Məhkəmə qərarları › İş №3(002)-769/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-769/2020

27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-769/2020 27.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, xx xxxxxx 1980-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qaradağ rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs barəsində Şəki şəhər-rayon Polis şöbəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan AP ******* №-li xx xxxx 2020-ci il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs xx.xx.2020-ci il tarixli İXP ******* saylı, protokol üzrə qəbul edilmiş inzibati cərimə növündə qərar qanuni qüvvəyə mindiyi gündən 03 ay ərzində icra edilməmişdir. Buna görə barəsində İXM-nin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Buna görə barəsində İXM-nin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Şəxs və Şəki Şəhər-rayon Polis şöbəsinə rəsmi məlumat verilsədə nümayəndə məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. DİN-nin Şəki şəhər-rayon Polis şöbəsinin xx xxxxxx 2020-ci il tarixli məktubdan aydın olur ki, qeyd olunan inzibati materiala nümayəndənin iştirakı olmadan baxılmasına etirazlarının olmadığı bildirilmişdir. Şəxs xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə vəsadətlə müraciət edərək xx.xx.2020-ci il tarixli İXP ******* saylı, protokol üzrə qəbul edilmiş 80 manat məbləğində inzibati cəriməni tam ödədiyini bildirmiş və işi ilə əlaqədar məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Vəsadətə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli ********* saylı mədaxil qəbzdən görünür ki, Şəxs adına olan xx.xx.2020-ci il tarixli İXP ******* saylı, protokol üzrə qəbul edilmiş 80 manat məbləğində inzibati cəriməni ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi iş materialları ilə tam təsdiq olunur. Lakin Şəxs tərəfindən cərimə ödənildiyindən inzibati məsuliyyətdən azad olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilir ki, bu Məcəllənin 529.1-ci və 529.2 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar