Məhkəmə qərarları › İş №3(002)-76/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-76/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-76/2025 10.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Cəbrayil rayonu, Soltanli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-118/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-421/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinə əsasən 7860 manat aliment borcu, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-311/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 3320 manat borcun ödənişi borclu Şəxs tərəfindən hazırki tarixədək tələbkarın xeyrinə həyata keçirməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-118/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. Cəbrayıl rayon Məhkəməsinin 2(072)-311/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs İddiaçıya hədiyyə şəklində verilmiş 1 ədəd 11 qram 770 manat dəyərində qızıl klon sep, 1 ədəd 5 qram 350 manat dəyərində qızıl üzük, 1 ədəd 4 qram 280 manat dəyərində qızıl üzük, 8 qram 560 manat dəyərində qızıl üzük-sırğa dəsti, 1 ədəd 6 qram 420 manat dəyərində qızıl qolbağı, 1 ədəd 4 qram 280 manat dəyərində qızıl zirf üzük, 1 ədəd 6 qram 420 manat dəyərində qızıl paxlava üzük, 1 ədəd 3 qram 210 manat dəyərində qızı sırğa, olmadıqda isə onların dəyəri və 30 manat dövlət rüsumu alınaraq iddiaçı X4 verilməlidir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-421/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 118/2020 saylı, 23 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 260 manat sabit pul məbləğində alimentin miqdarı 360 manat sabit pul məbləği həddində artırılmalıdır. Tərəflərin rəsmi nikahından 17 iyul 2013-cü ildə anadan olmuş X5 və 29 sentyabr 2015-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh Şəxs qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən hər bir uşağa görə 180 manat sabit pul məbləğində, ümumilikdə 360 manat sabit pul məbləğində tutularaq, iddiaçı X1 xeyrinə ödənilməlidir. Cavabdeh Şəxs 60 manat məbləğində mediasiya xərci tutularaq, iddiaçı X1 xeyrinə ödənilməlidir. Şəxs əvvəllər anoloji inzibati xətanın törətməsi ilə bağlı sonuncu barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və Qaradağ Rayon Məhkəməsinin 3(002)-304/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən məhkəmə iclasında borclu tərəfindən icra şöbəsinin depozitinə ödəniş edilməsi səbəbindən iş üzrə icraata xitam verilmişdir. Bundan sonra isə icra sənədinə əsasən aylıq aliment ödənişi 360 manat nəzərdə tutulmasına baxmayaraq, borclu hər ay mütəmadi olaraq 120 manatdan artıq ödəniş etməmiş, ödənişlər aylıq nəzərdə tutulmuş məbləğə və yığılmış borca münasibətdə cüzi miqdarda təşkil etmişdir. Borclu icra sənədinin nəzərdə tutulduğu qaydada icra edilməməsinə görə dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Sonuncu aliment ödənişi isə 120 manat olmaqla 2024-cü ilin dekabr ayı tarixində ödənilmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, o, hazırda işləmir, həmçinin hərbi xidmətə yararsız olması səbəbindən hərbi qulluqda olmamışdır. Göstərilən səbəbdən işləyə bilmir. Anası dərzi olmaqla işləyib onun maddi təminatına köməklik edir. Bundan başqa o, uşaqlarını 4 ildir ki, görmür, bu səbəbdən icra sənədini tam icra etməkdən imtina edir. Onun uşaqları ilə görüşü təmin edildiyi təqdirdə aliment ödənişini həyata keçirəcəkdir. Azyaşlı övladları ilə ünsiyyət hüququnun təmin olunması məqsədilə məhkəməyə müraciət etmədiyi üçün bu barədə hər hansı qətnamə mövcud deyildir. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla bağlı isə məhkəmədən hər hansı xahişinin olmadığını bildirdi. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Əvvəllər ona təyin edilmiş İİİ dərəcə əlillik sonradan ləğv edilmişdir və o, hazırda əlilliyi olmayan şəxsdir. Dövlət hesabına müdafiəçi ilə təmin olunmaqdan imtina etməsi onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Hazırki iclasda isə ödəniş edə bilmir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-118/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-118/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Cəbrayıl rayon Məhkəməsinin 2(072)-311/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs İddiaçıya hədiyyə şəklində verilmiş 1 ədəd 11 qram 770 manat dəyərində qızıl klon sep, 1 ədəd 5 qram 350 manat dəyərində qızıl üzük, 1 ədəd 4 qram 280 manat dəyərində qızıl üzük, 8 qram 560 manat dəyərində qızıl üzük-sırğa dəsti, 1 ədəd 6 qram 420 manat dəyərində qızıl qolbağı, 1 ədəd 4 qram 280 manat dəyərində qızıl zirf üzük, 1 ədəd 6 qram 420 manat dəyərində qızıl paxlava üzük, 1 ədəd 3 qram 210 manat dəyərində qızı sırğa, olmadıqda isə onların dəyəri və 30 manat dövlət rüsumu alınaraq iddiaçı X4 verilməlidir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Cəbrayıl rayon Məhkəməsinin 2(072)-311/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-421/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 118/2020 saylı, 23 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 260 manat sabit pul məbləğində alimentin miqdarı 360 manat sabit pul məbləği həddində artırılmalıdır. Tərəflərin rəsmi nikahından 17 iyul 2013-cü ildə anadan olmuş X5 və 29 sentyabr 2015-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh Şəxs qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən hər bir uşağa görə 180 manat sabit pul məbləğində, ümumilikdə 360 manat sabit pul məbləğində tutularaq, iddiaçı X1 xeyrinə ödənilməlidir. Cavabdeh Şəxs 60 manat məbləğində mediasiya xərci tutularaq, iddiaçı X1 xeyrinə ödənilməlidir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-421/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Məhkəmə elektron sistemindən əldə olunmuş məlumatdan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-304/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən Şəxs barəsində iş üzrə inzibati icraata xitam verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-118/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-421/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinə əsasən 7860 manat aliment borcu, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-311/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 3320 manat borcun ödənişi borclu Şəxs tərəfindən hazırki tarixədək tələbkarın xeyrinə ödənişi həyata keçirməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bir neçə icra sənədinin birləşdirilməsi haqqında qərardan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-118/2020 saylı, xx.xx.2020-ci il tarixli, Cəbrayıl rayon Məhkəməsinin 2(072)-311/2020 saylı, xx.xx.2020-ci il tarixli və Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-421/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs aliment ödənişlərindən qərəzli şəkildə yayınması nəticəsində hazırki tarixədək 7860 manat aliment borcu və 3320 manat digər borcu yaranmışdır. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi qəbul edildiyi vaxtdan borc məbləğinin ödənilməsinə laqeyd yanaşmışdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, borclu dəfələrlə icra sənədinin icra olunması üçün qanunauyğun şəkildə xəbərdarlıq edilməsinə, eyni zamanda natamam ödənişlər etməsinə baxmayaraq, bir dəfə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilmiş, lakin o, natamam ödənişlərə davam etmişdir. Bundan əlavə o, borcun ödənişinə münasibətdə tamamilə laqeyd yanaşmışdır. Borclu dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Bundan əlavə, borclu uşaqlarını görə bilmədiyini bildirsə də o, uşaqları ilə ünsiyyətdə olması barədə ümumiyyətlə müraciət etməmişdir. İcra sənədinə əsasən aylıq aliment ödənişi 360 manat nəzərdə tutulmasına baxmayaraq, borclu hər ay mütəmadi olaraq 120 manatdan artıq ödəniş etməmiş, Həyata keçirilən ödənişlər isə aylıq nəzərdə tutulmuş məbləğə və yığılmış borca münasibətdə cüzi miqdar təşkil edir. Məhkəmə icra məmurunun izahatında qeyd etdiklərini, borclunun alimentin ödənişinə qərəzli mövqeyini, Şəxs törətdiyi inzibati xətanın hallarını, onun hazırki tarixə yığılmış borcun məbləğini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 10 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 10 yanvar 2025-ci il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar