Məhkəmə qərarları › İş №3(002)-762/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-762/2025

25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-762/2025 25.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 11-ci PB-nın sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nın sahə inspektoru, polis baş leytenantı X3 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Murad Əhmədəliyevin 25 aprel 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən tərtib etmişdir. Həmin qərara əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 11-ci PB-nin aidiyyatı əməkdaşlarına həvalə edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokurorluğuna göndərilməsi, materialın saxlanılması üçün 11-ci PB-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 25 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati protokol tərtib edilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, Şəxs heç bir ictimai faydalı əməklə məşğul olmayaraq mütəmadi olaraq spirtli içki qəbul edir. Spirtli içki qəbul etdikdən sonra isə heç bir səbəb və əsas olmadan DİN-in “102” xidmətinə dayanmadan zənglər edir. Onun bu zəngləri əsasında çağırılıb dindirilməsi üçün polis bölməsinə dəvət edilsə gəlmir, qaçıb gizlənir və polis əməkdaşlarını aldadaraq başqa yerdə olduğunu bildirir. Odur ki, protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, təxminən beş gün qabaq toy məclisindən içkili halda çıxmış, dükandan siqaret alıb çıxarkən yolun kənarında sellofan torbanı ayağı ilə vurmuş, sellofan torba da yaxınlıqda olan nəqliyyat vasitəsinin üstünə düşmüşdür. Həmin maşının sahibi onun bu hərəkətindən hiddətlənərək onunla dalaşmış, o da əsəbiləşərək DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bundan sonra izahat yazmaq üçün polis bölməsinə çağırılsa da getməmişdir. Bundan əvvəl də bir neçə dəfə buna oxşar hadisələr baş vermişdir. Polis əməkdaşları onu Respublika Narkoloji Mərkəzinə aparmışlar. Onda olan məlumata görə onda narkotik vasitə istifadə etməsi faktı aşkarlanmamışdır. O özü ümumiyyətlə narkotik vasitə istifadəçisi deyildir. O səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmiş, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs psixatrop maddələrin qanunsuz istehlakı ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X1 22 aprel 2025-cü il tarixli, 2290A nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Şəxs götürülmüş sidik nümunəsində AMP(+), MET (+) aşkar olundu. Müayinə zamanı Şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstələyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs narkomaniya xəsətliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Qaradağ RPİ-nin 11-ci PB-nın təhqiqatçısı, polis baş leytenantı Murad Məhəmmədəliyevin 25 aprel 2025-ci il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi barədə” qərarının nəticə hissəsinə əsasən Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 11-ci PB-nin aidiyyatı əməkdaşlarına həvalə edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokurorluğuna göndərilməsi, materialın saxlanılması üçün 11-ci PB-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, şəxsin barəsində aşağı həddə inzibati həbs növündə tənbeh tədbirinin seçilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 25 aprel 2025-ci il tarixdən, saat 16:00-dan hesablansın.

3. Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 4.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 11-ci PB-nə həvalə edilsin. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar