Məhkəmə qərarları › İş №3(002)-760/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-760/2022

22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-760/2022 22.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 11 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 11 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-2081/2022 saylı, 10 iyun 2022-ci il tarixli qərardadı ilə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət aidiyyatı üzrə baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 tərəfindən qəbul edilmiş 11 fevral 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, fiziki şəxs X3 tərəfindən Qaradağ rayonu, 29-cu kilometrdə, Xəzərin sahilində “ATA ARMS” markalı, D15007 nömrəli silahla qanunla müəyyən olunmamış yerdə ov qaydaları pozduğuna görə barəsində 21 yanvar 2022-ci il tarixdə MN ******* nömrəli protokol tərtib edilmiş X3 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən 1000 (min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, 21 yanvar 2022-ci il tarixdə Ehtiram adlı dostu ilə birlikdə Qaradağ rayonu ərazisində “Göy Zavod” adlanan əraziyə getmək qərarına gəlmişlər. Həmin yerə çatanda dostunun idarə etdiyi avtomobil batmışdır. Bu zaman qeyd olunan əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gəlmiş və Qaradağ rayon Polis İdarəsinin əməkdaşları ilə birgə reyd keçirdiklərini bildirmişlər. Onların olduğu maşına baxış keçirmiş və avtomobilin yük yerində olan, onlara məxsus ov silahlarını görmüşlər. Həmin silahların qanuni olub-olmamasını müəyyən etmək üçün silahlarını vermələrini tələb etmiş, onlar da şəxsiyyət vəsiqələrini və ov silahlarının sənədlərini təqdim etmişlər. Bundan sonra onlara bildirmişlər ki, tüfəngləri yoxlayıb onlardan atəş açılıb-açılmadığını müəyyən etməlidirlər. Bundan başqa avtomobildə qeyri qanuni heç nə aşkar olunmamışdır. Onlara “axşam gəlib silahlarınızı götürərsiniz” demişlər. Dedikləri vaxt idarəyə zəng etdikdə isə “Rəvan” adlı əməkdaş onalara, sabah, yəni 22 yanvar 2022-ci ildə idarəyə yaxınlaşmalarını bildirmişdir. Növbəti gün idarədə olarkən tüfəngləri onlara təhvil verib, onlara bir sənədə imza etdirib yola salmışlar. Bundan sonra 04 fevral 2022-ci il tarixdə onalara məktub çatmış və məktubda qeyd olunmuşdur ki, 03 fevral 2022-ci il tarixdə keçirilən komissiyada iştirak etməlidirlər. Belə olduqda onlar idarə ilə əlaqə saxlamış, həmin idarədən onları arxayın edərək bildirmişlər ki, “sizi yenidən çağıracağıq”, lakin bundan sonra nə onlara məktub gəlmiş, nə də zəng edilmişdir. Qeyd olunan vaxtdan üç ay dörd gün keçdikdən sonra hər ikisinin ünvanına məktub daxil olmuş və İXM-nin 272.3-cü maddəsinə əsasən hər birinin ayrı ayırlıqda 1000 manat məbləğində cərimə edildiyini öyrənmişlər. O öz izahatında daha sonra qeyd etmişdir ki, həmin vaxt ov etmək səlahiyyətinin olmadığını bilir, lakin o nə şəxsi ov silahından istifadə etməmiş və nə də atəç açmamışdır. Odur ki, məhkəmədən yuxarıda qeyd edilənləri nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvələr Nazirliyinin 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 11 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Ekologiya və Təbii Sərvələr Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə yazılı vəsatət göndərərk məhkəmə prosesinin iştirakları olmadan keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə işə qeyd olunan təşkilatdan nümayəndənin iştirakı olmadan işə baxılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında qərarı, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və şəxsin məhkəməyə təqdim etdiyi sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 11 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması səlahiyyətli orqana həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün sənədləri məhkəməyə təqdim etməmiş və bununla da şikayət verən şəxsin etdiyi etirazın əsasları kimi istinad etdiyi halların təkzib edilməsi təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafeləriniq orumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X3 barəsində olan inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 11 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar