Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-752/2025 21.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi Şəxs MMC-nin nüamyəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 15750,00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 15750,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iclasın səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan davam etdirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, həmin köçürmə xx.xx.2023-cü il tarixli AGP/280223 saylı müqavilə ilə Türkiyə Respublikasının "X5 X6 Sanayı TİC LTD STİ" şirkətinə limon məhsulunun alınması üçün köçürülmüşdür. Ümumilikdə həmin şirkətə müxtəlif tarixlərdə 83050.00 ABŞ Dolları vəsait köçürülmüş və bunun müqabilində 127167.60 ABŞ Dolları dəyərində mallar idxal edilmişdir. Köçürmələr və idxal edilən malların X4 (YGB) haqqında ətraflı məlumat məhkəməyə təqdim edilən cədvəldə göstərilmişdir. Cədvəldən də göründüyü kimi Azərbaycan Respublikasından kənara, Türkiyə Respublikasının "X5 X6 Sanayı TİC LTD STİ" şirkətinə 83,050.00 ABŞ Dolları valyuta vəsaiti öənilmiş, bunun müqabilində isə 127,167.60 ABŞ Dolları dəyərində, yəni, 44,117.60 ABŞ Dolları daha artıq mal idxal edilmişdir. Lakin, xx.xx.2023-cü il tarixli, **********4812 saylı yük gömrük bəyannaməsinin tərtibi zamanı yol verilən mexaniki səhv səbəbilə bəyannamənin 44-cü təqdim olunan sənədlər qrafasında müqavilə olaraq səhvən xx.xx.2021-ci il tarixli AGF/5 saylı əvvəlki müqavilə qeyd edilmişdir. Halbuki, şirkətin Dövlət Reyestri məlumatlarında xx.xx.2022-ci il tarixdə dəyişiklik (əvvəlki ad "xxxx" MMC, yeni ad "xxxx" MMC) olduğu üçün həmin şirkətlə xx.xx.2023-cü il tarixdə yeni AGP/280223 saylı müqavilə bağlanmış və ödəniş yeni müqavilə ilə edilmişdir. Buna baxmayaraq, yük gömrük bəyannaməsinin tərtibi zamanı bu nəzərə alınmamış və gömrük sisteminə əlavələrlə birlikdə əvvəlki müqavilə qeyd edilmişdir. Nəticədə, bank avans ödənişini bağlamaq üçün təqdim edilən **********4812 saylı yük gömrük bəyannaməsini müqavilə nömrəsi və tarixi uyğun olmadığı üçün qəbul etməmiş və sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı da öz növbəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilsin. Məhkəmə proses iştirakçısının izahat və mülahizəsini nəzərə alıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki; xx.xx.2023-cü il tarixli, **********1594 saylı yük gömrük bəyannaməsi üzrə invoys dəyəri 15698,90 ABŞ dolları olan limon məhsulu idxal edilmiş, bəyannamənin 44-cü təqdim olunan sənədlər qrafasında müqavilə olaraq xx.xx.2023-ce il tarixli AGP/280223 saylı müqavilə qeyd edilmişdir. Eləcə də bəyannamədə çatdırılma şərtləri 120 kodu olaraq qeyd edilmişdir. Məhkəməyə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC barəsində tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə baxılan 3(002)-752/2025 saylı inzibati işin məhkəmə araşdırması zamanı təqdim olunmuş **********1594 sorğu nömrəli yük gömrük bəyannaməsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin yük gömrük bəyannaməsi üzrə xx.xx.2023-cü tarixli, 15750.00 ABŞ dolları məbləğində köçürməyə uyğun mallar ölkəyə idxal olunmuşdur. Lakin təqdim olunmuş yük gömrük bəyannaməsinin köçürmə şərtləri avans ödənişinə uyğun olmadığı üçün bank tərəfindən qəbul edilməmişdir. Belə ki, yük gömrük bəyannaməsinin çatdırılma şərti 120 olaraq qeyd olunmuşdur, yəni sonradan ödəniş olaraq, lakin hazırda baxılan işdə ödəniş avans olaraq aparılmışdır. Buna görə də təqdim olunan yük gömrük bəyannaməsi əslində 100 və ya 110 kodu ilə rəsmiləşdirilməli idi. Odur ki, iş üzrə inzibati tənbeh tətbiq edili-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Şirkətin Dövlət Reyestri məlumatlarında xx.xx.2022-ci il tarixdə yeni adı "xxxx" MMC olduğu üçün "X5 X6 Sanayı TİC LTD STİ" şirkəti ilə xx.xx.2023-cü il tarixdə yeni AGP/280223 saylı müqavilə bağlanmış və ödəniş yeni müqavilə ilə edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaiti üzrə idxal edilmiş mallar ölkəyə daxil olmuşdur və xx.xx.2023-cü il tarixli, **********1594 saylı yük gömrük bəyannaməsi texniki yanlışlıq səbəbindən 120 kodu ilə rəsmiləşdirilmişdir. Həmçinin yaranmış bu anlaşılmazlıq ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı da gömrük bəyannəməsini tədqiq edərək məsələyə aydınlıq gətirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinin əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkiibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin əməlində inzibati xəta tərkibi mövcud deyildir. Belə ki, Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-752/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-752/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver