Məhkəmə qərarları › İş №3(002)-768/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-768/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-768/2025 08.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X6 iştirakları ilə, X6, DİN-in BDYPİ-nin 03 mart 2025-cü il tarixli, EQ/26384687 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında yaşayan X9 şikayətlə Abşeron rayon Məhkəməsinə müraciət edərək DİN-nin BDYPİ tərəfindən tərtib edilmiş onun adına yazılan xx.xx.2025-ci il tarixli, EQ/26384687 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü və 332.3-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilməsini xahiş etmiş, eləcə də vəsatətlə məhkəməyə müraciət edərək həmin qərardan şikayət vermə müddətinin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(012)-889/2025 saylı qərardadına əsasən şikayət baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilmişdir ki, yaranmış anlaşılmazlıq və çətin vəziyyət barədə məhkəməyə rəsmi şəkildə müraciət edərək bildirir ki, o, X9 (AA1139057) Azerbaycan Respublikasının suverenliyi uğrunda 2-ci Qarabağ müharibəsində X1 həyat yoldaşı, şəhid ailəsidir. X2 atası X7 xx.xx.2025-ci il tarixdə vəfat etməsi ilə bağlı şəhidin anası, mərhumun həyat yoldaşı X4 Abşeron rayonundan Səlyan rayonuna aparmaq məqsədi ilə öz şəxsi **- FP-*** dövlət qeydiyyat nişanlı "Chevrolet Cruze" minik markalı avtomobilii ilə yola çıxmışlar. Ekologiya Postu adlanan ərazidə avtomobili DYP-nin əməkdaşları tərəfindən saxlanılmışdır. O, baş vermis hadisənin şəhid ailəsi üçün ağırlığını və onlara hüzür yerinə tələsdiklərini izah etmişdir. O, həmçinin onlara Salyan rayonuna təcili çatmağı üçün, yolu sürətli sürəcəyini demiş və onlar onun avtomobilinin qeydiyyat nömrəsini götürərək “Siz gedin, biz tapşırarıq” demişlər. Həmin vaxt onda arxayınlıq yaranmış və o həqiqətən sürətli şəkildə Salyan rayonuna çatmaq üçün avtomobili sürmüşdür. Hətta yolda qaynanası, şəhid anası X8 böyük sarsıntı keçirdiyi üçün ondan tez sürməyini xahiş edirmiş. Bu qeyd etdiklərinin hamısı sübuta yetirilə bilər. Hüzür yerinə çatıb başları dəfn və yas mərasiminə qarışdığı üçün o növbəti gün telefonuna baxan zaman ona çoxlu sayda cərimə gəldiyini və sürücülük hüququna məhdudiyyət qoyulmasını görüb DİN-nə müraciət etmişdir. DİN tərəfindən bir xeyli araşdırma aparıldıqdan sonra ona qeydiyyat ünvanı üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Təxminən 3550 manat olan cərimənin ödənilməsi tək ana kimi onun üçün çox çətindir. Xahiş edir ki, ona kömək edilsin. Odur ki, məhkəmədən onun tərəfindən qeydə alınmış qayda pozuntusunun ailə üzvünün vəfat etmesi ilə bağlı törədilməsini nəzərə alaraq həmin cərime barədə qəbul edilmiş qərar və protokların ləğv edilməsini, həmçinin sürücülük hüququna qoyulmuş məhdudiyyətin götürülməsi barədə qərar qabul edilməsini şəhid ailəsi adından xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat apanian şəxsin təqsiri bu Məcəllədə nəzərdə tululmuş qaydada sübuta yetmədikdə və bu inzibati xata haqqinda iş üzrə icraata baxmış hakimin, salahiyyetli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş saxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şaxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmadikdə, o cümlədən təqsirliliyi sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyete səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Macallenin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan orqan (vəzifəli şəxs) işin bütün hallannin məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallarda hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatina xitam verilmesi haqqında qərar qəbul edir. Məcəllənin 114.2 ve 114.2.1-ci maddelerine əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilmesi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta ağırlaşdıran ve töretmiş şəxs inzibati xəta törətməkdə şəxsin teqsiri, inzibati məsuliyyəti yüngülleşdirən hallar, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta neticesinde vurulan zererin xarakteri ve miqdarı, inzibati xətalar haqqında işler üzrə icraatı redd eden hallar, işin düzgün həlli üçün ehemiyyetli olan diger hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən sebebler ve şarait müəyyən edilməlidir. Hesab edir ki, məhkəmə yuxarıda qeyd olunan xüsusatın və qanunvericiliyin tələblərini nəzərə alaraq, ona yazılan elektron qerar ləğv edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddesi ile başlanılmış inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilməlidir. Azerbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020ci il tarixli qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin "Yaşayış yeri və olduğu yer üzre qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddesinde əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Məhkəmə iclasında iştirak edən X9 öz izahatında vermiş olduğu şikayətini müdafiə edərək bildirmişdir ki, özü Azərbaycan Respublikasının suverenliyi uğrunda 2-ci Qarabağ müharibəsinin X1 həyat yoldaşı olmaqla, şəhid ailəsidir. 03 mart 2025-ci il tarixdə qaynatasının vəfat etməsi xəbərini almış, qaynanası X4 Abşeron rayonundan Salyan rayonuna aparmaq məqsədi ilə öz şəxsi **-FP-*** dövlət qeydiyyat nişanlı "Chevrolet Cruze" minik markalı avtomobili ilə yola çıxmışlar. Ekologiya Postu adlanan ərazidə avtomobili DYP-nin əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşlarına baş vermiş hadisəni izah etmişdir. YPX əməkdaşları Salyan rayonuna təcili çatmağı üçün, yolu sürətli sürməsini və buna görə ona hər hansı cərimə yazılmayacağını demişlər. O da bu deyilənlərə arxayınlaşaraq Salyan rayonunadək olan yolda idarə etdiyi nəqliyyat vasitəsini icazə verilən sürət həddini aşmaqla idarə etmişdir. Sonaradan ona “sms radar” sistemi vasitəsilə inzibati xəta törətməsi ilə bağlı bildirişlər daxil olmuş, o da məcbur qalıb bununla bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq barəsində olan 03 mart 2025-cü il tarixli, EQ/26384687 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə DİN BDYPİ-nə rəsmi məlumat verilsə də həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verilməmişdir. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin izahatını dinləyərək, şikayəti, iş materiallarını araşdıraraq, hesab edir ki, qeyd olunan qərardan şikayət vermək üçün buraxılmış müddət bərpa edilməli və şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 03 mart 2025-cü il tarixli, EQ/26384687 saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X9 03 mart 2025-cü il tarixdə, saat 09:26-da M2, E60, AH 5, Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 53-cü kilometrində, idarə etdiyi "Chevrolet Cruze minik" markalı, ** FP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşdığına görə və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırlmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə İXM-nın 328.3-cü və 332.3-cü maddələrinin tələblərini pozmuş və 400 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinin tələbinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Məhkəmə baxışı zaman şikayətçi X6 şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut aşkar edilməmiş, o cümlədən onun qeyd olunan əməli son zərurət vəziyyətində törətməsi öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nın 19.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. 19.2. Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma yalnız qəsdən zərər vurulduqda inzibati məsuliyyətə səbəb olur. Bundan başqa məhkəmə araşdırması zamanı X6 qeyd olunan qərardan şikayət vermə müddətinin üzürsüz səbəbəbdən buraxılmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6, DİN-in BDYPİ-nin X5 tərəfindən qəbul edilmiş 03 mart 2025-cü il tarixli, EQ/26384687 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddət bərpa edilsin. X6 DİN-in BDYPİ-nin X5 tərəfindən qəbul edilmiş 03 mart 2025-cü il tarixli, EQ/26384687 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar