Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-771/2021 02.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nin polis sahə inspektoru, polis leytenantı X2, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barədə Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş inzibati xəta haqqında materialın icraata qəbul edilməsi məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nin polis sahə inspektoru X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 02 iyun 2021-ci il tarixli MN ******* saylı inzibati protokoldan aydın olur ki, Şəxs 26 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanından dəyəri 330 manat olan velosipedi oğurlaması aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis başleytenantı Vüqar Eyyubov tərəfindən qəbul edilmiş 03 may 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından aydın olur ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, X3 məxsus 1 ədəd velosiped oğurlamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan xx xxxxxxx 1998-ci il təvəllüdlü Şəxs müəyyən edilərək İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Qaradağ RPİ-nin 10-cu PB-nə təqdim edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nin polis sahə inspektoru X4 öz izahatında protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirin tədbiq edilməsini xahiş etmiş və qeyd olunan oğurlanmış velosipedin sahibinə qaytarıldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında göstərmişdir ki, aprel ayının əvvəlində Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 11-10 ünvanının 4-cü blokun 1-ci mərtəbəsində olan “Sport” markalı velosipedi oğurlamışdır. Daha sonra həmin velosipedi “tap.az” saytına yerləşdirmiş və tanımadığı şəxsə 85 manat qarşılığında satmışdır. O daha sonra öz izahatında bildirmişdir ki, birinci dəfədir ki, belə bir əməl törədir və səmimi peşmançılıq çəkir. Bundan əlavə o, hal-hazırda vurduğu ziyanı ödədiyini bildirmişdir. Belə ki, həmin velosiped tapılmış və əsl sahibinə geri qaytarılmışdır. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər natamam olduğundan və işə baxılması mümkün olmadığından inzibati protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nə qaytarılmalıdır. Belə ki, inzibati icraat zamanı iş üzrə zərərçəkmiş şəxs polis bölməsinə dəvət edilməmiş, onun inzibati xəta törətmiş şəxsə qarşı şikayətinin olub-olmaması barədə ərizəsi alınmamışdır ki, bununla da İXM-nin 39.2-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa iş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokolda nə protokolun tərtib edilmə tarixi, nə protokolun tərtib edildiyi yer, nə şəxsin inzibati qaydada tutulma saatı, nə də ki şəxsin azad olunma saatı qeyd olunmamışdır. Bununla da İXM-nin 90-cı maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 90.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs inzibati qaydada tutulduqda bu barədə protokol tərtib edilir və orada aşağıdakılar göstərilir: 90.1.1. protokolun tərtib edildiyi tarix və yer; 90.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və atasının adı; 90.1.3. tutulanın şəxsiyyəti haqqında məlumat; 90.1.4. tutmanın vaxtı və səbəbləri. 90.2. Protokol onu tərtib etmiş vəzifəli şəxs və tutulmuş şəxs tərəfindən imzalanır. Tutulmuş şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda qeyd edilir. Tutulmuş şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti tutulmuş şəxsə verilir. Azərbaycan Respublikasının İXM-nin 39.2-ci maddəsində göstərir ki, Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Bütün bu yuxarıda gösətrilənlər ona əsas verir ki, qeyd olunan iş üzrə toplanmış inzibati material baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nin polis sahə inspektoru X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən tərtib edilmiş inzibati protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-771/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-771/2021
02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver