Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-772/2020 12.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, ünvan 1 ünvanında yerləşən Şəxs (bundan sonra -Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, ünvan 1ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 61K23338/61K14946 nömrəli avtomaşınla daxil olmuş və Bakı Bas Gömrük İdarəsində **********7682 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannəməsi ilə bəyan edilən “təzə sadə dolma bibər və müxtəlif çeşidli meyvə” yükünə xx.xx.2020-ci il tarixdə “Xocəsən” gömrük postunda gömrük baxışı keçirilmiş, gömrük baxışı zamanı 61K23338/61K14946 nömrəli avtomaşında daxil olmuş mallara aid gömrük orqanına təqdim olunmuş **********7682 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin 3- cü mal mövqeyi ilə bəyan olunan 4530 kq təzə nektarin yükündən əlavə gömrük orqanına düzgün bəyan edilməyən, 6970 kq “təzə nektarin” yükü aşkar olunmuşdur. Həmçinin mallara baxış zamanı **********7682 sorğu nömrəli gömrük bəyannaməsinin 1-ci mal müvqeyi ilə bəyan edilən 6110 kq “təzə sadə dolma bibər” yükünün faktiki 1200 kq olduğu müəyyən edilmişdir. 34/025/016632 saylı materialın araşdırılması üzrə qeyd olunan malın (6970 kq təzə nektarin) əmtəəsünaslıq ekspertizası keçirilməsi zərurivvəti yarandığından ekspertiza tədqiqatına təqdim olunan 6970 kq “təzə nektarin” yükünün xx.xx.2020-ci il tarixə orta bazar qiyməti barəsində rəv verilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 1400-013/0xx-xx/00459^ nömrəli xx.xx.2020-ci il tarixli məktubla müraciət olunmuş, adı qeyd olunan mərkəzdən alınmış 09/2054 saylı xx.xx.2020-ci il tarixli məhkəmə ekspertizası rəyində ekspertiza tədqiqatına təqdim edilmiş 1 kq nektarin meyvəsinin xx.xx.2020-ci il tarixə orta bazar qiyməti təxminən 3,50 manat. 6970 kq-nın qiyməti isə 24395 manat müəyyən edildiyi qeyd edilmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC Türkiyə Respublikasından idxal etdiyi nektarin yükünün çəkisini **********7682 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində faktiki çəkidən, orta bazar qiyməti 24395 manat olan, 6970 kq az göstərməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində qeyd edilən xətanı törətdiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər (səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər). Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09/2054 nömrəli xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 kq nektarın meyvəsinin xx.xx.2020-ci il tarixə orta bazar qiyməti təxminən 3,50 manat, 6970 kq-nın qiyməti isə 24395,00 manat müəyyən edilmişdir. Tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. Bakı Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru Kənan Məmmədovun xx xxxx 2020-ci il tarixli raportundan görünür ki, baxış zamanı a/m-da **********7682-saylı GB-də bəyan olunan mallardan əlavə bəyan olunmayan 6970 kq nektarin yükü (GB-də bəyan olunan 6110 kq bibər yükünün 1200 kq) olduğ aşkar edilmişdir. Şəxs MMC-nin nümayəndəsi X1 xx.xx.2020-ci il tarixli 00100-1191/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutumuş inzibati xətanı törətməkdə qəsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin müyyən miqdarında cərimə edilməldir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 50 faizi miqdarında, yəni 12197 (min iki yüz doxsan yeddi) manat 50 (əlli) qəpik məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-772/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-772/2020
12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver