Məhkəmə qərarları › İş №3(002)-767/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-767/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-767/2025 13.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Şikayət vermiş şəxs X6 iştirakı ilə, X6, DİN-in BDYPİ-nin X5 tərəfindən qəbul edilmiş 03 mart 2025-cü il tarixli, EQ 26382454 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayətlə Abşeron rayon Məhkəməsinə müraciət edərək DİN-nin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26382454 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(012)-892/2025 saylı qərardadına əsasən şikayət baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilmişdir ki, yaranmış anlaşılmazlıq və çətin vəziyyət barədə məhkəməyə rəsmi şəkildə müraciət edərək bildirir ki, o, X9 (AA1139057) Azerbaycan Respublikasının suverenliyi uğrunda 2-ci Qarabağ müharibəsində X1 həyat yoldaşı, şəhid ailəsidir. X2 atası X7 xx.xx.2025-ci il tarixdə vəfat etməsi ilə bağlı şəhidin anası, mərhumun həyat yoldaşı X4 Abşeron rayonundan Səlyan rayonuna aparmaq məqsədi ilə öz şəxsi **- FP-*** dövlət qeydiyyat nişanlı "Chevrolet Cruze" minik markalı avtomobilii ilə yola çıxmışlar. Ekologiya Postu adlanan ərazidə avtomobili DYP-nin əməkdaşları tərəfindən saxlanılmışdır. O, baş vermis hadisənin şəhid ailəsi üçün ağırlığını və onlara hüzür yerinə tələsdiklərini izah etmişdir. O, həmçinin onlara Salyan rayonuna təcili çatmağı üçün, yolu sürətli sürəcəyini demiş və onlar onun avtomobilinin qeydiyyat nömrəsini götürərək “Siz gedin, biz tapşırarıq” demişlər. Həmin vaxt onda arxayınlıq yaranmış və o həqiqətən sürətli şəkildə Salyan rayonuna çatmaq üçün avtomobili sürmüşdür. Hətta yolda qaynanası, şəhid anası X8 böyük sarsıntı keçirdiyi üçün ondan tez sürməyini xahiş edirmiş. Bu qeyd etdiklərinin hamısı sübuta yetirilə bilər. Hüzür yerinə çatıb başları dəfn və yas mərasiminə qarışdığı üçün o növbəti gün telefonuna baxan zaman ona çoxlu sayda cərimə gəldiyini və sürücülük hüququna məhdudiyyət qoyulmasını görüb DİN-nə müraciət etmişdir. DİN tərəfindən bir xeyli araşdırma aparıldıqdan sonra ona qeydiyyat ünvanı üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Təxminən 3550 manat olan cerimənin ödənilməsi tək ana olan onun üçün çox çətindir. Xahiş edir ki, ona kömək edilsin. Odur ki, məhkəmədən onun tərəfindən qeydə alınmış qayda pozuntusunun ailə üzvünün vəfat etmesi ilə bağlı törədilməsini nəzərə alaraq həmin cərime barədə qəbul edilmiş qərar və protokların ləğv edilməsini, həmçinin sürücülük hüququna qoyulmuş məhdudiyyətin götürülməsi barədə qərar qabul edilməsini şəhid ailəsi adından xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Mecellesinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat apanian şəxsin təqsiri bu Məcəllədə nəzərdə tululmuş qaydada sübuta yetmədikdə və bu inzibati xata haqqinda iş üzrə icraata baxmış hakimin, salahiyyetli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş saxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şaxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmadikdə, o cümlədən təqsirliliyi sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyete səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Macallenin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan orqan (vəzifəli şəxs) işin bütün hallannin məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallarda hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatina xitam verilmesi haqqında qərar qəbul edir. Məcəllənin 114.2 ve 114.2.1-ci maddelerine əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilmesi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta ağırlaşdıran ve törətmiş şəxs inzibati xəta törətməkdə şəxsin teqsiri, inzibati məsuliyyəti yüngülləşdirən hallar, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta neticesinde vurulan zererin xarakteri ve miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyetli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər ve şarait müəyyən edilməlidir. Hesab edir ki, məhkəmə yuxarıda qeyd olunan xüsusatın və qanunvericiliyin tələblərini nəzərə alaraq, ona yazılan elektron qerar ləğv edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Mecellesinin 328.3-cü maddesi ile başlanılmış inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilməlidir. Azerbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020ci il tarixli qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin "Yaşayış yeri və olduğu yer üzre qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddesinde əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilen yaşayış yeri üzrə müəyyən edilir. Məhkəmə iclasında iştirak edən X9 öz izahatında şikayəti müdafiə edərək barəsində olan 03 mart 2025-cü il tarixli, EQ 26382454 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə DİN BDYPİ-nə rəsmi məlumat verilsə də həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verilməmişdir. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin izahatını dinləyərək, şikayəti, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 03 mart 2025-cü il tarixli, EQ 26382454 saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X9 03 mart 2025-cü il tarixdə, saat 09:18-də Bakı-Qazax yolunun 38.2-ci kilometrində, Qazax istiqamətində idarə etdiyi "Chevrolet Cruze minik" markalı, ** FP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşdığına görə İXM-nın 328.3-cü maddəsinin tələblərini pozmuş və 200 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinin tələbinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə baxışı zaman şikayətçi X9 öz şikayətinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 DİN-in BDYPİ-nin X5 tərəfindən qəbul edilmiş 03 mart 2025-cü il tarixli, EQ 26382454 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar