Məhkəmə qərarları › İş №3(002)-765/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-765/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-765/2025 26.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2025-ci il tarixli, EQ 26383092 nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2025-ci il tarixli, EQ 26383092 saylı qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, qaynatası X3 xx.xx.2025-ci il tarixdə vəfat etməsi ilə bağlı qaynanası X1 Abşeron rayonundan Salyan rayonuna aparmaq məqsədi ilə öz şəxsi **-FP-*** dövlət qeydiyyat nişanlı "Chevrolet Cruze" minik markalı avtomobilimlə yola çıxmışdır. Ekologiya Postu adlanan ərazidə avtomobili DYP-nin əməkdaşları tərəfindən saxlanılmış, o, baş vermiş hadisənin şəhid ailəsi üçün ağırlığını və onlara hüzür yerinə tələsdiklərini izah etmişdir. Həmçinin onlara Salyan rayonuna təcili çatmağı üçün yolu sürətli sürəcəyni bildirmiş və polis əməkdaşları avtomobilinin qeydiyyat nömrəsini götürərək “siz gedin, biz tapşırarıq” demişdirlər. Həmin vaxtı onda arxayınlıq yarandı və o, həqiqətən sürətli şəkildə Salyan rayonuna çatmaq üçün avtomobili sürmüşdür. O, növbəti gün telefonuna baxan zaman ona çoxlu sayda cərimə gəldiyini və sürücülük hüququna məhdudiyyət qoyulmasını görüb DİN-nə müraciət etmişdir. DİN tərəfindən bir xeyli araşdırma aparıldıqdan sonra ona qeydiyyat ünvanı üzrə məhkəməyə müraciət etmək hüququ izah edildi. Təxminən 3550 manat olan cərimənin ödənilməsi onun üçün çox çətindir. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli, EQ 26383092 saylı qərara xitam verilməsi xahiş edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqana məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə iclasın inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan davam etdirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X4 bildirmişdir ki, inzibati xətanın ailə üzvünün vəfat etməsi ilə bağlı üzrlü səbəbdən törədilməsini nəzərə alaraq, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26383092 saylı qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26383092 saylı qərara əsasən xx.xx.2025-ci il tarixdə **-FP-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze minik markalı avtomobil hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə X2 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi X4 xx.xx.2025-ci il tarixdə **-FP-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze minik markalı avtomobil ilə hərəkətə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 4cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsi sürücüsü yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Qərardan şikayət vermiş X4 məhkəmə iclasında sürət həddini aşma halına yol verdiyini bildirməklə inzibati xətanın üzrlü səbəbdən törədildiyini qeyd etmişdir. Lakin məhkəmə şikayət vermiş şəxsin gətirdiyi səbəbləri qanunvericiliyin tələbinin pozulması üçün üzrlü səbəb kimi hesab etmir. Beləliklə, məhkəmə hesab edir ki, Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2025-ci il tarixli, EQ 26383092 saylı inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2025-ci il tarixli, EQ 26383092 saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar