Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-759/2021 31.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cü ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 5 azyaşlı uşaq olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs Qaradağ rayon Məhkəməsinin 2(002)-182/2020 saylı, 16 iyun 2020-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X8 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)- 182/2020 saylı, 16 iyun 2020-ci il tarixli icra vərəqəsinə əsasən, iddiaçı X3 cavabdeh Şəxs qarşı borc tələbinə dair iddiası təmin edilmiş, 13000(on üç min) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Bu günki gündə borclu tələbkara 13030 manat məbləğində borcundan heç bir ödəniş etməmişdir. Buna görə də borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 31 may 2021-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, hal-hazırda borclu tələbkar ilə öz aralarında razılığa gəlmişlər və bu barədə də tələbkar ərizə ilə məhkəməyə müarciət etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 öz izahatında bildirmişdir ki, o, borclu ilə öz aralarında razılığa gəldikləri üçün borclu barəsində inzibati tənbeh tədbirinin tədbiq edilməməsini xahiş etmiş və bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləməməklə heç bir qazancı yoxdur. Gündəlik qazancı 12 manat olmaqla yemək bişirib satır. Bundan başqa hazırda tələbkar ilə öz aralarında razılığa gəldikləri üçün, yəni hər ayın 15-i minimum 250 manat məbləğində pulu tələbkara ödəyəcəyindən barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmiş və yaxın müddətdə borclarını tam şəkildə ödəyəcəyini söz vermişdir. O daha sonra öz izahatında göstərmişdir ki, himayəsində beş azyaşlı uşağı olmaqla onlara baxmaqda çətinlik yaşayır və buna görə də hal-hazırda maddi cəhətdən heç bir imkanı yoxdur. Odur ki, onun ailə vəziyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və tələbkar ilə aralarında razılığa gəlmələrini nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu rəsmi qaydada heç bir yerdə işləməməklə hər hansı bir gəlirə malik olmamaqla, himayəsində beş azyaşlı uşağı vardır. Bundan başqa məhkəmə iclasında borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair heç bir hal müəyyən edilməmişdir. Eləcə də hazırki məhkəmə gedişatında tələbkarın məhkəməyə təqdim etdiyi ərizədə isə borclu ilə öz aralarında razılığa gəldikləri üçün iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-759/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-759/2021
31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver