Məhkəmə qərarları › İş №3(002)-765/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-765/2020

12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-765/2020 12.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlu, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayon, Qobu qəsəbəsi, Ə.İbrahimov küçəsində yaşayan X2 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxx 2020-ci tarixli qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 200 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın tərtib etdiyi qərarında göstərilmişdir ki, “X4 xx xxxx 2020-ci il tarixdə saat 15:20 radələrində Qaradağ rayon, Qobu park yaşayış komplekisi ərazisində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X1 rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. X4 şikayətini onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixində 8103-ə sms göndərib qonşuluqda yaşayan ehtiyaclı X3 kömək məqsədilə evdən çıxmışdır. Onun vəziyyəti ağır olduğu üçün ona aid olan ** RN *** nömrəli avtomobilə onu Xırdalan xəstəxanasına çatdırmışdır. Vəziyyəti ağır olduğu üçün orada onu şəhər xəstəxanasına çatdırmışdır. Şəhər xəstəxanasında onu təcili cərrahı əməliyyat etdilər. Əməliyyatda istifadə olunacaq dərmanlar xəstəxanada olmadığı üçün həmin dərmanları o aptekdən almalı olmuşdur. Dərmanlar aldıqdan sonra üzərində pulu qalmamışdır ki, xəstənin digər ehtiyaclarını ödəsin. Ona görə də məcbur olaraq Lökbatanda yaşayan qohumuna müraciət etmək üçün yola çıxmış və Qobu yolunda DYPS Yol Patrul xidməti inspektoru Polis Baş serjantı X8 onu saxlayıb vaxtının bitdiyini bildirmişdir. Yuxarıda göstərdiyi səbəbləri ona başa salmağa çalışmışdır. Əlində olan xəstəlik tarixçəsinə baxmasını istəmiş o isə buna etiraz etmişdir. Bazar günü olduğu üçün xəstəxana arayış verə bilmədiyi səbəbindən təqdim edə bilməmişdir. Lakin hazırda həmin vaxtı xəstəni müşayət etdiyi barədə xəstaxana tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışı şikayətinə əlavə etmiş. Ona görə məkhəməyə müraciət edərək kömək istəyir. O özü heç yerdə işləmir, himayəsində üç azyaşlı uşaq var. Bir oğlu da xəstədir. Buna görə də müraciət edərəkQaradağ rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin İXP seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolu və həmin protokol üzrə qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 verilmiş şikayətin dəlillərinə uyğun surətdə məhkəmə iclasında çıxış edib şikayətinin təmin edilməsini xahiş etmişdir. Səlahiyyətli orqan olan Qaradağ rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında qərarı, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, X2 barəsində Qaradağ rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında qərarı ləğv edilməlidir. Belə ki, hazırda araşdırma zamanı işin tam və obyektiv araşdırılması baxımından qeyd olunan sənədlər məhkəmə tərəfindən tələb edilsə də, məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, X4 tərəfindən tərəfindən xx xxxx 2020-ci il tarixdə yol verildiyi ehtimal edilən xətaya görə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli olmasından ibarət səlahiyyətli orqanın gəldiyi qənaəti təsdiq və ya təkzib edə biləcək sübutların səlahiyyətli orqan tərəfindən təqdim edilməməsi işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozuntu kimi qiymətləndirilir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X4 tərəfindən verilmiş şikayət qismən təmin olunmalı, X2 barəsində Qaradağ rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rayon Polis İdarəsinin xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması səlahiyyətli orqana həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Qaradağ rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rayon Polis İdarəsinin xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar