Məhkəmə qərarları › İş №3(002)-763/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-763/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-763/2025 02.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə X1 Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27404543 nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27404543 nömrəli qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində, saat 11:06-da etibarnamə əsasında idarə etdiyi Kamaz 6520 yük markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Qaradağ rayonundan Quba rayonu istiqamətində hərəkətdə olarkən Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində SMS Radar tətbiqindən və Asanpay elektron sistemindən telefonuna İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 manat məbləğində cərimələndiyi haqqında SMS daxil olmuşdur. Cərimə yazılmasına səbəb kimi idarə etdiyi yük avtomobilinin yüklə birlikdə kütləsinin Nazirlər Kabinetinin 07 İyul 2009-cu il tarixli, 104 №-li qərarı ilə müəyən edilmiş (4 oxlu yük avtomobilləri üçün 32 ton) həddən artıq olduğu göstərilmişdir. Elektron qərarda göstərildiyinə görə həmən anda idarə etdiyim avtomobilin yüklə birlikdə kütləsi 34 ton 970 kq olmuşdur. Qərarla razı deyil və qərarın əsassız olduğu qənaətindədir. Belə ki, idarə etdiyi avtomobil xx.xx.2025-ci il tarixində, saat 10:08-də Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus olan Qum karxanasında Qumla doldurulmuşdur. Bu zaman avtomobilin yüklə birlikdə ümumi kütləsi 27 ton 250 kq olmuşdur. Bu fakt yükün təhvil verildiyi yerdə, Quba rayonunun Vəlvələ kəndində yerləşən elektron tərəzidə də öz təsdiqni tapmışdır. Belə ki, "xxxx" MMC-yə məxsus olan Qum karxanasında yüklənən Qum xx.xx.2025-ci il tarixində, saat 17:24-də Quba rayonunda boşaldılmışdır. Yükün təhvil verilməsi zamanı idarə etdiyim nəqliyyat vasitəsi elektron tərəzi üzərinə qaldırılmış, avtomobilin yüklə birlikdə kütləsinin 27 ton 250 kq olduğu müəyyən edilmişdir. Bu hal Vəlvələ kəndində yerləşən tərəzidən verilmişdir 25487 nömrəli tərəzi qəbzində də öz əksini tapmışdır. Əlavə olaraq İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 İyun 2024-cü il tarixli, 1191- VİQD №-li qərarının 7.2-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində dəyişiklik edilmiş və həmən maddəyə “İcazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5% və daha artıq aşmaqla əlavəsi olunmuşdur. Buna əsasən Nazirlər Kabinetinin 104 №-li qərarında Dörd oxlu yük avtomobilləri üçün göstərilən 32 ton həddi üçün 1 ton 600 kq-a (32 ton x 5%) qədər güzəşt həddi müəyyən edilmişdir. Bu isə qanunvericilikdə nəzərdə tutulan yekun həddin 33 ton 600 kq olduğu deməkdir. O, avtomobilin yüklənməsi zamanı bu güzəşt həddindən də istifadə etməmiş, qanunvericilikdə nəzərdə tutulandan 6 ton 350 kq az yük yükləmişəm. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli, EQ 27404543 nömrəli qərara xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş orqana rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X2 çıxışında xx.xx.2025-ci il tarixli, EQ 27404543 nömrəli qərara xitam verilməsi xahiş etmişdir. Həmçinin məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, yükü avtomobilə yükləyərkən onu serfikatı olan tərəzidə çəkdirmişdir. Yük serfikatı olan tərəzi ilə çəkilmiş və bu barədə qəbz də verilmişdir. Lakin həmin tərəzinin sertifikatını məhkəməyə təqdim edə bilmir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, xx.xx.2025-ci il tarixli, EQ 27404543 nömrəli qərara əsasən X2 xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Kamaz 6520 Yük” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə X1 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Məhkəmə təqdim olunmuş sübutlara əsaslanaraq qeyd edir ki, şikayət ərizəsinə əlavə olunmuş qəbzin əldə edildiyi tərəzinin müvafiq şəhadətnaməsinin mövcud olubolmamasını müəyyən etmək mümkün olmamışdır. X2 xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Kamaz 6520 Yük” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bu isə istinad edilən normativ hüquqi akta əsasən Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, icazə verilən həddin aşılması ilə nəticələnmişdir. Həmin normativ hüquqi aktda qeyd olunan parametrlər avtomobilə münasibətdə deyil, üzərində hərəkət olunan yola münasibətdə tətbiq olunur. “Kamaz 6520 Yük” markalı növdən olan nəqliyyat vasitələrinə yük daşıma üçün icazə verilən ən yuxarı həddə çəki parametri 32 tondur. Qeyd edilmiş qərarla icazə verilmiş həddən yuxarı çəkidə yük daşıyan nəqliyyat vasitələri avtomobil yollarını zədələyərək deformasiyasına, sıradan çıxmasına səbəb ola bilir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan nəqliyyat vasitələri üçün icazə verilən qabarit və çəki parametri 32 tondur. Həmin qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27404543 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan, X2 isə şikayətini əsaslandıracaq faktları təqdim etmədiyindən şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27404543 nömrəli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar