Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-758/2021 27.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş 27.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 27.05.2021-ci il tarixdə, Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi, Salyan yolunda YPX əməkdaşının qanuni tələblərinə tabe olmamış, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis baş leytenantı X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, daxil olan məlumata əsasən 27.05.2021-ci il tarixdə, saat 09:30 radələrində Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi, Salyan yolunda yerləşən “Səma”nın dairəsində bir nəfər sürücü vətəndaş yol hərəkəti qaydalarını pozduğuna görə Qaradağ RPİ-nin DYPŞ-nin YPX inspektoru K.Məmmədov tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşı sürücüdən müvafiq sənədləri təqdim etməyi xahiş etmiş, lakin sürücü heç bir sənədinin olmadığını bildirmişdir. Daha sonra bort kompüter vasitəsi ilə sənədləri yoxlanılan zaman məlum olmuşdur ki, sürücü Şəxs sürücülük hüququ məhdudlaşdırılmışdır. Sürücüyə bildirilmişdir ki, nəqliyytat vasitəsi müvəqqəti duracağa təmin olunmalıdır. Lakin, o yol polisi əməkdaşı mübahisə etmiş və əməkdaş sürücüyə intizamlı olmağa dəvət etsə də, həmin sürücü polis əməkdaşının da qanuni tələblərinə tabe olmamışdır. Daha sonra çevik polis alayının əməkdaşları köməyə getmişlər, nəticə də, onların köməkliyi ilə sürücü “Kamaz” markalı yük maşınını idarə edərək müvəqqəti duracağa yerləşdirmişdir. Nəticədə polisin qanuni tələblərinə qəsdən tabe olmadığına görə saxlanılaraq bölməyə gətirilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olduğundan barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün adiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Hesab edir ki, tərtib etdiyi inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Ona görə də, məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. 27 may 2021-ci il tarixdə Qaradağ RPİ-nin yaxınlığında dairə ilə hərəkət edən zaman etibarnamə ilə Kamaz markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən YPX əməkdaşı tərəfindən saxla əmri verilmişdir. YPX əməkdaşı ona yaxınlaşmış, özünü təqdim edərək sənədlərini tələb etmiş və ona bildirmişdir ki, yol nişanının tələbini pozmuşdur. Lakin sənədlər üzərində olmadığından polis əməkdaşına müvafiq sənədləri təqdim edə bilməyəcəyini bildirmiş və demişdir ki, “digər maşınların nə üçün saxlanılmır.” Bundan sonra Bortkomputer vasitəsi ilə sənədlərini yoxlamış və məlum olmuşdur ki, onun ödənilməmiş 2165 manat cərimə borcu var və nəqliyyat vasitəsinin üzərinə həbs qoyulub. O da polis əməkdaşına sürücülük hüququnun məhdudlaşdırılmasından xəbəri olmadığını bildirmişdir. Sonra polis əməkdaşı avtomaşının müvəqqəti duracağa yerləşdirilməsi üçün ona avtomaşını idarə edərək duracağa aparmasını tələb etmişdir. Bu zaman polis əməkdaşı ilə aralarında sözlə mübahisə baş vermiş və onun sözlərindən əsəbləşdiyi üçün həmin vaxt yük maşınını duracağa sürməkdən imtina etmişdir. Daha sonra avtopatrul ilə çevik polis alayının əməkdaşları gəlmiş və onlarla birlikdə duracağa gedən zaman yolda maşının tok sistemi qırılmış və maşın sönmüşdür. YPX əməkdaşı ona irad tutaraq maşını duracağa aparmasını və tabesizlik etməməsini bildirmişdir. Daha sonra polis əməkdaşları 156 evakuator xidmətinə müraciət etmişlər, lakin 15-20 dəqiqə keçdikdən sonra özü maşını təmir edərək duracağa təmin etmişdir. Hazırda əməlindən peşmançılıq çəkdiyini və himayəsində azyaşlı uşağının oduğunu nəzərə alaraq barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi yol patrul xidməti inspektoru polis baş serjantı X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 27.05.2021-ci il tarixdə, saat 09:30 radələrində xidmətdə olduğu 255 saylı avto patrul ilə Səmanın dairəsi yaxınlığında ** RV *** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı nəqliyyat vasitəsi nişanın tələblərinə pozduğu üçün tərəfindən saxlanılmış, daha sonra məlum olmuşdur ki, həmin nəqliyyat vasitəsinin 2165.60 manat ödənilməmiş cərimə borcu var. O, sürücüyə yaxınlaşıb özünü təqdim edərək törətdiyi qayda pozuntusunu izah etmiş və nəqliyyat vasitəsiunin ödənilməyən cərimə borcu olduğu üçün həbs qoyulduğunu ona bildirmişdir. Bundan sonra sürücüdən müvafiq sənədləri təqdim etməyi tələb etmiş, lakin sürücü heç bir sənədinin olmadığını bildirmişdir. Daha sonra bort kompüter vasitəsi ilə sənələri yoxlanılan zaman məlum olmuşdur ki, sürücü Şəxs sürücülük hüququ məhdudlaşdırılmışdır. Sürücüyə bildirilmişdir ki, nəqliyytat vasitəsi müvəqqəti duracağa təmin olunacaq. Lakin sürücü Şəxs özünü qazi kimi təqdim edərək duracağa getməkdən boyun qaçırmağa çalışmışdır. Bundan sonra səma ilə əlaqə saxlanılaraq çevik polis alayından kömək gəlməsi xahiş olunmuş, 96 94 saylı avtopatrul ilə çevik polis alayı köməyə gəlmiş və sürücü çevik polis alayının köməyi ilə duracağa təmin edilmişdir. Lakin, duracağa çatana yaxın sürücü nəqliyyat vasitəsinin xarab olduğunu bildirərək nəqliyyat vasitəsini söndürmüşdür. Bu səbəbdən də, 156 nömrəsi il evakuator xidmətinə müraciət etmiş, lakin 1 saat keçidikdən sonra sürücü maşını işə salaraq duracağa sürmüşdür. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 27 may 2021-ci il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, protokol tərtib etmiş şəxsin və şahidin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 27.05.2021-ci il tarixdə, Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi, Salyan yolunda polis əməkdaşının qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi əməlindən səmimi peşmançılıq çəkməsini və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona Həmin maddənin sanksiyası hədləri daxilində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-758/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-758/2021
27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver