Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-761/2023 04.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində İXM-nin 198.3-cü maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-nin 198.3-cü maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən toplanmış inzibati material və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş MN ******* saylı, 11 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, "xxxx" MMC-də “Tullantıların İdarə edilməsi və Quyuların Məhsuldarlığı” bölməsinin (ES) emalatxanasının rəisi Şəxs tərəfindən 01 fevral 2023-cü il tarixli əmək müqaviləsinin 3.1.20-ci bəndinin “iş prosesində texniki təhlükəsizliyə cavabdehlik daşımaq” və 3.1.14-cü bəndinin “KSƏTƏM bütün normalarına və qaydalarına riayyət edir və personalın da buna riayət etmədinə nəzarət edir” tələblərinə riayət edilməməsindən işçi Zərərçəkmiş şəxs 09 dekabr 2022-ci il tarixdə sağlamlığa az ağır zərər vurulmasına dair xəsarət almışdır. İş materiallarına əlavə edilmiş “X6 Haqqında” 01/2023 saylı, 09 fevral 2023-cü il tarixli aktdan aydın olur ki, "xxxx" MMC-nin supervayzeri Zərərçəkmiş şəxs 09 dekabr 2022-ci il tarixdə, saat 08:00-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən "Bakı Ağırlaşdırıcılar" zavoduna işə gəlmişdir. Soyunub-geyinmə otağında iş paltarlarını geyindikdən sonra sahə rəisi Şəxs işçilərə, o cümlədən Zərərçəkmiş şəxs görəcəyi işlər barəsində tapşırıqlar vermişdir. Həmin gün görüləcək işlərin xüsusiyətinə uyğun olaraq sahə rəisi Şəxs əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimat keçdikdən sonra işcilər imzaları ilə həmin təlimatın keçirildiyini təsdiq etmişlər. Tapşırığa əsasən Zərərçəkmiş şəxs, mexanik X5 və "xxxx" MMC-nin avtokran operatoru X8 üstü açıq konteynerin içinə müxtəlif avadanlıqların yüklənməsi işlərini yerinə yetirməliydilər. Zərərçəkmiş şəxs və Z.Nərimanov izahatlarında saat 08:00-dar 13:30-dək avtokran operatoru N.Hacıyevlə birlikdə işlədiklərini və həmin dövr ərzində sahə rəisi Şəxs 3-4 dəfə konteynerin yaxınlığına gələrək görülən işlərə nəzarət etdiyini bildirmişlər. Həmçinin sahə rəisi Şəxs izahatında həmin gün tez-tez Zərərçəkmiş şəxs və Z.Nərimanovun işlədiyi konteynerin yanına gələrək görülən işlərə nəzarət etdiyini, habelə konteynerin içində şaquli vəziyyətə göydən yük asılan zaman işcilərin konteynerin içərisində olmadığını qeyd etmişdir. Konteynerin giriş-çıxışı bir cüt qapıdan ibarət olmuş və yükləmə işləri aparılan zaman avtokran operatoru N.Hacıyev konteynerin içini görə bilmədiyindən yükü yerləşdirilməsini konteynerin giriş-çıxış qapısından çöldə dayanmış Z.Nərimanovdan aldığı əl hərəkətləri ilə işarələrə əsasən icra edirmiş. Zərərçəkmiş şəxs isə dəmir çərçivə konteynerə avtokran vasitəsi ilə endirildikdən sonra təxminən konteynerin döşəməsindən 15-20 sm yuxarıda şaquli vəziyyət göydə asılmış olan vaxt həmin yükün konteynerin mərkəzinə yerləşdirməsi işlərini icra edirmiş. Qaydalara əsasən yüklənmiş konteyner daşınan zaman dəmir yükün konteynerin içində stabil qalması üçün həmin dəmir yükün əvvəlcədən altına taxta döşənməlidir. Bu formada 1-ci yükləmə işi tamamlanmış və saat 13:30 radələrində növbəti yüklənmə işi konteynerin içində aparılan zaman Zərərçəkmiş şəxs dəmir çərçivəni konteynerin mərkəzinə yerləşdirmək istəyən vaxt həmin dəmir çərçivə ilə konteynerin giriş-çıxışı olmayan hissəsində işlədiyindən dəmir çərçivə yırğalanan zaman künc hissəsi ilə Zərərçəkmiş şəxs sağ əlinin və sol ayağını zədələmişdir. Nəticədə Zərərçəkmiş şəxs sağ əlindən və sol ayağından xəsarətlər almışdır. Hadisəni görən iş yoldaşı Z.Nərimanov dərhal avtokran operatoru N.Hacıyevə "dayan" işarəsi vermiş və dəmir çərçivə konteynerin döşəməyəsinə endirildikdən sonra o Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Zərərçəkmiş şəxs sağ əlində və sol ayağında ağrılar olduğunu iş yoldaşına bildirmişdir. Daha sonra iş yoldaşlarının köməyi ilə Zərərçəkmiş şəxs təhlükəsiz əraziyə aparılmış və həmin yerə gəlmiş sahə rəisi Şəxs dərhal ona ilkin tibbi yardım göstərmiş və Zərərçəkmiş şəxs cəmiyyətə məxsus nəqliyyat vasitəsi ilə "Yasamal Hospital" xəstəxanasına aparmışdır. Orada Zərərçəkmiş şəxs müvafiq tibbi yardım göstərildikdən sonra o ambulator müalicəsi üçün evə buraxılmışdır. "Yasamal Hospital" xəstəxanasından təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışda Zərərçəkmiş şəxs "Sağ bilək çıxığı, sol ayaq pəncəsi sınıqlı çıxığı və kompartman sindromu" diaqnoz ilə xəsarət aldığı qeyd edilmişdir. Zərərçəkmiş şəxs aldığı xəsarətin xarakteri və ağırlıq dərəcəsi barədə "Ekspert rəyi"ndən çıxarış verilməsinə köməklik göstərilməsi üçün Qaradağ rayon prokurorluğuna və Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə xx.xx.2023-cü il tarixli 3-17-5/2-1155/2023 nömrəli məktubla müraciət olunmuş, lakin bu günə qədər məktuba cavab verilməmişdir. Bədbəxt hadisənin səbəbləri: "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş "OHS 0510 PRO Yükqaldırma üzrə təhlükəsizlik texnikası qaydaları"nın 5-ci bəndinin "Bütün personal və üçüncü tərəflər, yük yelləndiyi, yerindən tərpəndiyi və ya düşdüyü halda yüklə və ya yükqaldırma avadanlığı ilə toqquşa və ya onların zərbəsindən əzilə biləcəyi hər hansı ərazidə olması qadağandır." və "Yükün və ya avandanlığın yükqaldırma zamanı qəfil tərpənməsi halında, personal üçün qapalı, çıxışı olmayan, təxliyə marşrutu olmayan sahələrdə olmaq qadağandır. (məsələn konteynerlərin içərisində, səbətin içərisində və s.)" tələblərinə Zərərçəkmiş şəxs tərəfindən riayət edilməməsi. "xxxx" MMC ilə sahə rəisi Şəxs arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinin 3.1.20-ci bəndinin (iş prosesində texniki təhlükəsizliyə cavabdehlik daşımaq) və 3.1.14-cü bəndinin (KSƏTƏM (keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit) bütün nomra və qaydalara riayət edir və personalın da buna riayət etməsinə nəzarət edir) tələblərinə riayət edilməməsi. "xxxx" MMC ilə mexanik X5 arasında bağlanmış xx.xx.2008-ci il tarixli əmək müqaviləsinin 3.1.12-ci bəndinin (Hər hansı bir təhlükə yaranarsa və ya ehtimalı olarsa ƏMQ və QŞi avadanlığı təmiri sexinin rəisini məlumatlandırmaq) tələblərinə riayət edilməməsi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, 04 avqust 2010-cu il tarixdən əmək müqaviləsi əsasında "xxxx" MMC-də “Tullantıların İdarə edilməsi və Quyuların Məhsuldarlığı” bölməsinin (ES) emalatxanasının rəisi işləyir, evlidir, ali təhsillidir, iki azyaşlı övladı var. Hadisə baş verən gün, yəni 09 dekabr 2022-ci il tarixdə işçilərə, o cümlədən Zərərçəkmiş şəxs görəcəyi işlər barəsində tapşırıqlar vermişdir. Həmin gün görüləcək işlərin xüsusiyətinə uyğun olaraq o, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimat keçdikdən sonra işcilər imzaları ilə həmin təlimatın keçirildiyini təsdiq etmişlər. Tapşırığa əsasən Zərərçəkmiş şəxs, mexanik X5 və "xxxx" MMC-nin avtokran operatoru X8 üstü açıq konteynerin içinə müxtəlif avadanlıqların yüklənməsi işlərini yerinə yetirməli idilər. Zərərçəkmiş şəxs və Z.Nərimanov saat 08:00-dar 13:30-dək avtokran operatoru N.Hacıyevlə birlikdə işləmişlər və həmin dövr ərzində o, 3-4 dəfə konteynerin yaxınlığına gələrək görülən işlərə nəzarət etmişdir. Həmin gün tez-tez Zərərçəkmiş şəxs və Z.Nərimanovun işlədiyi konteynerin yanına gələrək görülən işlərə nəzarət etmiş, habelə konteynerin içində şaquli vəziyyətə göydən yük asılan zaman işcilər konteynerin içərisində olmamışdır. Konteynerin giriş-çıxışı bir cüt qapıdan ibarət olmuş və yükləmə işləri aparılan zaman avtokran operatoru N.Hacıyev konteynerin içini görə bilmədiyindən yükü yerləşdirilməsini konteynerin giriş-çıxış qapısından çöldə dayanmış Z.Nərimanovdan aldığı əl hərəkətləri ilə işarələrə əsasən icra edirmiş. Zərərçəkmiş şəxs isə dəmir çərçivəyə konteynerə avtokran vasitəsi ilə endirildikdən sonra təxminən konteynerin döşəməsindən 15-20 sm yuxarıda şaquli vəziyyət göydə asılmış olan vaxt həmin yükün konteynerin mərkəzinə yerləşdirməsi işlərini icra edirmiş. Qaydalara əsasən yüklənmiş konteyner daşınan zaman dəmir yükün konteynerin içində stabil qalması üçün həmin dəmir yükün əvvəlcədən altına taxta döşənməlidir. Bu formada 1-ci yükləmə işi tamamlanmış və saat 13:30 radələrində növbəti yüklənmə işi konteynerin içində aparılan zaman Zərərçəkmiş şəxs dəmir çərçivəni konteynerin mərkəzinə yerləşdirmək istəyən vaxt həmin dəmir çərçivə ilə konteynerin giriş-çıxışı olmayan hissəsində işlədiyindən dəmir çərçivə yırğalanan zaman künc hissəsi ilə Zərərçəkmiş şəxs sağ əlinin və sol ayağını zədələmişdir. O, hadisə baş verəndən bu günədək zərərçəkən ilə maraqlandığını, onun müalicə xərclərini ödədiyini bildirmişdir. Bundan əlavə qeyd olunan hadisənin zərərçəkən Zərərçəkmiş şəxs ehtiyatsızlığı ucbatından baş verdiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmiş bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinə və zərərçəkən şəxs Zərərçəkmiş şəxs məlumat verilsə də, qeyd olunan tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməli iş materialları ilə tam təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlarla müəyyən edilmişdir ki, Şəxs İXM-nin 198.3-ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmişdir. Belə ki, iş materiallarında olan OY2ZTEL000110 nömrəli, 07 iyul 2022-ci il tarixli “Əmək müaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən aydın olur ki, xx xxxxxx 1979-cu il təvəllüdlü, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 51, mənzil 29 ünvanında qeydiyyatda olan Şəxs, işəgötürən "xxxx" MMC (VÖEN **********1) ilə 04 avqust 2010-cu il tarixdən əmək müqaviləsi bağlamaqla, müddətsiz əmək müqaviləsi ilə 05 avqust 2010-cu il tarixdən həmin MMC-də ƏMQ və QŞİA təmiri sexində “ sahə rəisi, emal sənayesi, Əmək müqaviləsi üzrə ƏMQ və QŞİA təmiri emalatxanasının rəisi vəzifəsində işləyir. 28 iyul 2021-ci il tarixli, “01 fevral 2013-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən bağlanmış Əmək müqaviləsinə 15 saylı əlavə”yə əsasən “Azəri M-İ Drilling Fluids MMC-nin ƏMQ və QŞİA təmiri emalatxanasının rəisi vəzifəsini yerinə yetirən Şəxs vəzifəsi “Tullantıların İdarə edilməsi və Quyuların Məhsuldarlığı” bölməsinin (ES) emalatxanasının rəisi adlanır. İş materiallarında olan Azərbaycan respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X16 02 mart 2023-cü il tarixli, 105 nömrəli ekspert rəyindən aydın olur ki, vətəndaş X1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sağ mil-bilək oynağının aypara sümüyünün travmatik çıxığı və sol ayaq pəncəsinin qapalı, yerinidəyişmiş sınığı və travmatik çıxığı bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün Yasamal Hospitala müraciət etdiyi 09 dekabr 2022-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakter və lokalizasiyalarını nəzərə alıb demək olar ki, onun almış olduğu xəsarətlər müxtəlif şəraitdə o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə törənməsi mümkündür. “Baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi üçün təhqiqat komissiyasının yaradılması haqqında” əmrə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 10 yanvar 2023-cü il tarixli, **********1 nömrəli əmri ilə təyin edilmiş, tərkibində sədr X4 - X11 Xidmətinin Bakı şəhər İdarəsinin məsləhətçisi - əmək müfəttişi və üzvlər, X3 - "xxxx" MMC-nin KSƏTƏM üzrə meneceri, Qulu-zadə Səftər Pərviz oğlu – "xxxx" MMC-nin hasilat texnologiyası üzrə göstərilən xidmətin qrup rəhbəri olan komissiya 10 yanvar 2023-cü il tarixdən 01 fevral 2023-cü il tarixədək həmin bədbəxt hadisəsinin təhqiqatını aparmış və belə nəticəyə gəlmişdir; “Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4-cü bölməsinin 4.1-ci bəndinə əsasən "xxxx" MMC-nin supervayzeri Zərərçəkmiş şəxs ehtiyaytsızlığını, 4.2-ci bəndinə əsasən "xxxx" MMC-nin sahə rəisi Şəxs cavabdehliyini, 4.3-cü bəndinə əsasən "xxxx" MMC-nin mexaniki X2 cavabdehliyini müəyyən etmişdir. Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qayadaları”na uğun olaraq İZ formalı aktla rəsmişləşdirilməli və "xxxx" MMC-də uçota alınmalıdır.” Bununla da Şəxs Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması ərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və inzibati xəta törətmiş Şəxs əməlini etiraf edərək səmimi peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs sanksiya daxilində aşağı həddə cərimə edilməsi daha məqsəd müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-761/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-761/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver