1 ünvanında oğurluq hadisəsinin olduğunu bildirmişlər. Hadisə yerinə gedən polis əməkdaşları Şəxs qonşusu olan Zahir Səmədovun oğurluq hadisəsi ilə bağlı izahatının alınması üçün 10-cu PB-nə dəvət etmişdir. Lakin Şəxs da içkili vəziyyətdə ikən polis əməkdaşlarının maşınına oturaraq qonşusunu tək buraxmayacağını bildirmişdir. Daha sonra hər iki şəxsin sərxoşluq dərəcələrinin müəyyən edilməsi üçün onları Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzinə aparmaq təklif olunduqda Zahir adlı şəxs polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra Şəxs içkili vəziyyətdə polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymaraq onun geyim formasına əl ataraq atributu qopartmışdır. Hal-hazırda Şəxs ondan üzr istədiyini, himayəsində iki azyaşlı uşağının olmasını və əməlindən səmimi peşman olduğunu bildirərək Şəxs barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahat verərək bildirmişdir ki, 25 may 2021-ci il tarixdə təxminən saat 21:00 radələrində qonşusu ilə birlikdə DİN-nin “102” xidmətinə zəng vuraraq Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1 ünvanında oğurluq hadisəsinin olduğunu bildirmişlər. Hadisə yerinə gələn polis əməkdaşları onun qonşusu olan Zahir Səmədovun oğurluq hadisəsi ilə bağlı izahatının alınması üçün 10-cu PB-nə dəvət etmişdir. Lakin o, içkili vəziyyətdə ikən polis əməkdaşlarının maşınına oturaraq qonşusunu tək buraxmayacağını bildirmişdir. Daha sonra polis bölməsində səbəbsiz mübahisə yaratdıqları üçün onun və qonşusunun sərxoşluq dərəcələrinin müəyyən edilməsi üçün onları Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzinə aparmaq təklif olunduqda qonşusu Zahir polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, içkili vəziyyətdə polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymaraq adını sonradan bildiyi Qaradağ RPİ-nin 10-cu PB-nin sürücüsü, polis serjantı X2 geyim formasına əl ataraq paqonu qopartmışdır. Həmin vaxt sərxoş olduğu üçün özünü idarə edə bilməmiş və nə etdiyini anlamamışdır. O, öz izahatında daha sonra göstərmişdir ki, hadisə vaxtı içkili olmuş, etdiyi əməlin nəticəsini dərk edə bilməmişdir. Lakin daha sonra polis əməkdaşlarından dəfələrlə üzr istəmiş və tutduğu əməldən səmimi peşman olduğunu, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olduğunu, əvvəllər heç vaxt cinayət və ya inzibati məsuliyyətə cəlb edilmədiyini bildirərək bir daha belə bir əməl törətməyəcəyinə söz vermişdir. İş materiallarına əlavə edilmiş 25 may 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs qeyd olunan inzibati pozuntuya görə 25 may 2021-ci il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuş, 26 may 2021-ci il tarixdə saat 11:00-da azad edilmişdir. İş materiallarına əlavə edilmiş “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə” dair 2/6798 saylı 25 may 2021-ci il tarixli protokoldan aydın olur ki, Şəxs 25 may 2021-ci il tarixdə saat 21:45 radələrində müayinədən keçirilərkən onda orta dərəcə alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əməlini etiraf edərək səmimi peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və ona qarşı hal-hazırda heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar