Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-768/2022 06.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X6, ƏÇPA-nın 10-cu PB-nın polis nəfərləri, polis serjantı X2 və polis serjantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1991-cı ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üçüncü qrup əlil, Salyan rayonu, Aşağı Kürkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 06 iyul 2022-ci il tarixdə, səhər saat 04:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” TM-nin yaxınlığında, Lökbatan dairəsində polis əməkdaşlarına qarşı tabesizlik etmiş, buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 06 iyul 2022-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X9 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 06 iyul 2022-ci il tarixdə, səhər saat 04:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” TM-nin yaxınlığında, Lökbatan dairəsində polis əməkdaşlarına qarşı tabesizlik etmiş, yəni, polis əməkdaşının qanuni tələbinə tabe olmayaraq bıçaq çıxartmışdır. Daha sonra avtomaşına əyləşərək ərazini tərk etmiş və 102 xidmətinə zəng vuraraq “Opel” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmasını və dispetçer ilə arasında mübahisə yaranan zaman xidmətdə olmayan ÇPA əməkdaşının ona yaxınlaşaraq irad bildirməsi və xidməti silahını ona doğru yönəltməsi barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşlarının saxla əmrinə tabe olmayıb sürüb getmiş, daha sonra Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən “Qaradağ” marketin qarşısında saxlanılmış və yenə də polis əməkdaşlarına tabe olmamış, nəticədə 10-cu Polis Bölməsinə gətirilmişdir. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 06 iyul 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ƏÇPA-nın 10-cu PB-nın polis nəfəri, polis serjantı X4 öz ifadəsində bildirmişdir ki, 06 iyul 2022-ci il, səhər saat 04:50 radələrində, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 14-cü kilometr ərazisində ƏÇPA-nın 10-cu PB-nın polis nəfəri, polis serjantı X3 ilə birlikdə xidmətdə olarkən ayaqyoluna getmək üçün xidməti ərazidən təxminən on metr ayrılmış, bu zaman sonradan adınının Şəxs olduğunu bildiyi şəxsin həmin ərazidə qeyri-rəsmi dispetçer fəaliyyəti ilə məşğul olan X8 ilə yüksək səslə söyüşlə danışdığını görmüş, ona yaxınlaşaraq söyüş söyməməsini və ətrafda insanların olduğunu bildirmişdir. Daha sonra həmin vətəndaşın polisin ünvanına da nalayiq ifadələr işlətdiyini eşidərək geri qayıtmışdır. Bu zaman vətəndaş ona “gəl maşına, səni başa salacam” deyərək avtomobilinə yaxınlaşmış və maşından bıçaq çıxarmışdır. Buna qarşılıq olaraq o da xidməti silahını çıxarmış, bu zaman vətəndaş maşına əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Onun arxasınca xidməti avtomobilə əyləşərək vətəndaşın avtomobilini təqib etsələr də maşın gözdən itmiş və vətəndaşı saxlamaq mümkün olmamışdır. Bütün bu halların nəzərə alınaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ƏÇPA-nın 10-cu PB-nın polis nəfəri, polis serjantı X3 öz izahatında qeyd etmişdir ki, “Binə” TM-nin girişində xidmətdə olarkən digər polis əməkdaşı X4 ayaqyoluna getmək üçün xidməti ərazidən ayrılmış, geri qayıdarkən bir vətəndaşın ona qarşı bıçaq çıxardığını bildirərək həmin vətəndaşın idarə etdiyi “Opel” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomaşının arxasınca sürməsini istəmişdir. Onlar həmin vətəndaşın idarə etdiyi avtomobili təqib edərkən onun Yasamal rayonu istiqamətində getdiyini, daha sonra polis əməkdaşlarının onu təqib etdiyini görüb istiqaməti dəyişərək “Meyvəli” bazarı istiqamətində getməyə başladığını görmüşlər. Onlar digər polis əməkdaşlarına efir vasitəsilə bu haqda məlumat vermiş, həmin avtomobil izlənilmiş və Qaradağ rayonu, Sahil qəsəbəsi istiqamətində həmin vətəndaş saxlanılmışdır. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 öz izahatında bildirmişdir ki, o, qeyri rəsmi olaraq Lökbatan dairəsində dispetçer fəaliyyəti ilə məşğul olur. 06 iyul 2022-ci il tarixdə, səhər saatlarında Qaradağ rayonu, Lökbatan dairəsində xidmətdə olarkən vətəndaş Şəxs ona yaxınlaşaraq onun iki nəfər sərnişinin ondan sonrakı maşınla yola salmasına iradını bildirmiş və yüksək səslə mübahisə edərək söyüş söyməyə balamışdır. Bu zaman yaxınlıqda olan polis əməkdaşı ona yaxınlaşaraq söyüş söyməməsini və ətrafda insanların olduğunu bildirmişdir. Həmin vaxt ətrafda beş-on nəfər adam olmuşdur. Daha sonra həmin vətəndaşın keçmiş polisin ünvanına da nalayiq ifadələr işlətdiyini eşidərək polis əməkdaşı yenidən geri qayıdaraq Şaiqə öz iradını bildirmişdir. Bu zaman Şaiq anidən polisə “gəl maşına, səni başa salacam” deyərək avtomobilinə yaxınlaşmış və avtomaşının qapısını açaraq sanki nəəs götürmək istəmişdir. Şəxs daha sonra polisə “sənin kimi yüzünü görmüşəm” demiş, lakin o Şəxs polisə qarşı bıcaq çıxarmasının şahidi olmamışdır. Bundan sonra Şəxs maşına əyləşərək hadisə yerindən uzaqlaşdmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında qeyd etmişdir ki, 06 iyul 2022-ci il tarixdə Bakı şəhərinə gətirdiyi sərnişinləri ünvana çatdırdıqdan sonra təxminən səhər saat 05:00 radələrində Ələt-Astara magistralında yolda dayanıb geri rayona qayıtmaq üçün sərnişin toplayırmış. İki nəfərlə aralarında razılığa gəldikdən sonra başqa bir nəfərlə də danışıb onu idarə etdiyi avtomobilə mindirmək istəyərkən dispetçerin həmin iki nəfəri başqa sürücünün avtomobilinə mindirdiyini görmüş, maşını saxlatmaq istəsə də maşın sürüb getmişdir. Bu zaman o dispetçerə yaxınlaşmış və aralarında mübahisə yaranmışdır. Bu zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq səsinin tonunu aşağı salmasını və söyüş söyməməsini bildirmişdir. O dispetçerə vaxtilə polis əməkdaşı olan sürücünün etdiyi hərəkətin “şərəfsizlik” olduğunu deyərkən həmin polis əməkdaşı təkrarən ona yaxınlaşmış, o da öz növbəsində polisə “bu məsələ sənlik deyil, mübahisəm dispetçerlədi” demişdir. Polis əməkdaşı isə ona “gəl bura, səni başa salacam” deyərək cavab vermişdir. O, bu zaman yaxınlaşıb avomobilindən telefonunu götürmək istəyərkən polis əməkdaşı ona silah çıxarmışdır. O qorxmuş və maşına əyləşərək hadisə baş verən yerdən uzaqlaşmağa çalışmışdır. Xocasən yolunda hərəkətdə olarkən DİN-in 102 xidmətinə zəng vurub baş verən hadisə ilə bağlı məlumat vermişdir. Daha sonra Qaradağ rayonu ərazisində “Qardaşlar” marketin yanında olarkən onu polis saxlamış və 10-cu PB-na təqdim etmişdir. O, səhvini başa düşdüyünü, peşiman olduğunu və gələcəkdə belə hallara bir daha yol verməyəcəyinə söz vermişdir. Bütün bunlara əsasən ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati materiala əlavə edilmiş 06 iyul 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, Şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokurorluğuna göndərilməsi, qərarın surətinin Şəxs göndərilməsi, toplanmış materialın Qaradağ RPİ-nin 10-cu PB-nın arxivində saxlanılması, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Salyan rayonu, A.Kürkənd kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1991-ci il təvəllüdlü Şəxs (şəxsiyyət vəsiqəsi AZE********) Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi, inzibati icraat açılması məqsədilə məruzə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini və əməlini etiraf edərək səmimi peşiman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-768/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-768/2022
06.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver