Məhkəmə qərarları › İş №3(002)-760/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-760/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-760/2023 01.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Qaradağ RPİ-nin DYPŞ-nın inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, 20 fevral 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə Qaradağ RPİ-dən tərəfindən Şəxs barəsində İXM-nin 342.9-cu maddəsi ilə inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 10 aprel 2023-cü il tarixdə, saat 13:19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində “Khazar SD” minik markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini müvafiq icazə olmadan sayrışan işıq siqnallarından istifadə edərək idarə etmişdir. Qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı olaraq Qaradağ RPİ-nin DYPŞ-nın inspektoru, polis baş leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.9-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 10 aprel 2023-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon DYPŞ-nın inspektoru, polis baş leytenantı X2 öz izahatında protokolu müdafiə edərək, sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır, vətən müharibəsi iştirakşısıdır, etibarnamə ilə özünə məxsus “Khazar SD” minik markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sayrışan işıq quraşdırıb toy karvanında idarə etmişdir. Bunu çəkib “Tik-tok” sosial şəbəkə platformasında paylaşmışdır. O, törətdiyi əməldən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş BB 247058 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən və "xxxx" MMC tərəfindən verilmiş etibarnamədən aydın olur ki, mülkiyyətçisi hüquqi şəxs "xxxx" MMC-yə məxsus olan “Khazar SD” Sedan markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Oqtay oğludur. İş materiallarına əlavə edilmiş Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Mİ 004305 nömrəli vəsiqəsinin surətindən aydın olur ki, Şəxs Oqtay oğlu vətən müharibəsi iştirakçısıdır. İş materiallarına əlavə edilmiş 10 aprel 2023-cü il tarixli aktdan aydın olur ki, Khazar SD” minik markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırılmış sayrışan işıq məhkəməyə təhvil verilməsi üçün sökülüb götürülmüşdür. Məhkəmə, tərəflərin izahatını, Şəxs barəsində tərtib edilmiş 10 aprel 2023-cü il tarixli İXP ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, o, İXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tədbiri tədbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə inzibati xətanın törədilməsində istifadə edilmiş alət (bir ədəd sayrışan işıq) müsadirə edilməklə 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar