Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-765/2022 06.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əsədova (Kazımova) Salatın Ədalət qızının iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X11, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-12/2022 saylı, 19 yanvar 2022-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X11 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-12/2022 saylı, 19 yanvar 2022-ci il tarixli icra vərəqəsinə əsasən X2 tərəflərin birgə nikahlarından doğulmuş azyaşlı övladları 02 fevral 2012-ci il təvəllüdlü X7, 02 yanvar 2014-cü il təvəllüdlü X8 və 01 aprel 2017-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü 10:00-dək ananın iştirakı olmadan gecə qalmaq şərti ilə ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilmişdir. İcra vərəqəsi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. 10 may 2022-ci il tarixdə icra vərəqəsinin icrası ilə bağlı tərəflər şöbəyə dəvət olunmuş, məhkəmə qərarının mahiyyəti, məzmunu və icra qaydası onlara izah edilmişdir. Bundan sonra şöbədə uşaqların atası ilə ünsiyyətdə olmasına şərait yaradılmışdır, lakin uşaqlar atası ilə ünsiyyətdə olmasına etiraz etmişdirlər. Buna baxmayaraq uşaqlarla profilaktik söhbətlər aparılmış, ataları ilə ünsiyyətdə olmaları izah edilmişdir. Daha sonra 06 iyun 2022-ci il tarixdə tələbkar Qaradağ rayon İcra Şöbəsinə rəsmi qaydada müraciət edərək görüş hüququnu tələb etmişdir. 11 iyun 2022-ci il tarixə görüş təyin edilmiş, lakin borclunun bu öhdəliyini yerinə yetirməməsinə görə bu baş tutmamışdır. Daha sonra 25 iyun 2022-ci il tarixdə görüş təyin edilmiş, uşaqların ikisi ataları ilə əvvəlcə görüşmək istəməsələr də sonradan görüş baş tutmuşdur. Bundan sonrakı görüş 02 iyul 2022-ci il tarixə təyin edilmiş, lakin borclunun rayonda olması səbəbindən bu baş tutmamışdır. O, öz izahatında daha sonra göstərmişdir ki, tələbkar X3 tərəfindən 450 manat aliment borcu hər ay vaxtıvaxtında ödənilsə də, borclu bu günədək icra sənədinin icrasından qərəzli olaraq yayınmış və bu səbəbdən də onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 06 iyul 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 öz izahatında bildirmişdir ki, icra vərəqində nəzərdə tutulduğu kimi övladları X7, X8 və X6 ilə indiyədək görüşməyə cəhdlər etsə də Şəxs ona uşaqları göstərməkdən imtina etmiş, buna görə də övladları ilə qətnamə qüvvəyə mindikdən sonra cəmi bir dəfə görüşmüşdür. O, öz izahatında daha sonra göstərmişdir ki, məhkəmə tərəfindən kifayət qədər yüksək miqdarda, yəni 450 manat olan aliment borcunu indiyədək hər ay vaxtlı-vaxtında ödəməklə öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirir, lakin borclu nikahın pozulmasından irəli gələn öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Odur ki, Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, görüşlə bağlı məhkəmə qətnaməsindən əvəvlcə xəbəri olmamış, yalnız bu ilin mart ayında ona məlum olmuşdur ki, belə bir qətnamə mövcuddur. Bundan əlavə qeyd etmişdir ki, onun tərəfindən icra sənədinin icrasına hər hansı bir etiraz yoxdur. Belə ki, o özü övladlarını ataları ilə görüşə təşviq edir, lakin qızları atalarının yanında olarkən özlərini narahat hiss edirlər və bu da azyaşlıların psixoloji durumuna mənfi təsir edir. Belə ki, tələbkar başqa bir qadınla ailə qurmuş və bir evdə yaşayırlar. Bundan başqa 02 iyul 2022-ci il tarixə təyin edilmiş görüşə uşaqlarını gətirməməsinin səbəbi həmin vaxt Quba rayonuna istirahətə getməsi olmuşdur. Lakin səhlənkarlıq edərək icra şöbəsinə bu barədə məlumat verməmişdir. Odur ki, iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, tələbkarın, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs məhkəmə qərarının icrasından heç bir üzrlü səbəb olmadan bir neçə dəfə yayınmış və azyaşlı övladlarının ataları ilə görüşməsinə maneə törətmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və hal-hazırda himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-765/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-765/2022
06.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver