Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-761/2022 22.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 DİN-in Bakı şəhəri Baş Polis İdarəsi X5 İdarəsinin 04 may 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X2 şikayətlə Qaradağ rayon Məhkəməsinə müraciət edərək DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsi tərəfindən tərtib edilmiş 04 may 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsinin polis polkovniki X3 tərəfindən qəbul edilmiş 04 may 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, 05 mart 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X2 05 mart 2022-ci il tarixdə, saat 14:15 radələrində ünvan 3 ünvanında “Ford Transit” yük markalı ** JE *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən ara məsafəsi qaydalarının pozulması, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə və yol hərəkəti qaydalarının pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisə yerindən yayınmasına görə Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 327.6-cı maddələrinin tələblərini pozduğuna görə 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 öz izahatında şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin DYPİ, polis polkovniki X3 04 may 2022-ci il tarixli, TP ******* saylı qərarı qəbul edərək onu İXM-nin 327.1, 332.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə 100 manat məbləğində cərimə etmişdir. Qəbul edilmiş protkol və qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, guya o, 05 mart 2022-ci il tarixdə, saat 14:15-də Cəfər Cabbarlı küçəsində “Ford Transit” yük markalı, ** JE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozmuş, nəqliyyat vasitəsinə sahiblik hüququ olan etibarnamə olmadan idarə etmiş və yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Bütün bunlar doğru deyildir və heç bir əsası yoxdur. Belə ki, o “X7” QSC, Bakı Maye qaz Doldurma Stansiyasında əmək müqaviləsinə əsasən sürücü işləyir. İşlədiyi təşkilatın ona yazdığı yol vərəqəsinə əsasən həmin idarəyə məxsus yük avtomobilini idarə edir. Bu səbəbdən də idarə ona etibarnamə deyil, yol vərəqəsi verir. 05 mart 2022-ci il tarixdə o, yol vərəqəsinə əsasən malı təhvil vermək üçün şəhərarası “X7” QSC-yə məxsus “Ford Transit” yük markalı, ** JE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmişdir. Həmin vaxt o, maşını hərəkət etdirərəkən arxada dayanmış avtomobilə dəydiyini hiss etmiş və idarə etdiyi avtomobildən düşmüşdür. Bu zaman maşında az bir batıq olduğunu görmüş. Həmin avtomobilin sürücüsünə yol polisi əməkdaşının və sığortanın çağırılmasını təklif etmiş, lakin qarşı tərəf buna razı olmamış və maşına az bir zədə dəydiyini bildirmiş və o da öz aralarında razılaşdıqlarına görə avtomobili sürüb getmişdir. Hadisə yerindən heç bir yayınma olmamışdır. Qarşı tərəfin razılığı əsasında o hadisə yerindən çıxıb getmişdir. Bu barədə görüntülər də vardır. Odur ki, yuxarıda qeyd etdikləri nəzərə alınaraq barəsində tərtib edilmiş 04 may 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhəri BPİ-nin X5 İdarəsinə təkrarən məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti, iş materiallarını və şikayət verən şəxsin izahatını dinləyərək hesab edir ki, DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsinin polis polkovniki X3 tərəfindən tərtib edilmiş 04 may 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün DİN-in Bakı şəhəri Baş Polis İdarəsi X5 İdarəsinə geri qaytarılmalıdır. Məhkəmə araşdırması zamanı DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsinin əməkdaşı məhkəmə iclasında iştirak etməmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün sənədləri məhkəməyə təqdim etməmiş və bununla da şikayət verən şəxsin etdiyi etirazın əsasları kimi istinad etdiyi halların təkzib edilməsi təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X2 barəsində olan inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsi tərəfindən tərtib edilmiş 04 may 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılıb baxılması üçün DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-761/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-761/2022
22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver