Məhkəmə qərarları › İş №3(002)-757/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-757/2020

17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-757/2020 17.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-1184/20 nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, iş üzrə materialları və ona əlavə edilmiş sənədləri baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “Şəxs" MMC-nin ünvanına Almaniyanın “X4” şirkətindən 38VU123/38EJ106 nömrə nişanlı yük avtomaşınında 30007573 saylı xx.xx.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük idarəsində **********0636 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların XİFMN üzrə kodları şübhə doğurduğundan Mərkəzi Gömrük Ekspertizası idarəsinə 1400-012/0xx-xx/003332 saylı, xx.xx.2020-ci il tarixli məktubla müraciət edilmiş, həmin idarədən Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 2200-013/0xx-xx/002946 saylı xx.xx.2020-ci il tarixli rəyə əsasən 30007573 saylıxx.xx.2020-ci il tarixli invoys sənədinin 15, 69, 70-ci mövqelərində göstərilən malların XİFMN üzrə********** kod altında deyil, ********** kod altında sinifləşdirildiyi müəyyən edilmişdir. Qeyd edilən faktla bağlı Əməliyyat və X1 şöbəsində aparılan araşdırma zamanı Mərkəzi Gömrük Ekspertizası idarəsinin 2200-013/0xx-xx/002946 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən 30007573 saylı xx.xx.2020-ci il tarixli invoys sənədinin 15, 69, 70-ci mövqelərində göstərilən malların XİFMN üzrə ********** kod altında deyil, ********** kod altında sinifləşdirildiyi təqdirdə **********0636 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və X1 şöbəsinə məlumat verilməsi üçün Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/013757 saylı, xx.xx.2020-ci il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/015712 saylı, xx.xx.2020-ci il tarixli raportda Mərkəzi Gömrük Ekspertizası İdarəsindən Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 2200-013/0xx-xx/002946 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən 30007573 saylı, xx.xx.2020-ci il tarixli invoys sənədinin 15, 69. 70-ci mövqelərində göstərilən malların XİFMN üzrə ********** kod altında deyil, ********** kod altında sinifləşdirildiyi təqdirdə Şəxs MMC tərəfindən **********0636 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərinin idxal gömrük rüsumu üzrə 90,20 manat, ƏDV üzrə 1042,97 manat olmaqla ümumilikdə 1133,17 manattəşkil etdiyi qeyd olunmuşdur. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, Mərkəzi Gömrük Ekspertizası İdarəsinin 2200-013/0xx-xx/002946 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən qeyd edilən malların ********** kod altında deyil, ********** kod altında sinifləşdirildiyi təqdirdə Şəxs MMC **********0636 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 1133,17 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Eyni zamanda **********9158 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə 3750,00 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə Şəxs MMC barəsində 00100-1139/20 nömrəli protokol tərtib edilmişdir.İlk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs MMC barəsində 00100- 1139/20 nömrəli is üzrə vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən xitam verilmişdir.Bununla da, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən yenidən MMC gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Həmçinin, Şəxs MMC **********0679 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 1786,35 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə MMC barəsində 00100- 1167/20 nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərmişdir ki, Şəxs MMC-nin ünvanına Almaniyanın “X4” şirkətindən daxil olmuş mallar Bakı Baş Gömrük idarəsində xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, sözügedən mallar yükü ixrac edən şirkət tərəfindən göndərilmiş sənədlər əsasında rəsmiləşdirilmiş, həmin sənədlərdə malların XİFMN üzrə olan kodları olduğu kimi öz əksini tapsa da, sonradan Mərkəzi Gömrük Ekspertizası idarəsinin rəyinə əsasən qeyd edilən malların kodlarının fərqli olduğu məlum olmuş, malların XİFMN üzrə kodunun fərqli olması nəticəsində yaranmış əlavə gömrük ödənişləri təmsil etdiyi şirkət tərəfindən tam ödənilmişdir.Göstərilənləri nəzərə alaraq təmsil etdiyi hüquqi şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankı – Hökumət Ödəniş Portalının xx xxx 2020-ci il tarixli 641533032, 641533036, ********* nömrəli qəbzlərdən görünür ki, Şəxs MMC tərəfindən dövlət büdcəsinə 2443,27 manat ödənilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, “İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərardan görünür ki, ilk dəfə Azərbaycan Respublikasında İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs MMC barəsində 00100-1139/20 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmişdir. "Şəxs” MMC-nin nümayəndəsi X3 xx.xx.2020-ci il tarixli 00100-1184/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini və məsuliyyəti yüngülləşdirən hal kimi ödənilməli olan gömrük ödənişlərinin tam ödənilməsini nəzərə alıbiş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və o, həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə yəni, 793,2 (yeddi yüz doxsan üç manat, iyirmi qəpik) məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar