Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-763/2022 04.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1982-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonu, Xocik kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 12 saylı yataqxanada yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X3, borclu Şəxs barəsində 04 iyul 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edərək, Qaradağ rayon məhkəməsinin 2(002)-411/2015 saylı, 26 may 2015-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X3 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-411/2015 saylı, 26 may 2015-ci il tarixli icra vərəqəsinə əsasən 17 dekabr 2014-cü il tarixdən başlayaraq 02 noyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay 103 manat sabit pul məbləğində alimentin tutularaq Əliyeva (Səmədova) Vüsalə Aydın qızına ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu indiyədək borcundan heç bir ödəniş etməmiş və ümumilikdə 9270 manat borcu qalmaqdadır. Odur ki, borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İcra məmuru öz izahatında daha sonra əlavə etmişdir ki, 2015-ci ildə tələbkar ərizə yazaraq aralarında razılıq əldə olunduğunu və icra sənədinin məhkəməyə geri qaytarılmasına dair müraciət etsə də, icra vərəqəsinə xitam verilməsini göstərməmişdir. Sonradan, yəni 2022-ci ildə tələbkar yenidən məhkəməyə müraciət edərək icra vərəqəsini təkrar icraya yönəlidirmişdir. Borclu icra məmurnunun çağırışlarına vaxtlı vaxtında gəsə də, borc məbləğindən heç bir ödəniş etməmişdir və borcu hal hazırda kifayət qədər yüksəkdir. Məhkəmə iclasında tələbkar (Səmədova) Vüsalə Aydın qızı ilə mobil telefon vasitəsilə əlaqə saxlanılmış və tələbkar öz izahatında borclunun aliment borclarını ödəmədiyi üçün ondan şikayətçi olduğunu, lakin borclunun aliment borcunun ödəməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, icra sənədindən xəbəri vardır. Əliyeva (Səmədova) Vüsalə Aydın qızı ilə ayrıldıqları vaxt öz aralarında razılığa gəlmişlər ki, onun Vüsalə Əliyevaya (Səmədovaya) ev tikdirməsi, və özünün yardım kartının ona verməsi müqabilində tələbkar aliment tələb etməyəcək. Tələbkar da bununla bağlı 2015-ci ildə Qaradağ rayon İcra şöbəsində ərizə yazmışdır. Hüquqi savadı olmadığından və bununla bağlı ona heç kəs izah vermədiyindən ərizənin hansı məzmunda yazılması onu maraqlandırmamış və zənn etmişdir ki, ərizədən sonra aliment borcu hesablanmayacaqdır. 2022-ci ildə tələbkarla aralarında narazılıq yarandığına görə tələbkar aliment işini yenidən icraya yönəltmişdir və bu zaman ona aydın olmuşdur ki, aliment məbləği silinməmişdir. O, hal-hazırda heç bir yerdə işləmədiyini, şərait yaradılacağı təqdirdə aliment borcundan qısa müddətdə kifayət qədər ödənişlər edəcəyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəfin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və eləcə də icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamasına dair heç bir hal müəyyən edilməmişdir. Belə ki, icra məmurunun bildirdiyinə görə borclu icra məmurunun bütün çağırışlarına vaxtlı-vaxtında gəlmişdir. Bundan başqa icra məmuru tərəfindən borclunun işlə təmin olunması ilə bağlı məşğulluq mərkəzinə də müraciət edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-763/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-763/2022
04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver