Məhkəmə qərarları › İş №3(002)-766/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-766/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-766/2023 20.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Bakı şəhəri Qaradağ rayonu 195 saylı tam orta məktıbin direktoru X1 etdiyi müraciətin icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: X3, Qaradağ Rayon Məhkəməsinə müraciət edərək 23 fevral 2023-cü il tarixdə Qaradağ rayonu, Yusif Əliyev adına 195 nömrəli tam orta məktəbdə FHN-nin əməkdaşları tərəfindən onun iştirakı olmadan inspeksiya aparıldığını və barəsində protokol tərtib edildiyini bildirərək tərtib olunmuş protokola hüquqi qiymət verilməsini xahiş etmişdir. Məhkəmə, bir nüsxədən ibarət şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Birincisi, şikayət qeyri-müəyyən olmaqla məhkəmədən protokola hüquqi qiymət verilməsi xahiş edilmişdir. Hansı ki, inzibati xətalar haqqında qanunvericlikdə belə bir hal nəzərədə tutulmamışdır. İkincisi, şikayət ərizəsinə əlavə olunmuş MN ******* saylı inzibati xəta haqqında protkol və MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tamamilə oxunulmaz vəziyyətdə olmaqla həmin sənədlərdən baş verməsi ehtimal edilən inzibati pozuntunun nədən ibarət olmasını müəyyən etmək qeyri- mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində göstərilir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X2 izah edilsin ki, mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında protokol və qərarı (oxunaqlı vəziyyətdə) şikayət ərizəsinə əlavə etməklə inzibati xətanın törədildiyi ərazi üzrə məhkəməyə müraciət edə bilər. X2 izah edilsin ki, barəsində qəbul edilmiş protokol və qərarın surətinin səlahiyyətli orqan tərəfindən ona verilməsindən imtina ediləcəyi təqdirdə həmin orqanın hərkətindən (hərəkətsizliyindən) aidiyyatı üzrə inzibati məhkəməyə şikayət vermək hüququ vardır. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar