Məhkəmə qərarları › İş №3(002)-762/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-762/2020

07.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-762/2020 07.07.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən sədrliyi, Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru x4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, ünvan 1 mənzil 59 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 07.07.2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-163/2014 saylı 24.02.2014-cü il tarixli icra sənədinə əsasən iddia təmin edilərək Şəxs 02.06.2013-cü il təvəllüdlü x5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat məbləğində aliment tutularaq x2 ödənilməlidir. İcra sənədi icraata daxil olduqdan sonra “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2.-ci maddəsinin tələblərinə uyğun olaraq icraata başlamaq haqqında qərarlar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilməsinə, yazılı və şifahi xəbərdarlıq edilərək icra sənədinin icrası tələb olunmasına baxmayaraq borclu Şəxs icra sənədinin icrasını təmin etməmiş, bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru x6 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, borclu barəsində protokol tərtib edilib məhkəməyə göndərdikdən sonra tələbkar x3 17 yanvar 2020-ci il tarixdə icra və probasiya şöbəsinə ərizə ünvanlayaraq ərizəsində borclu Şəxs tərəfindən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-163/2014 saylı 24.02.2014-cü il tarixli icra vərəqəsinə əsasən hazırkı vaxtadək 2700 manat aliment borcu ödənildiyini bildirmişdir. Göstərilənləri nəzərə alıb borclu barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək, və məhkəməyə ödəniş qəbzləri təqdim edərək qeyd etmişdir ki, icra sənədi üzrə borclu olduğunu qəbul edir, lakin başqa ailəsi və uşağı olduğu üçün maddi imkanı aşağı olduğundan indiyə qədər icra sənədinin icrasını tam təmin edə bilməmişdir. Bu gün aliment borcundan 1000 manat tələbkara ödəniş etmişdir. Qalan borcunu qısa bir zamanda ödəyəcəyini bildirməklə məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt şəhər Məhkəməsinin 2(060)-163/2014 saylı 24.02.2014-cü il tarixli icra sənədinə əsasən iddia təmin edilərək Şəxs 02.06.2013-cü il təvəllüdlü x5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat məbləğində aliment tutularaq x2 ödənilməlidir. İcraata başlama haqqında 10 yanvar 2020-ci il tarixli qərarın surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-163/2014 saylı 24.02.2014-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir; Məhkəməyə təqdim olunmuş 07.07.2020-ci il tarixli qəbzlərin surətindən görünür ki, Cəfərov x1 Səbinə Eldar qızına cəmi 1000 (min) manat ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir İnzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 163/2014 saylı 24.02.2014-cü il tarixli icra vərəqəsi üzrə borclu Şəxs tərəfindən aliment borcundan məhkəmə baxışı dövründə ümumilikdə 1000 (min) manat tələbkar x2 ödənilməsi təmin edilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar